Putinin İran səfərindən nə gözləməli?

13:07 / 28.11.2015

Çox uzun bir zaman fasilədən sonra Rusiya dövlət başçısı Vladimir Putin Suriya məsələsində yeni irəliləyiş əldə etmək və İranla əlaqələri daha da möhkəmləndirmək məqsədilə bu ölkəyə rəsmi səfər edib.

Səfərin mahiyyəti və əsl məqsədi haqda dünya mediası müxtəlif fərziyyələr irəli sürsə də, hər iki dövlət başçısının bağlı qapı arxasında Suriyanın və Bəşər Əsədin taleyini müzakirə etməsi də istisna deyil.

G20 ölkələrinin Antalyada keçirilən sammitində də iştirak edən Putinin bəzi Qərb ölkələrinin liderləri ilə yaxınlaşmaq cəhdləri artıq heç kimə sirr deyil.

Maliyyə və insan resursları baxımından əziyyət çəkən rəsmi Moskva Suriyada aktiv hərbi əməliyyatların uzadılmasında maraqlı deyil. Məhz buna görə Putini hazırda Bəşir Əsədin taleyindən daha çox öz ölkəsinin “anti-terror koalisiyasının” bir parçası olması məsələsi narahat edir.

Bu gün iki ölkənin maraqlarının kəsişdiyi əsas nöqtə Yaxın Şərqdir – daha dəqiq desək, Suriya. Vladimir Putinin rəsmi Tehran səfərinin məhz bu günlərdə baş tutması adi bir təsadüf deyil.

Rəsmi səfərdən bir neçə gün öncə Rusiyanın Suriyadakı hərbi əməliyyatlarının “ikinci fazası”na start verilmişdi. Yaxın Şərqin münaqişə ocağına döndüyü bu ərəfədə rəsmi Moskva İD-ə və digər islamçı qruplara qarşı apardığı mübarizədə yeni stimul axtarışındadır.

Heç şübhəsiz ki, bu rəsmi səfərin hər iki ölkə arasındakı qarşılıqlı münasibətlərə, ən əsası isə Suriya məsələsindəki mövqelərə ciddi təsiri olacaqdır.

Rusiyanı hazırda bölgədə narahat edən əsas məsələ onun regiondakı dayaqlarını itirməsi ehtimalıdır. Suriya etibarlı müttəfiqdən əlavə Rusiyanın ən böyük silah – sursat bazarlarından biridir.

Buna görədir ki, Putin Suriya ordusu, “Hizbullah”, və digər könüllü dəstələrlə radikal islamçılara qarşı mübarizəni davam etdirir. Çox güman ki, İranın da fəal dəstəyi ilə bu proses ölü nöqtədən tərpənərək daha sürətli bir hal alacaq.

Lakin bir əsas nüansı da qeyd etmək lazımdır ki, Rusiyanın Suriyada artmağa davam edən hərbi varlığı heç də İranın könlüncə deyil. Sirr deyil ki, vətəndaş müharibəsinin davam etdiyi 4-5 il ərzində Tehranın bu ölkədəki nüfuzu çox açıq aydın hiss edilirdi.

Bəşər Əsədin administrasiyası hər anlamda İrandan asılı vəziyyətə düşmüş, hətta ən axırda inzibati məsələlərdə belə rəsmi Tehranın razılığını almağa məcbur edilmişdi.

Hizbullah hərbi qruplaşmasından savayı, Suriyada Əsəd tərəfində vuruşan əsas hərbi birləşmə İranın maddi və hərbi dəstəyi ilə yaradılan “Milli Müdafiə Qüvvələri”dir.

Radikal şiə könüllülərindən ibarət olan bu qruplaşma artıq uzun müddətdir, Əsədin hökumət qoşunlarının funksiyalarını yerinə yetirsə də, əmr və göstərişləri Tehrandan alır.

Rusiyanın Suriyaya daxil olmasından bir müddət sonra, Putin bu birləşmənin Tehrandan alınıb birbaşa Əsədin tabeçiliyinə verilməsi haqda təklif irəli sürmüşdü. Lakin bunun gerçəkləşmə ehtimalı çox zəif və qeyri-realdır.

Rusiyanın əsas narahatçılığı Bəşər Əsədin taleyi ilə bağlı yox, onun devrilməsi təqdirdə ölkədə islamçı rejimin qurulması ehtimalı ilə bağlıdır.

Əgər Qərb bu barədə Rusiyanın maraqlarını nəzərə alaraq yeni təklif planı irəli sürsə, o zaman Moskvanın da bu təkliflə razılaşacağı ehtimalı yüksəkdir.

İranı isə narahat edən əsas məsələ Suriyanın cənub rayonlarıdır. Bu cənub rayonlar Livanla Tehran arasında koridor rolunu oynayır. Koridorun əldən çıxması ilə İran özünün Livandakı təsir dayaqlarını birdəfəlik itirə bilər.

Hazırda isə Qərbin əsas ümid yeri İran – Rusiya münasibətlərində mümkün parçalanmanın baş verməsidir.

Bəzi analitiklər belə düşünür ki, İran və Rusiyanın maraqları hansısa bir məqamda üst-üstə düşməyə bilər və bu da müttəfiqlikdə çatlar əmələ gətirə bilər.

İranın da artıq Qərblə yaxınlaşmaq cəhdlərini nəzərə alsaq, Rusiya və İran parçalanması Moskvanı çox çətin vəziyyətdə qoya bilər. Buna görə də rəsmi Kremlin yaxın gələcəkdə Tehranla münasibətlərin səmimi tonda qalması üçün əlindən gələni edəcəyi açıq görünür.//BBC


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM