USTADINI YAD ETMƏK İBADƏTDİR: SSRİ məkanında 22-23 milyondan çox tamaşçı bu filmə baxmışdı

10:16 / 30.11.2015

                        Görkəmli nasir və kinodramaturq Əhmədağa Muğanlının xatirəsinə

           Əhmədağa Qurbanov və ya Əhmədağa Muğanlı... Həmişə  bu ad çəkiləndə ilk növbədə “Dağlarda döyüş”, “Od içində vahə”, “Atları yəhərləyin”, “Doğma sahillər” bədii  filmləri, “Şəhriyar əfsanəsi”, “Ömürdən yeddi yarpaq”, “Dağ dağa  söykənər” kitabları  yada  düşür. Eləcə də milli  kino tariximizdə “Dağlarda döyüş” filmindən söz düşəndə Əhmədağa Muğanlının işıqlı, nurlu siması onu tanıyanların gözü önündə canlanır.

      ... Bizim tay-tuşlarımızın çoxu  hələ orta məktəb illərində “Dağlarda döyüş” filminə dəfələrlə baxmışdı. Filmin qəhrəmanı Fərruxun qaçaqmalçılıq edərək dövlət sərhədini pozan doğma atası ilə əlbəyaxa olması, ona güzəşt etməməsi və  əqidə naminə cəsarətli qərarı, dürüstlüyü hamını heyran qoymuşdu. Xüsusilə, bu bədii film doğma vətənin keşiyində ayıq-sayıq durmağı, hərbi xidmətin                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                             nə qədər məsuliyyətli və şərəfli iş olduğunu aşıladığına görə çağırışçı gənclər arasında böyük maraq doğururdu. İlkin məlumata görə o zaman SSRİ məkanında 22-23  milyondan çox  tamaşçı  bu filmə  baxmışdı.

        Çox sonralar öyrəndim ki, Əhmadağa müəllim gənc yaşlarında sərhəd qoşunlarında hərbi xidmətdə olub. “Dağlarda döyüş” də elə onun hərbi-vətənpərvərlik mövzusunda qələmə aldığı “Tikanlı məftillər" povesti əsasında ekranlaşdırılan ilk kino-ssenarisidir... Yetmişinci illərin ortalarında Əhmədağa Muğanlının yalnız bir əsərini - “Şəhriyar əfsanəsi” povestini oxumuşdum. Etiraf edim ki, bu povest məndə ədəbi yaradıcılığa böyük həvəs yaradan əsərlərdən biri  olub.

        Hərbi xidmətdən sonra universitetin jurnalistika fakültəsinə daxil olanda Əhmədağa Muğanlı ilə yaxından tanış olacağımı xəyalıma da gətirməzdim. Bakıda yaşayan həmkəndlimiz, atamın xalası oğlu Sosialist Əməyi Qəhrəmanı, Əməkdar inşaatçı Məmməd Hüseynovun (biz hamımız ona Ağa deyə müraciət edərdik) Əhmədağa müəllimlə çox möhkəm dostluq əlaqəsi vardı. Onların hər ikisi dəfələrlə Bakı şəhəri Oktyabr rayon XDS-nə deputat seçilmişdi. Günlərin bir günü Ağa mənim mətbuatda çap olunan yazılarımın bir-iksini gözdən keçirəndən sonra Əhmədağa müəllimə zəng elədi: “Mənim bir xalam nəvəsi var, xahiş edirəm yazılarını oxuyub ona  düzgün istiqamət verəsən...”

      Cəfər Cabbarlı adına  "Azərbaycanfilm" kinostudiyasının həyətində  Əhmədağa müəllim məni çox səmimi və mehriban qarşıladı. “Ağanın (yəni Məmməd Hüseynovun –N.Ə)  özünün də maraqlı  həyat  hekayəsi var” –deyib  bir anlıq fikrə getdi. O an Əhmədağa müəllimin ürəyindən nələr keçdiyini deyə bilmərəm.   Amma hiss etdim ki, Ağa dediyimiz Məmməd Hüseynovla dostluqlarının  mayasında HALAL yolla qazandıqları duz-çörəyə xətir-hörmət dayanır. O gün Əhmədağa  müəllim mənim utana-utana təqdim etdiyim “Yandırılmış ürəklər” adlı kino-povestimin əlyazmasını çantasına qoydu. Sonra ev telefonunu və ünvanını yazıb mənə verdi: “Bir –iki  günə oxuyub fikrimi bildirərəm”dedi.

       Böyük həyəcan keçirirdim: “Görəsən, Əhmədağa müəllim yazım barədə  nə fikir deyəcək?”. Kino-povest adlandırdığım yazımı orta məktəb yoldaşlarım Zülfiyyə, Səfər və Şəkinin əziz xatirəsinə həsr etmişdim. Məktəbi bitirər-bitirməz onların bir-birinin ardınca qəfil ölümü çoxumuzun ürəyini yandırıb-yaxmışdı. Mən də bu hadisədən çox təsirlənmişdim, hərbi xidmətdə olduğum müddətdə imkan  tapandan-tapana   “Yandırılmış  ürəklər”i  yazmışdım...

         Bir həftədən sonra Əhmədağa müəllimə zəng elədim. Salam-kalamdan sonra o, məni evinə dəvət etdi. Bir xeyli söhbət etdik. Əhmədağa müəllimin səmimi təbəssümü, sadə  həyat tərzi, qayğıkeşliyi və səbirli KİŞİ obrazı səsiylə-söhbətiylə  birlikdə  yaddaşıma əbədi həkk oldu. Yazım barəsində yalnız bunu dedi: “Görünür, bu mövzunu işləyəndə baxdığın hind filmlərininin təsirindən çıxa bilməmisən...” O, bu fikri yaşıl qələmlə əlyazmamın bir qırağına da yazmışdı. “Çalış, əvvəlcə kiçik həcmi hekayələr  yaz!”  - deyə məsləhət və tövsiyyələri ilə mənən ruh verdi.

        Əhmədağa müəllimin o “bir saatlıq yaradıcılıq dərsindən”  sonra  hekayələr yazdım. Üç sənədli filmin ssenari müəllifi oldum. Hətta aradan bir müddət keçəndən sonra ustadın “Ağanın da maraqlı həyat hekayəsu var” fikrindən bəhrələnib dostu Məmməd Hüseynov haqqında “Bizim Ağamız”  kitabını,  “Halal adam” sənədli  povestini də yazdım. Onların  hər ikisi  mayın 10-da dünyaya göz açmışdı və hər ikisi də 2001-ci ildə - Ağa 74, Əhmədağa müəllim 75 yaşında   bu dünyaya vida etdi.

       Əhmədağa müəllim cəfakeş qələm sahibi kimi çox dəyərli keyfiyyətlərə malik sənətkar idi. Onun istər kinematoqrafiya, istər ədəbiyyatdakı yaradıcılığında  elə  bir  əsəri  yoxdur  ki,  orada  vətənərvərlik,  torpağa  məhəbbət, insanın yaşadığı el-obaya fayda vermək kimi keyfiyyətləri önə çəkilməsin. Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin təbirincə desək, ömrünü  milli  kinomuzun inkişafına  həsr edən  Əhmədağa  Muğanlı “qələminin fəhləsi olub, şəxsiyyəti ilə yaradıcılığı vəhdət təşkil edirdi”.  Bəli, şəxsiyyətlə yaradıcılıq vəhdəti hər əhli-qələmə  nəsib  olmayan  mənəvi ucalıqdır.

46 il kinostudiyada ssenari şöbəsinin redaktoru, Xronikal-Sənədli və Elmi-Kütləvi Filmlər Birliyinin baş redaktoru vəzifələrində çalışan  Əhmadağa  müəllim bir çox Azərbaycan  filmlərinə, o cümlədən “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Koroğlu”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Dədə Qorqud”, “Xoşbəxtlik qayğıları”, “Sevinc buxtası”. “Arxadan vurulan zərbə”, “Babək”, “Qızıl uçurum”, “Nizami”, “Əlaqə” bədii filmlərinin,  çoxlu sayda sənədli filmin və  dövrü kinojurnalların redaktoru olmuşdur.

  Xalq şairi Süleyman Rüstəmlə birlikdə yazdıqları ssenari əsasında  ekranlaşdırılan, el qəhramanı Qaçaq Nəbidən  bəhs edən “Qanlı zəmi” (“Atları yəhərləyin”) tarixi-macəra filminə görə Dövlət Mükafatına  layiq  görülmüşdür.

   Əməkdar  mədəniyyət  işçisi  fəxri adı da  Əhmədağa Muğanlının halalca haqqı idi, çünki o, həmişə gənc nəslə, özünün mənəvi varislərinə milli kimliyimizi, tariximizə, klassik ədəbiyyatımıza, musiqimizə yorulmadan sevgi hissi aşılayan böyük RUH yiyəsi idi.  Bu gün onun yaradıcılıq yolunu oğlu Araz və nəvəsi Nigar xanım davam etdirir. Araz Qurbanov tanınmış  araşdırmaçı – jurnalist, elmi işçidi,  Nigar  Rzayeva  isə  Azərbaycan televiziyasında (Az.Tv -də ) redaktordu.

      Araz Qurbanov həm də gözəl müsahibdir. Azərbaycan ədəbiyyatını fransızdilli xarici ölkələrdə  təbliğ edən mərhum tərcüməçi –alim Əziz Gözəlsoyla onun  dəfərlərlə maraqlı söhbətlərinə  şahid olmuşam. O vədələrdə Araz səhv etmirəmsə, Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin  rəhbəri idi. Əziz müəllimin böyük oğlu Nasir Qarabağ uğrunda döyüşlərdə – Daşaltı əməliyyatı zamanı  itkin düşmüşdü. Hər dəfə görüşəndə, itkin əsgərlərdən, əsirlikdə olanlardan söz düşəndə, Nasir barədə xatirələrimiz dil açardı... İllər sonra bu qəmli söhbəti Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan əsgərlərinə, o cümlədən Nasirə həsr etdiyim romanımda belə təsvir etdim:

      "Yazıçı Əhmədağa Muğanlının yas mərasimində Ziya ilə birlikdə iştirak etdilər, Əziz müəllim həm mərhumla, həm də onun jurnalist oğlu Arazla möhkəm dost idi. Məşhur "Dağlarda döyüş" filminin ssenari müəllifi olan yazıçının şəhər qəbiristanlığındakı məzarı önündə kövrək xəyala dalan Əziz müəllim qeyri-ixtiyarı pıçıldadı: -Kaş Nasirin də bu dünyada bir məzarı olaydı, qurbanlar kəsib, ehsanlar verərdim. Bu, mənə ən böyük təsəlli olardı... - Sonra Arazla Ziyanın uca boy-buxununu süzüb, - Nasir də sizin kimi ucaboydu. Siz lap qədim Muğan cəngavərlərinə bənzəyirsiniz. Bizim xırmandalılar tayfasının adamları Şah İsmayıl Xətainin qoşunlarının ən cəsur döyüşçüləri olublar.

     ...Qırxdan sonra birlikdə oturub xeyli dərdləşmişdilər." ("Qara sarmaşıq" kino-romanı" səh 251,  Bakı, "Nurlan" -2008-ci il)

       Anadan olmasının 90 illiyi ərəfəsində ustad sənətkarımız, yazıçı və kinodramaturq Əhmədağa Muğanlını bu kiçik yazımla xatırlamağı  özümə  mənəvi  borc bildim. Şəxsiyyəti  hallallıqla süslənmiş belə insanları tez-tez xatırlayıb YAD etmək, yaşatmaq da ibadətdir. Şübhəsiz ki, Əhmədağa  Muğanlı öz sənəti ilə - nəsr əsərləri, ssenariləri üzrə çəkilmiş filmlərlə milli kinomuzun tarixində  özünə əbədi yaşamaq haqqı  qazanıb...

            Ruhuna  və şəxsiyyətinə  böyük  ehtiramla,

                                                                Nurəddin Ədiloğlu / yazıçı-publisist                      


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM