Ekspertlərin rəyinə görə Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biridir
Rusiya bombardmançı təyyarəsinin vurulmasının ardınca, bir neçə saatın ərzində Moskva və Ankara arasında yaxşı münasibətlər məhv oldu. Hazırkı münasibətlərin səviyyəsi o dərəcədə aşağıdır ki, Rusiyas siyasətçiləri hərbi münaqişənin mümkünlüyündən söz açırlar.
Rusiya dövlət ierarxiyasında dördüncü şəxs – Dövlət Dumasının spikeri Sergey Narışkin deyib ki, Rusiya Türkiyənin hərəkətlərinə hərbi cavab vemək haqqını özündə saxlayır. Vladimir Jirinovski isə ümumiyyətlə, Türkiyəyə nüvə zərbəsinin endirilməsinə işarə edib.
“İstanbulu məhv etmək çox asandır: boğazlara bircə nüvə bombası atmaq kifayətdir ki, şəhər suyun altında qalsın” – deyib Jirinovski “Qovorit Moskva” radiosuna.
Öz növbəsində Türkiyənin baş naziri Ahmet Davutoğlu bəyan edib ki, Ankara öz sərhədlərinin təhlükəsizliyini qorumaq üçün bundan sonra da əlindən gələni edəcəkdir. Prezident Recep Tayyip Erdoğansa deyib ki, Türkiyə qırıcıları qüvvə və vasitə tətbiq edilməsinin bütün qaydalarına riayət edib.
Bu bəyanatlar Suriyadakı Rusiya hərbi birləşmələrinin uzaqmənzilli zenit kompleksi S-400 sistemi ilə gücləndirilməsi və “Moskva” raket kreyserinin Latakiyadakı hərbi hava bazasına yaxınılaşması fonunda səslənirdi.
Image copyrightReutersImage caption
Su-24 ilə bağlı insident və hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi Türkiyə sərhədinin yaxınlığında yerləşən aviasiya bazası rayonunda vəziyyəti daha da gərginləşdirib.
Bəs görəsən, Türkiyə silahlı qüvvələri nə dərəcədə döyüş qabiliyyətlidir? Rusiya Narışkinin dediyi kimi təyyarə insidentinə hərbi güclə cavab vermək iqtidarındadırmı?
Müxtəlif qiymətlərndirmələrə görə, Türkiyənin silahlı qüvvələri dünyada ən qüdrətli ordulardan biridir. Bu ordu Rusiya və ya Qərbdə olduğu qədər yüksək texnologiyalı olmasa da, çoxsaylı və yaxşı hazırlıqlıdır.
Bundan başqa, Türkiyə əlverişli coğrafi məkanda yerləşir və NATO üzvüdür. Məhz bu, Ankaranın hərbi gücünü qiymətləndirərkən ilk növbədə nəzərə alınmalı faktordur.
Lakin münaqişənin dünya miqyasınadək eskalasiya edilməsi Alyansa əl vermir, çünki bu zaman nüvə müharibəsi riski arta bilər.
Hər hansı bir ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyətini qiymətləndirmçək (ələlxüsus da iki ordunun müqayisəli qiymətləndirilmnəsini aparmaq) son dərəcə mürəkkəb məsələdir və bu zaman son dərəcə çox sayda faktor və şəraitlər nəzərə alınmalıdır. Buna baxmayaraq, nüvə silahı nəzərə alınmazsa, Türkiyə 1952-ci ildə daxil olduğu NATO ölkələri arasında döyüş potensialına görə ABŞ-dan sonra ikinci orduya malikdir.
Global Power indeksində Türkiyə dünyanın ən döyüş qabiliyyətli ordularının ilk onluğunda sonuncu yeri tutur. Bu indeksdə Rusiya ABŞ-dan sonra ikinci yerdədir.
Image copyrightAFPImage caption
Bu reytinq canlı qüvvə və texnikanın sayı, ÜDM, maliyyə vəziyyəti və hətta elektrik enerjisi istehsalı kimi faktorları nəzərə alır.
Global Power indeksinə görə, Türkiyənin silahlı qüvvələrində 400 min əsgər vardır. Rusiyada bu rəqəm 760 mindən çoxdur. Türkiyədə ehtiyatda olan hərbçilərin sayı 185 min, Rusiyada isə 2, 4 milyondan çoxdur.
Türkiyənin Hərbi Hava Qüvvələri say baxımından da Rusiyadan geri qalır. Türkiyənin 1020 döyüş təyyarəsi var. Rusiyada döyüş təyyarələrinin sayı az qala 3, 5 mindir. Qırıcıların nisbəti müvafiq olaraq 223 – 769-dur.
Bu təyyarələrdən 168-i F-16 qırıcısıdır və ABŞ lisenziyası ilə Türkiyədə yığılıb. D tipli 40 təyyarə Block 50 proqramı əsasında modernizasiya edilib.
Bunlar 4+ kateqoriyasına aid müasir təyyarələrdir və döyüş keyfiyyətlərinə görə Rusiyanın Latakiyadakı hərbi bazada mənzillənmiş Su-30SM təyyarələrindən geri qalmır. Rusiya Latakiyaya 15-dək belə təyyarə gətirib. Türkiyənin qalan qırıcı təyyarələri F-4 modifikasiyasından olan köhnəlmiş modellərdir.
Quru qoşunlarıı müqayisə edərkən üstünlük Rusiya tərəfində daha da çoxdur. Məsələn, Türkiyə ordusunda 3778 tank var (onlardan təxminən 300-ü müasir Leopard 2, qalanları isə nisbətən köhnəlmiş Leopard 1, M60, M48 modifikasiyalarını təmsil edir). Rusiya ordusunun 15 min tankı var.
Türkiyənin Hərbi Dəniz Donanması (HDD) da, Rusiyanın dəniz qüvvələrindən geri qalır. Türkiəynin 115, Rusiyanın isə 352 gəmisi var.
Türkiyənin yerüstü hava hücumundan müdafiə sistemləri, əməliyyat-taktiki raket kompleksləri də Rusiyanınkından xeyli zəifdir. Bununla yanaşı, Türkiyə ordusunun ixtiyarında kifayət sayda yüngül zirehli texnika, reaktiv, özüyeriyən və yedəklənən artilleriya var.
Özü özlüyündə bu rəqəmlər iki ölkənin qüvvələri arasında nisbəti tam əks etdirmir, çünki bu müqayisə bir çox faktorları nəzərə almır. Bunlardan biri də ölkələrin coğrafi məkanıdır.
Məsələn, Qara dənizdə Rusiyanın cəmi bir raket kreyseri, bir böyük təyyarədaşıyanı (Rusiyada bunlara sualtı qayıqlara qarşı kreyserlər deyilir), üç uzaq məsafəli keşikçi gəmisi, 6 kiçik təyyarə gəmisi, dörd kiçik raket gəmisi və iki dizel sualtı qayığı var. Türkiyə HDD-sinə isə 16 freqat, səkkiz korvet və 13 dizel mühərrikli sualtı qayıq daxildir.
Türkiyənin silahlı qüvvələri bir regionda cəmləşdirilib. Türkiyə regional miqyasda böyük ölkə olsa da, onun sərhədlərinin uzunluğu Rusiyanın sərhədlərinin uzunluğundan xeyli azdır.
Türkiyə donanmsı, məsələn, iki dənizdə - Egey və Qara dənizlərdə dislokasiya olunub. Bu dənizlər coğrafi anlamda üzbəüz yerləşir.
Türkiyə üçün əlverişli olan ən böyük faktor Bosfor və Dardanel boğazlarıdır. Bu boğazlar Qara dəniz donanmasının Aralıq dənizinə keçməsi üçün yeganə yoldur.
Image copyrightAPImage caption
Türkiyə bu boğazların hər ikisi üzərində nəzarətə malikdir və vəziyyətin gərginləşəcəyi təqdirdə Türkiyənin onları bağlayaraq Rusiyanın Suriyada və Aralıq dənizindəki qüvvələrinin yolunu kəsmək imkanı Moskvada çoxlarını narahat edir.
Hərbi gəmilərin boğazlardan keçməsi 1936-cı il Montrö Konvensiyası ilə tənzimlənir. Bu sənədə əsasən, müharibə vəziyyətində Türkiyə Bosfor və Dardanel boğazlarını hərbi gəmilər üçün bağlamaq ixtiyarına malikdir.
Lakin rəsmən elan edilmiş müharibə Şimali Atlantika Alyansının kollektiv təhlükəsizlik mexanizmini avtomatik işə salacaq. NATO nizamnaməsinin 5-ci maddəsinə görə, alyansın bir üzvünün üzərinə hücum, bütün digər üzvlərin üzərinə də hücum sayılır. Belə olduqda, Türkiyə ilə müharibə edən hər hansı ölkə NATO silahlı qüvvələri ilə üzləşməli olacaq.
Rusiyanın bu hərbi-siyasi blokla toqquşması heç bir tərəfə sərf etmir, çünki Rusiyanın nüvə silahı var və münaqişə nüvə müharibəsinə çevrilə bilər.
İstənilən münaqişənin gedişatına ciddi təsir edən faktorlardan biri də ordunun döyüş hazırlığı və hərbi qulluqçuların psixoloji durumudur.
Ekspertlərin hesablamalarına əsasən, Türkiyə ordusu döyüş hazırlığına görə regionun və dünyanın ən güclü ordularından biridir. Bu ordu NATO standartları ilə təlimləndirilir.
Strategiya və Texnologiyaların Təhlili Mərkəzindən Konstantin Makienko BBC-yə deyib ki, Türkiyə hərbçiləri döyüş təcrübəsinə malikdirlər.
"Əlbəttə, kürdlərə qarşı antipartizan əməliyyatları xeyli spesifik təcrübədir, lakin hər halda güllə ilə üzləşmiş əsgər, belə təcrübəsi olmayan əsgərdən daha yaxşıdır...Türkiyə Silahlı Qüvvələri ciddi qüvvədir” – deyib ekspert.
Rusiya ordusu kimi Türkiyə hərbçiləri də, ələlxüsus da pilotlar, son vaxtlar çoxsaylı təlimlər və məşqlər keçiriblər.
"Türkiyədə təyyarəçilərin hazırlanması sistemi yaxşı inkişaf edib. Uçuşların saat müddətinə görə Türkiyə pilotları Rusiyalı həmkarları ilə bərabər sayıla bilərlər. Bu, təxminən yüz saat uçuş deməkdir. Onlarda təlim qurğularınıbn sayı çoxdur, bizdə isə faktiki uçuşların sayı” – deyir hərbi icmalçı İlya Kramnik.
Garnegi Europe mərkəzinin dəvətli professoru, türk ekspert Sinan Ülgen BBC ilıə söhbıətində deyir ki, hərbçilər Türkiyə cəmiyyətində ənənəvi olaraq elita sayılıb.
"Bu, cəmiyyətin ən hörmətli və intizamlı təsisatlarından biridir. Orduya belə münasibət kökü qədim tarixə gedən ənənələrlə bağlıdır” – deyir o. Hərçənd professor əlavə edir ki, bu faktorun mənfi tərəfləri də var.
Bütün 20-ci əsr ərzində hərbiyyə özünü əsası Kemal Atatürk tərəfindən qoyulmuş dünyəvi türk dövlətinin dayağı hesab edib və konstitusiya quruluşuna təhlükə görəndə, tərəddüdsüz olaraq qanuni hökumətləri devirib.
Türkiyə Silahlı Qüvvələri 1960-1980-ci illər arasında üç çevriliş edib. Bundan başqa ordu baş nazir Ahmet Davutoğlunun rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası ilə uzunmüddətli qarşıdurma tarixçəsinə malikdir. Ordunun siyasətdəki həlledici roluna 2010-cu illərdə son qoyulub.
Image copyrightAFPImage caption
"Orduya, onun siyasi nüfuzunu azaltmaq üçün bir neçə hüquqi zərbə vurulub. Bu zərbələr uğurlu olub, lakin nəticədə hərbçilərin döyüş ruhuna xələl gəlib. Ali komandanlıqdan bir çoxları etmədikləri cinayətələrə görə məhbəsə atılıb” – deyir Ülgen.
Hətta NATO-nun potensialı nəzərə alınmadan da, Türkiyə ordusu regionda ən güclü ordudur. “Bu, demoqrafik artıma söykənən böyük ordudur. O heç də pis silahlanmayıb” – deyir Konstantin Makienko.
İlya Kramnikin fikrincə, Rusiyanın üstünlüyü bundandır ki, onun Hərbi Kosmik Qüvvələri iri aviasiya birləşmələrinin iştirakı ilə hava əməliyyatlarını keçirməyə qabildir.
Rusiya döyüş təyyarələrinin aviasiya parkında Tu-95 və Tu-160 strateji bombardmançılar var. Rusiya uzaqmıənzilli Tu-22M3 bombardmançılarını 2015-ci ilin mayında Krımda yerləşdirmək istəyirdi. Bu, həmin təyyarələrin Qara dəniz üzərindəki əməliyyat məsafəsini artıra bilərdi. Hərçənd o vaxt bu baş vermədi.
"Biz son illərdə ölkənin ucqar regionlarından aviasiyanı çəkib gətirmək sahəsində böyük təcrübə toplamışıq” – deyir İlya Kramnik.
Və nəhayət, onun sözlərinə görə, kəmiyyət üstünlüyü heç də həmişə keyfiyyət üstünlüyü demək deyildir. Məsələn, Türkiyə donanmasında gəmilərə qarşı raketlərlə silahlanmış “Moskva” Qara dəniz kreyseri tipli gəmi yoxdur./bbc/
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM