İran səfiri: “Bizim Nardaran hadisələrinə heç bir bağlılığımız yoxdur”

20:13 / 29.11.2015

Aparıcı regional oyunçulardan olan İran Azərbaycandan ötrü yaxın qonşu və vacib tərəfdaşdır. Bunu İranın dövlət rəsmiləri dəfələrlə bəyan ediblər.

Strategiya.az bildirir ki, İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin də virtualaz.org saytına eksklüziv müsahibəsində də bunu bir daha vurğulayıb. Səfir iki ölkə arasındakı ənənəvi dostluq münasibətlərindən və iqtisadi əməkdaşlığın inkişafından söz açıb.

Bununla belə iranlı diplomat müsahibəsində son vaxtlar hamını narahat edən hadisələr - Nardaran olayları, Azərbaycanın cənub bölgəsində İslamın yayılması və Cənubi Azərbaycandakı növbəti etirazlar barədəki suallara ümumi sözlərlə, bir qədər ehtiyatlı, diplomatik cavablar verib.

Səfirlə müsahibəni təqdim edirik:

-Cənab səfir, bu gün Azərbaycanda xeyli ekspert İranı radikal islamçı qruplaşmalara dəstək verməkdə günahlandırır. Bu ittihamlar xüsusilə də son Nardaran hadisələri fonunda daha çox səslənir. Bu haqda nə deyə bilərsiniz?

-İran indiyədək Azərbaycana qarşı çıxan heç bir təşkilatı dəstəkləməyib. Ölkələrimiz arasında gözəl qardaşlıq münasibətləri var. Ona görə də bizim guya kimisə dəstəkləməyimiz barədə deyilənlər yalan və uydurmadır. Bizim Nardaran hadisələrinə də heç bir aidiyyətimiz, heç bir bağlılığımız yoxdur. Bakıda İran Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Rəhbəri də azərbaycanlı İbrahim İbrahimidir. Biz bütün mədəni-humanitar proqramlarımızı yalnız bu təşkilat vasitəsilə həyata keçiririk.

-İndi İranla Azərbaycanın münasibətləri hansı səviyyədədir?

-Ölkələrimiz arasındakı münasibətlər rəvan şəkildə inkişaf edir. Allaha şükür, bu gün heç bir problem yoxdur. Həm İran, həm də Azərbaycan qarşılıqlı əməkdaşlığı və dostluq münasibətlərini inkişaf etdirmək əzmindədir.

İranla Azərbaycan arasındakı əmtəə mübadiləsinin həcmi hazırda 500 milyon avrodur. Lakin bu da son hədd deyil, hər iki tərəf əməkdaşlığı daha da artırmaq niyyətindədir. Birgə avtomobil, dərman, neft-kimya məhsulları istehsalı zavodlarının tikintisi layihələrini nəzərdən keçiririk. Onu da deyim ki, Azərbaycandan İrana hər il 1 milyon adam gedib-gəlir. Yəni münasibətlərimizin kifayət qədər möhkəm və etibarlı bünövrəsi var.

-Lakin bunu yəqin siz də etiraf edərsiniz ki, bu münasibətlərə bəzən kölgə salan insidentlər olur. Məsələn, bu günlərdə İranda bir telekanal azərbaycanlıları aşağılamışdı...

-Bu problem artıq həll olunub. Məncə, o məsələyə yenidən qayıtmağa ehtiyac yoxdur. Telekanallardan biri səhlənkarlığa yol vermişdi. Bunun rəsmi Tehranın siyasətinə heç bir aidiyyəti yoxdur. Hökumət və telekanal azərbaycanlılardan üzr istədi, məsələ bununla da bitdi. İranda azərbaycanlıların hüquqları pozulmur, mənafeləri qorunur. Bunun əksini deyənlər vəziyyəti gərginləşdirmək istəyənlərdir. İranda azərbaycanlılar həm hökumətdə, həm də parlamentdə kifayət qədər geniş şəkildə təmsil olunur.

-Qarabağ məsələsi hələ də həll olunmamış qalır. İran bu məsələdə kömək edə bilərmi?

-İran məsələnin sülh danışıqları yolu ilə həllinə, Bakı ilə İrəvan arasında danışıqlar modelinə tərəfdardır.

-Amma İran Ermənistanla da dostluq edir...

-İran öz qonşuları ilə həmişə dost münasibətlərinə tərəfdar olub və indi də belədir. Amma bizim Azərbaycanla münasibətlərimiz Ermənistanla əlaqələrimizdən daha dərin və sıxdır. Bizim Ermənistanı dəstəkləməyimiz barədə deyilənlər doğru deyil. Ümid edirik ki, Qarabağ məsələsi sülh yolu ilə həll olunacaq və regionda sülh bərqərar olacaq.

-Regionda sülhdən danışırıq. Lakin İranın həm də Suriyada Bəşər Əsəd rejimini dəstəklədiyi deyilir...

-Bu da doğru fikir deyil. Biz Əsədi özünə prezident seçən Suriya xalqının bu seçiminə, iradəsinə sadəcə hörmət edirik. Biz Suriyada qarşı-qarşıya duran tərəflərin heç birini dəstəkləmirik. Arzumuz budur ki, bu ölkədə sülh yaransın. İstənilən ölkədə hakimiyyət dəyişikliyi dinc yolla, seçki yolu ilə baş verməlidir. Əgər Suriya xalqı sabah başqa hakimiyyət seçsə, İran onunla da işləməyə hazırdır.

-Cənab səfir, Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra yaşanan gözlənilməz Rusiya-Türkiyə münaqişəsinə münasibətinizi də bilmək istərdik...

-Hesab edirəm ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlərin bundan sonra daha da gərginləşməsi yolverilməzdir. İranın qonşuları arasında mehriban münasibətlər bizdən ötrü çox vacib məsələdir. Ona görə də İran bu böhranın mümkün qədər tez aradan qaldırılmasına tərəfdardır. Bu böhran davam etdikcə onun orbitinə yeni-yeni ölkələr də cəlb olunacaq. Ona görə də bu vəziyyət mümkün qədər tez aradan qaldırılmalıdır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM