“İran qadınları ictimai, idman, idarəetmə kimi sahələrdə fəal iştirak edirlər. Əhatəli və ciddi vəzifəni kimə həvalə etməkdən söhbət getdikdə iranlı qadının səfir təyin edilməsi göstərir ki, gender məsələsi burada heç bir rol oynamır” - deyə Ruhani bildirib.
O qeyd edib ki, Mərziyə Əfhamın səfir təyin etməkdə məqsəd ölkədə qadınlar üçün imkanların yaradılmasını göstərməkdir (APA).