Qanlar töküləcək: Neftin alışdırdığı 5 münaqişə

13:08 / 03.12.2015

Moskva Türkiyəni Rusiyanın hərbi təyyarəsini vurmaqla özünün neft təchizatı xəttini İslam Dövlət qruplaşmasından qorumaq cəhdində ittiham etdikdən sonra, neft bir daha müharibə səhnəsində peyda olub. Biz neftin bu və İkinci Dünya Müharibəsinədək başqa münaqişələrdə oynadığı rola nəzər yetirmişik.

Syriya və İraq. 2011-ci ildən - indiyədək

İslam Dövləti adlanan qruplaşmanın iştirakı ilə İraq və Suriyada davam edən münaqişədə neft amili böyük rol oynayıb.

Neft satışı yaraqlılar üçün başlıca gəlir mənbəyidir. Bu gəlir 2014-cü ilin ortalarında günə 2 milyon dollar təşkil edib.

İslam Dövləti qrupu Suriyanın neft istehsal edən əksər regionlarına nəzarət edir və təşkilat, həmçinin 2014-cü ildə İraqda, Mosul yaxınlığındakı neft mədənlərini zəbt edib.

Image copyrightEPAImage captionRusiyanın hava zərbəsi iddia edildiyinə görə Suriyadakı neft avtosisternlərini vurur

Əsəd hökumətinin özü də daxil, bu neft bir neçə alıcıya və Türkiyə sərhədindəki qaçaqmalçılara satılır.

İndi Rusiya iddia edir ki, Türkiyə onun Su-24 təyyarəsini məhz bu neft alış-verişini qorumaq üçün vurub. Türkiyə İD-dən neft aldığı barədə iddiaları daim danıb.

BBC-nin müdafiə məsələləri üzrə müxbiri Frank Gardnerisə deyir ki, Türkiyə hökumətinin bu işə qarışacağını göstərən sübut olmasa da, belə bir alverin həqiqətdə baş verməsinin çoxsaylı dəlilləri vardır.

2003-cü ilin İraq müdaxiləsi

2002-ci ildə İraqın baş naziri Tariq Əziz demişdi ki, İraqa qarşı hərbi hərəkət təhlükəsinin səbəbi neftdir. O zamanlar bu, bütün Ərəb dünyasında geniş yayılmış inanc idi. İraq dünyanın ən böyük neft ehtiyatlarından birinə malikdir və əksər ekspertlər inanırlar ki, neft bu münaqişədə, şübhəsiz, faktor olub. Hərçənd onun bəlkə də əsas faktor olmadığı söylənir.

Image copyrightAFPImage captionİraqda yanan neft quyusu, 2003-cü il

Səddama heç də dost münasibəti olmayan “The Economist” jurnalı 2002-ci ildə belə bir nəticəyə gəlmişdi ki, Səddam Hüseynin devrilməsinə yönəlmiş müdaxilədə ABŞ-ın əsas motivi onun həqiqətən və ya potensial olaraq kütləvi qırğın silahlarına malik olması olsa da, ölkənin nəhəng neft yataqlarının açılması da öz mühüm rolunu oynamışdı.

Səddam Hüseynin neft gəlirlərindən istifadə edərək öz strateji nüfuzunu artıracağına şübhələr də faktor sayıla bilər.

ABŞ-ın o vaxtkı vise-prezidenti Dick Cheney 2002-ci ildə İraqın ambisiyaları barədə xəbardarlıq edərkən demişdi: “Gözləmək olar ki, bundan sonra Səddam Hüseyn bütün Yaxın Şərqdə hegemonluq fikrinə düşsün və dünya neft təchizatının böyük bir hissəsini öz nəzarəti altına alsın.”

1991-ci ilin Birinci Körfəz müharibəsi

1991-ci ilin müharibəsi ərəfəsində başlıca antihərb şüarı “Neft üçün qan tökməyin!” idi.

Neftin bu münaqişədəki rolu danılmazdır.

Image copyrightGettyImage caption1991-ci ilin müharibəsində İraq qüvvələri geri çəkilərkən Küveytin neft quyularına od vurmuşdu

Münaqişə İraqın neftlə zəngin Küveytə müdaxiləsindən sonra başlanmışdı. Səddam Hüseyn bu ölkəni İraqın bir əyaləti hesab edirdi.

Birləşmiş Ştatların və onun müttəfiqlərinin bu münaqişəyə müdaxiləsinin əsas motivi Küveyt neftinin təhlükəsizliyini təmin etmək və həmçinin Səddan Hüseynin bu neftə sahiblənməsinin qarşısını almaq idi.

1953-cü il İran çevrilişi

Neft 1953-cü ildə İranda ABŞ və Britaniyanın təşkil etdiyi hökumət çevrilişində əsas rol oynayıb. Bu iki ölkə seçilmiş baş nazir Məhəmməd Müssədiqi devirməklə, Rza şah Pəhləvinin hakimiyyətini bərqərar edib. Şahın hakimiyyətinə isə 1979-cu ildə İslam təməlçilərinin əli ilə son qoyulub.

Cənab Müssədiqin əsas “günahı” Britaniyanın Anqlo-İran Neft Şirkətini (AİNŞ) milliləşdirmək cəhdi olub. AİNŞ sonralar British Petroleum (BP) adlandırılıb.

İranın, Qərbə daim şübhə ilə baxması bu müdaxilələrdən qaynaqlanır.

İkinci Dünya Müharibəsi

Image copyrightGetyImage captionStalinqrad döyüşündən sonra on minlərlə alman əsir düşüb

Adətən, İkinci Dünya Müharibəsinin faşizm əleyhinə mübarizə olduğu düşünülür, lakin dünyanın ən qanlı çarpışması olan bu münaqişədə də neft öz rolunu oynayıb.

Yaponların Perl Harbora hücumunun kökündə, ən azı qismən, Birləşmiş Ştatların 1941-ci ildə Tokionun Çinə müdaxiləsinə cavab olaraq, Yaponiyanın neft idxalını məhdudlaşdırmaq qərarı durur.

Yaponiya, demək olar, tamamilə idxal olunan neftdən, ələlxüsus da ABŞ neftindən asılı idi. Neft ona dəniz donanmasının yanacağı üçün lazım idi.

Müharibənin Avropa səhnəsində, o zaman Sovet İttifaqının tərkibində olan neftlə zəngin Azərbaycan, Almaniya müdaxiləsinin məqsədlərindən biri idi.

Məhz bu istək almanların cənuba üz tutaraq Stalinqradda mühasirəyə düşmələrinə səbəb oldu.

Stalinqrad döyüşü bütünlükdə müharibənin dönüş nöqtəsi oldu.//BBC/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM