Dövlət Gömrük Komitəsindən Strategiya.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Alı Məmmədovun üzərində şəxsi yoxlama zamanı onun ayaqqabısının sağ tayının tərliyi ilə ayaqqabının içəri alt divarı arasından səpilmiş vəziyyətdə, xalis çəkisi 13,832 qram olan metamfetamin aşkar edilib.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.