Prezident İlham Əliyev Belarusda səfərdədir - YENİLƏNİB

13:13 / 28.11.2015

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Belarus Dövlət Böyük Vətən Müharibəsi Tarixi Muzeyi ilə tanış olub.

Strategiya.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidentinə muzey haqqında ətraflı məlumat verildi. Bildirildi ki, muzey Böyük Vətən Müharibəsində qələbə uğrunda canlarından keçmiş insanların xatirəsinə yaradılıb. Bu muzey 1944-cü il oktyabrın 22-dən Minskdəki Azadlıq meydanında müharibə illərində ziyan görməmiş Həmkarlar evində fəaliyyətə başlayıb. Ötən il isə hazırda muzeyin yerləşdiyi yeni Memorial Kompleksin açılışı olub. Burada Böyük Vətən Müharibəsi illərində istifadə olunan silah-sursat, texnika və digər maraqlı eksponatlar sərgilənir.

Muzeydə Böyük Vətən Müharibəsi illərinin hərb tarixinə aid çox dəyərli eksponatlar saxlanılır. Ümumilikdə 10 ekspozisiya zalı və 4200 kvadratmetr sahəni əhatə edən muzeydə 8 mindən çox ekspozisiya materialı var. Fondu 28 kolleksiya və 144 mindən çox müxtəlif əşyalardan, o cümlədən foto, sənəd, məktub və Böyük Vətən Müharibəsi iştirakçılarının şəxsi əşyalarından ibarət olan muzey daimi olaraq yeni eksponatlarla zənginləşdirilir. "Partizanların əlyazma jurnalları" və "Əldəqayırma partizan silahı" kolleksiyaları birinci dərəcəli tarixi-mədəni dəyərə malikdir.

Bölmələrin birində müharibənin başlanması, Belarus ərazisində ilk müdafiə, o cümlədən Smolensk və Moskva döyüşləri barədə məlumat verilir. Brest qalası müdafiəçilərinin qəhrəmanlığı ziyarətçilərə xüsusi instalyasiya vasitəsilə təqdim olunur. Muzeydə faşizm üzərində ümumi qələbənin qazanılmasında və Belarusun faşist işğalçılarından azad olunmasında Azərbaycan xalqının qəhrəman oğullarının böyük şücaətini əks etdirən eksponatlar nümayiş etdirilir. Brest qalasının müdafiəsi zamanı da azərbaycanlılar qəhrəmanlıqları ilə seçiliblər.

Muzeydə nasist Almaniyasının Belarus ərazisində yaratdığı ölüm düşərgələri, həmçinin digər həbsxanalarla bağlı maraqlı eksponatlar sərgilənir. Məlumata görə, Belarusda hitlerçilər 260-dan çox ölüm düşərgəsi və insanları kütləvi məhvetmə məntəqəsi yaradıblar. Bu faşist düşərgələrində sovet xalqlarının digər nümayəndələri ilə yanaşı, 30 azərbaycanlı hərbiçi də qətlə yetirilib.

"Belarusda partizan hərəkatı və antifaşist gizli mübarizəsi" adlanan zal maraqlı dizaynı ilə seçilir. Almanların Belarusu işğal etdiyi dövrdə burada partizan hərəkatının Mərkəzi və Belarus qərargahları yaradılıb. Muzeydə Belarusdakı partizan hərəkatında iştirak edən azərbaycanlıların göstərdikləri şücaətlər barədə də ətraflı məlumat verilir. Həmyerlilərimiz Ələkbər Əliyev və Məmməd Məmmədov partizan hərəkatında xüsusi qəhrəmanlıqlar göstəriblər. Muzeydə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin şücaəti haqqında da məlumat verilir. Hazırda Minskdə onun adını daşıyan küçə var.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin bu muzeylə tanışlığından bəhs edən fotoşəkillərə baxdı. Ümummilli Lider 1978-ci il dekabrın 27-də Belarus SSR-in və Kommunist Partiyasının yaradılmasının 60 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində rəsmi nümayəndə heyətinin rəhbəri kimi, bu muzeydə olub və xatirə kitabına ürək sözlərini yazıb.

Ulu Öndərin muzeylə tanışlığını əks etdirən fotoşəkillər dövlətimizin başçısına hədiyyə olundu.

Muzeydəki "Qələbə" zalında Azərbaycanın səkkiz qəhrəman oğlunun - Sovet İttifaqı qəhrəmanlarının adları qızıl hərflərlə həkk olunub. Onlar Belarusun işğaldan azad olunmasında mərdlik və qəhrəmanlıq göstəriblər. Onların arasında iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun da adı var. O, Smorqon şəhərinin fəxri vətəndaşı adına layiq görülüb, Vileyka şəhərində şərəfinə abidə ucaldılıb. Hər iki şəhərdə Həzi Aslanovun adını daşıyan küçələr var. Muzeydə Həzi Aslanovla bağlı kitablar da sərgilənir.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı.

Sonda xatirə şəkli çəkdirildi.

--------

11:51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 28-də Minsk şəhərindəki "Qələbə" meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

Strategiya.az AZƏRTAC-a istinadən bildirir ki, meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Azərbaycanın və Belarusun dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.

------------

00:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Belarusa rəsmi səfərə gəlib.

Strategiya.az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək və gül dəstəsi təqdim etdilər.

Azərbaycan Prezidentini Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM