APA-nın “News.am”-a istinadən verdiyi məlumata görə, “Müxalifətin vahid qərargahı” qurumunun rəhbəri Jirayr Sefilyan meydanda çadırların quraşdırılmasına çağırıb. Meydanı əhatəyə alan polis əməkdaşları çadırı müxalifətçilərin əlindən almaq istəyərkən toqquşma baş verib. “Biz nə bahasına olursa-olsun qəti addımlar atmağa hazırıq. Lakin bu prosesdə xalq da iştirak etməlidir. Dekabrın 6-da meydan insanlarla dolu olmalıdır”, - deyə J.Sefilyan bildirib.
Qeyd edək ki, “Yeni Ermənistan” təşkilatı dekabrın 1-də mitinq və yürüş keçirərək Azadlıq meydanında müddətsiz aksiyanın başlandığını bəyan edib.
Strategiya.az