APA-nın məlumatına görə, bu barədə Serbiyanın xarici işlər naziri İvitsa Daçiç yekun mətbuat konfransında deyib: “Bəzən konsensusa gəlmək, xüsusilə 57 üzvü olan ATƏT kimi təşkilatda vahid fikrə gəlmək çətin olur. Lakin biz çox sevinirik ki, bəzi qütbləşmələrə baxmayaraq, terrorizmlə mübariz, narkotik nəqliyyatı, zorakı ekstremizmlə mübarizə, gənclər məsələsi, təhlükəsizlik kimi sahələr üzrə razılığa gələ bildik”.
Yekun sənədlər üzrə səsvermə qapalı keçirilib. Uzun müzakirələr səbəbindən iclas təyin edildiyi vaxtdan gec başa çatıb.
Xatırladaq ki, gələn il yanvarın 1-dən ATƏT-ə Almaniya sədrlik edəcək.