Vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə bu gün saat 8.00-da Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin Nardaran qəsəbəsində bu gün keçirilən xüsusi əməliyyatla bağlı yaydığı birgə məlumatında deyilir.
Məlumatda bildirilir ki, xəbər verildiyi kimi, Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları, bütövlükdə konstitusiya quruluşunu dəyişdirməklə şəriət qanunları ilə idarə olunan dini dövlətin yaradılmasını planlaşdıran silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi üzrə 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.
Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərmiş cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirən polis serjantları Vüqar Nəsibov və İsmayıl Tağıyev qəhrəmancasına həlak olublar.
Hadisə yerindən maddi sübut kimi 4 avtomat, 4 tapança, 12 qumbara, biri kənardan idarə edilən olmaqla 3 ədəd partlayıcı qurğu, 10 ədəd «Molotov Kokteyli», 7 ədəd bıçaq və xəncər, 3 ədəd beşbarmaq və s. götürülüb. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci, 214-cü, 220-ci, 228-ci, 233-cü, 278-ci, 279-cu, 281-ci, 283-cü, 315-ci və digər maddələri ilə cinayət işi başlanılıb. Cinayətkar dəstənin başçısı Taleh Bağırov başda olmaqla, 24 üzvü barədə məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib.
Xüsusi əməliyyat başa çatdıqdan sonra ayrı-ayrı destruktiv elementlər Nardaran qəsəbəsində icazəsiz toplantı keçirməyə, sakinləri konstitusion quruluşa qarşı çıxmağa, hakimiyyət nümayəndələrinə zor tətbiq olunmasına, kütləvi itaətsizliyə çağırışlar edib, yolları bağlayıb, barrikadalar qurmuş, silah qismində əşyalar toplamış, lakin həyata keçirilən tədbirlərlə bu cür qanunazidd hərəkətlərin qarşısı alınıb.
O da qeyd edilməlidir ki, daxili işlər və prokurorluq orqanları tərəfindən dəqiqləşdirilmiş məlumatlar əsasında qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular saxlayan şəxslər müəyyən edilərək həmin əşyaların könüllü təhvil verilməsi tələb olunub, ancaq qəsəbənin bir qrup nümayəndəsinin silah saxlayan şəxslərə müvafiq müraciəti müsbət nəticə verməyib.
Cari il noyabrın 30-da isə Gəncə şəhərində “Müsəlman birliyi” hərəkatına dəstək verən 6 nəfər saxlanılıb, yaşadıqları ünvanlara baxış zamanı oradan 1 avtomat, 1 tüfəng, 12 qumbara, çoxlu sayda döyüş sursatı, dini ədəbiyyat və s. aşkar edilib götürülüb.
Bununla yanaşı, Azərbaycanın vətəndaşları olduqları halda, qəsəbənin bir sıra sakinləri hüquqi, dünyəvi, demokratik dövlət quruluşuna və idarəçiliyinə qarşı çıxır, özlərini dövlət orqanlarına münasibətdə tərəf saymağa, hakimiyyət nümayəndələri ilə danışıqlar aparmaq kimi bölücülük xarakterli şərtlər və digər qanunsuz tələblər irəli sürməyə cəhdlər göstərirlər.
Dini radikalizmi, ekstremizmi özlərinin əqidəsinə və həyat tərzinə çevirmiş həmin şəxslər qəsəbədə ölkənin qanunlarını, dövlət atributlarını inkar edir, Azərbaycan dilinin tətbiqi ilə bağlı qanunvericiliyin tələblərini qəsdən pozur, azyaşlı və yeniyetmələr arasında cəhaləti və zorakılığı təbliğ edirlər.
Nardaran qəsəbəsində gərginliyin saxlanılmasına edilən cəhdlər onun sakinlərinin bir qismində, həmçinin ölkənin bütün vətəndaşlarında narazılıq, narahatlıq doğurur və onlar dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə yönələn hüquqazidd əməllərin qarşısının alınmasını, qanunçuluğun, sabitliyin və ictimai qaydanın bərpa edilməsini, dövlət və bələdiyyə orqanlarının normal işinin təmin olunmasını, silahlı cinayətkar qruplaşmalara qarşı qətiyyətli tədbirlərin görülməsini tələb edirlər.
Göstərilənlər nəzərə alınaraq, vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə 2015-ci il dekabr ayının 1-də saat 8.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.
Nardaran qəsəbəsinin sakinlərindən, onların əmin-amanlığının təmin olunması naminə keçirilən xüsusi əməliyyat zamanı hüquq qaydasına ciddi riayət etmələri, ictimai asayiş, hakimiyyət nümayəndələrinin həyat və sağlamlığı üçün təhlükə törədən və şərait yaradan hərəkətlərə yol verməmələri, göstərişlərinə əməl etmələri tələb olunur.
Eyni zamanda bildirilir ki, xüsusi əməliyyatı həyata keçirən qüvvələrə müqavimət göstərən, silahlı və ya silah qismində əşyalarla hücüm edən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verən şəxslər haqqında qanun çərçivəsində dərhal ən ciddi tədbirlər görüləcəkdir.
Xüsusi əməliyyat Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və onun gedişi mütəmadi məruzə olunur.
Strategiya.az
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM