Paytaxtda Novruz yarmarkaları başladı - QİYMƏTLƏR

12:45 / 03.03.2014

Martın 1-dən Bakının rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkalarının keçirilməsinə başlanıb.


Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılıb.

 

Yarmarkaların Novruz bayramı qabağı təşkilinin əhalinin alıcılıq qabiliyyətini artırmaq olduğu bildirilir.


Əməkdaşımız paytaxtın Xətai rayonunda, "Bakı" kinoteatrının yaxınlığında təşkil edilən yarmarkaya baş çəkib və qiymətlərlə maraqlanıb. 

Yarmarkaya daha çox meyvə-tərəvəzin çıxarıldığı ilk baxışdan diqqəti cəlb edir. Satıcılar deyirlər ki, bayrama görə qiymətlərdə ucuzluq müşahidə edilir. Elə alıcılar da yarmarkada ucuzluq olduğunu bildirirlər.

Yarmarkada daha çox və daha ucuz olan alma idi, bu meyvənin kiloqramı 1 manata, çox hallarda isə 2-3 kiloqramı 1 manata təklif edilirdi. Ancaq burada kiloqramı 1 manata, 1 manat 50 qəpiyə də satılan alma var. Narın kilosu 1-2 manata təklif edilir. Mandarin və portağalın kilosu 1,20-1,50 manat arasıdır. Göyərtinin 6 dəstəsi 1 manatadır. Yumurta 11 qəpiyə satılır, kənd yumurtası isə 15-20 qəpiyədir. Kartof 80 qəpik-1 manata təklif edilir. Üç kilosu 2 manata satılan kartof da var. Soğanın isə kilosu 40-60 qəpiyədir. Pomidorun kilosu 1 manat, xiyarın isə 1 manat 70 qəpikdir. Qoyun ətinin kilosu 7 manata, mal ətinin isə 6 manatadır.

Yarmarkada səmənilər də artıq satışdadır. Ən kiçik səməninin qiyməti 1 manatdır. Ölçüsündən asılı olaraq səmənilərin qiyməti 10 manata qədər dəyişir.

 

Bayram bazarlığı üçün nəzərdə tutulan qoz-fındıq da artıq satışa çıxarılıb. Qabıqlı qozun kilosu 3 manatdan, fındıq 3-4 manatdan, şabalıd 5 manatdan təklif edilir. Fındıq ləpəsi 5 manatdan başlayır. Qozun isə kiloqramı 7-11 manat arası dəyişir. Ancaq 5 manata satılan qoz ləpəsinə də rast gəlmək mümkündür. Turşu, kişmiş, qaysı isə kiloqramı əsasən, 5-6 manatdan satışdadır. 

Satıcılar bildirirlər ki, yarmarkalarda ucuzluq səbəbindən həm də sıxlıq var: “Novruza qədər həm bizə, həm də alıcılara xeyir olacaq. Ucuzluqdur, yarmarkadan bazarlıq etmək daha sərfəlidir”. 

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri yarmarkalarda qiymətlərin bazardakından 20-30 faiz ucuz olduğunu bildirirlər. Yeri gəlmişkən, martın 1-də “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 12,7 ton məhsul, o cümlədən 0,6 ton ət, 0,2 ton ağartı, 3 ton tərəvəz və s. təklif olunub. Burada qiymət fərqi bazardakından 20-25 faiz olub. Burada qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, soğan 45-50, yumurtanın 1 ədədi 11 qəpiyə və satılıb. 

Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş yarmarkaya bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə, Quba, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən 55,1 ton meyvə-tərəvəz, bostan bitkiləri, mal və qoyun əti, ağartı və digər məhsullar gətirilib. Yarmarkaya çıxarılan məhsullar arasında mövsümə uyğun kənd nemətləri, o cümlədən kartof, soğan, kələm, yerkökü, çuğundur, badımcan, balqabaq, bibər, alma, armud, nar, heyva, göyərti və digər məhsullar üstünlük təşkil edib. Burada isə məhsulların bazarlardakından 25-30 faiz ucuz qiymətə satıldığı bildirilir

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM