Rusiya-Türkiyə arasında son həftələr baş verən gərginlik, Türkiyədə yaşayan gənc rus və türk sevgilinin münasibətinə də az qala təsir etmişdi.
Yevgeniya Smirnova və Göktürk Çalışkan il yardımdır ki, birlikdədirlər.
Onlar, Yevgeniya turizm mövsümündə Antalyada işlədiyi zaman tanış olublar. Göktürk də o zaman Ankaradan Antalyaya mövzümi iş üçün getmişdi. Bir-birilə sasən ingiliscə, eyni zamanda rusca və türkcə danışırlar.
Rusiyanın Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra cütlük mübahisə etsə də, Moskva və Ankaradan fərqli olaraq, Yevgeniya və Gögtürk arasındakı gərginlik çox çəkməyib.
“Antalyada biz birlikdə turizm sektorunda çalışmışdıq. Hər şey öz-özünə və çox asanlıqla baş verdi. Romantizm və pafosa görə bağışlayın, birlikdə olduğumuz müddətdə sadəcə iki həftə küsülü qala bilmişik”, Yevgeniya deyir.
İki ölkə arasında davam edən və münasibətlərin, demək olar ki, bütün sahələrinə təsir edən siyasi gərginlik etnik qarışıq ailələrin gündəlik həyatlarına təsirsiz ötüşməyib.
Noyabrın 25-də Suriya-Türkiyə sərhədi yaxınlığında rus hərbi təyyarəsinin türk qırıcıları tərəfindən vurulması Rusiya-Türkiyə münasibətlərində siyasət, iqtisadiyyat, təhsil, mədəniyyət və daha bir çox sahələrdə əlaqələri iflic durumuna salıb.
Rus-türk evlilikləri iki ölkə xalqlarının münasibətlərində xüsusi çəkiyə sahibdir.
Rus-türk qarışıq nigahlarına bəzən “iki ölkə arasındakı sağlam münasibətlərin təməli”, bəzənsə “Türkiyədəki gizli rus ordusu” kimi baxırlar.
“Türk xalqı da Rus xalqını getdikcə daha yaxından tanıyır. Sayı hər keçən gün artan qarışıq evliliklər və bu ailələrin uşaqları, gələcəkdə Türk-Rus dostluğunun ən möhkəm təməllərini yaradacaqlar”, sabiq prezident Abdullah Gül 2009-cu ilin fevralında Rusiyaya etdiyi səfəri zamanı belə demişdi.
“Siyasi böhran məni də ciddi şəkildə narahat edir. Bizim kimi qarışıq ailələr üçün indi çətindir. Türkiyə, hələ ki, dünyəvi dövlətdir. Və birgə yaşamaq üçün rəsmi nigah tələb olunmur. Bir çox cütlüklər birlikdə yaşayaraq planlar düşünür, toyları üçün pul yığır və ya təhsillərini başa vurmağı gözləyirlər. Və indi elə bir durum yaranıb ki, evliliklə bağlı rəsmi sənədi olmayanlar ailə hesab edilmədiklərindən məcburi şəkildə ayrıla bilərlər”, Smirnova yaşanan siyasi-iqtisadi gərginlik üzündən Türkiyəni tərk etmək və sevgilisi Göktürkdən ayrılmaq qorxusundan bəhs edir.
Image copyrightAFPImage caption
Cütlük narahatdır ki, rəsmi nigahları olmadığından iki ölkə arasındakı siyasi gərginlik üzündən Migrasiya idarəsi növbəti il üçün Jenyanın turist vizasını uzatmaqdan imtina edə bilər.
“İnsanlar hətta nişanlı da ola bilərlər. Amma bu, dövlətlər üçün əsas amil deyil. Kağız yoxdursa, ailə sayılmır. Əlbəttə ki, bu, qorxuludur”, deyir Yevgeniya Smirnova.
“2016-cı ildən Türkiyə vətəndaşları Rusiya Federasiyası ərazisinə giriş üçün viza almalıdır. Viza almaq hər kəsə nəsib olmayacaq. Müntəzəm aviareyslərə bilet almaq da... Türkiyədə turist kimi rəsmi yaşayış hüququ olanlar da bilmirlər ki, növbəti ildə onların oturumu uzadılacaq, ya yox. Bəlkə də birbaşa deportasiya olmadı, amma əgər Türkiyə oturumu uzatmazsa, Rusiya isə viza verməzsə, nə edəcəyik?!”, Smirnova əlavə edir.
Göktürk Jenya ilə bərabərliyinin siyasi münaqişədən təsirlənməməsi üçün münasibətərini rəsmiləşdirmək qərarına gəlib.
“Bu, o qədər gərəksiz, acı və axmaq bir durumdur ki, nə düşünməli olduğumu belə bilmirəm. Amma bunu bilirəm ki, evlilik üçün bəzi şeylərin olmasını gözləməyəcəyəm. Çünki belə bir axmaq səbəb üzündən ondan (Yevgeniyadan) ayrı qala bilmərəm.”
Jenya və Göktürk daha bir neçə il rəsmiləşdirmədən davam etdirməyi düşündükləri münasibətərini ən qısa zamanda evlənərək rəsmiləşdirmək qərarına gəliblər.
“Jenya SSRİ dövrünü görmüş bir insandir. Rusiyasının da nə qədər dəli olduğunu bilir. Turist vizası ilə Türkiyədə mənimlə daha çox qala bilməz - bunu da bilir. Onun üçün də evlilik addımlarına başlamışıq. Evlənsəm, kimsənin arvadım üzərində söz haqqı qalmaz. Bu vəziyyətdən ancaq belə xilas ola bilərik. Iki il sonraya düşündüyümüz evliliyi bir an əvvəl edəcəyik ki, Jenya Rusiyaya dönmək məcburiyyətində qalmasın”, deyir rus Jenyanın türk sevgilisi Göktürk.
Image caption
Yerli qanunvericiliyə əsasən, xarici vətəndaşla evliliyin rəsmiləşdirilməsi üçün qarşı tərəfdən bir sıra sənədləri təqdim etmək tələb olunur.
“Həyat yoldaşım əcnəbi olduğu üçün Evləndirmə idarəsinə əlavə sənədlərlə müraciət olunmalıdır. İlk əvvəl bu sənədləri konsulluqdan almaq üçün oraya müraciət etdik. Amma konsulluğun bu cür sənədləri verməli olan bölümü bağlanılıb. Bir e-mail yazdıq və göndərdik. Bu gün-sabah üçün xəbər gözləyirik. Cavab mənfi olarsa, Jenyanı Rusiyaya göndərəcəyəm ki, sənədləri birinci əldən alıb geri dönsün”, Göktürk Jenya ilə evliliklə bağlı çətinlikləri aşacağını söyləyir.
“Mən burada ona görə yaşayıram ki, bura sevdiyim kişinin vətənidir və indi onun burada olması vacibdir. Mən bir illiyinə evimə dönməyim lazım gələndə o, Türkiyədəki bütün işlərini ataraq mənimlə gəlmişdi. İndi isə mən onu burda dəstəkləyirəm. Onsuz da bu elə də asan məsələ deyil – hər dəfə bilet, viza, sığorta ilə bağlı məsələlər çıxır. Əgər siz fərqli ölkələrdənsinizsə, birlikdə olmanız üçün daha çox pul və cəhdlər göstərməniz lazım gəlir”, Jenya deyir.
İki dövlət arasındakı gərginliyin ilk günlərində bu ikili də qısamüddətli münaqişə yaşayıb.
“Siyasi oyunları qavraya biləcək iradəyə sahib cütlüyük. Sənin ölkən, mənim ölkəm kimi mübahisələrə çox girmirik. Bir ara mübahisə etmiş kimi olduq. Sonradan özümüzdən utandıq. Mübahisəmizi çözmək çətin olmadı. Çünki türk mətbuatında sərhədi keçildiyinə, rus mətbuatında isə keçilmədiyinə dair xəbərləri görüncə, ikisindən biri yalan söyləyir deyib kənara çəkildik”, Göktürk xatırlayır.
“Sadə insanlar, gənc ailələr indi həqiqətən sarsıntı keçirirlər və siyasətçilərin hər bir addımını izləyirlər. Mənim ailəm, qohumlarımdan heç kim qorxmur ki, Türkiyədə mənə qarşı pis davranmağa başlayarlar. Amma buradakı ailəmin dağıla biləcəyindən qorxurlar. Onlar qorxurlar ki, bu və ya digər ölkənin xeyrinə son qərar vermək məcburiyyətində qalacağam – bax, bu, çox dəhşətlidir”, Yevgeniya Smirnova deyir.
Ötən həftəsonu Antalyada 6-cı Rus, Ukrayna, Türk mədəniyyətləri dostluq festivalı keçirilib. Təbii daşlardan bilərziklər düzəldib satan Jenya və Göktürk də əl işləri sərgisinə qatılmaq üçün bu festivala dəvət ediliblər. Onlar bu sərgiyə Ankaradan qatılıblar.
“Mən Antalyadakı festivala adi sərnişin avtobusunda, türklərlə birlikdə getdim. Hazırda türk dostlarımızın yanında yaşayırıq. Axşamlar isə mən rus yeməklərindən hazırlayıram. Mən sadə türkər və ruslar arasında münasibətlərin pozulmasını hiss etmirəm. İnsanlar istəmirlər ki, bir-birlərini incitsinlər. Ailəni itirmək təhlükəsi varkən, siyasətə görə dalaşmağın əhəmiyyəti yoxdur. Çox istərdim ki, vəziyyətin hər hansı şəkildə inkişafı zamanı hökumətlərimiz sadə insanlar və onarın həyatı haqqında düşünsün”, Jenya deyir.//BBC/
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM