Strategiya.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 30-da saat 02 radələrində Tərtər rayonunun İsmayılbəyli kəndində rayon sakini Namiq Mirzəyevin idarə etdiyi “Hummer” və Ağdam rayon sakini Əbülfət Quliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Quliyev və 6 sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Tərtər rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.