“Putin niyə susur ?”

18:40 / 03.03.2014

İNQİLABIN QİYMƏTİ VƏ YA KRIMLA CƏZALANDIRMA

“Putin niyə susur”-prezidentliyini xalq qiyamı ilə itirmiş Yanukoviçin yaşadıqları qorxulu yuxudan yalnız rus dövlət başçısının səsi ilə oyana bilcəyini dilə gətirməsi Ukrayna üzərində oynanılan qanlı dramanın əsas siyasi şüarına çevrildi.Doğrudan da Qərbə son səfəri zamanı hamını postsovet məkanında Rusiyanın maraqlarını tanımağa çağırmaqla və hədələyici tonuyla dünyaya verdiyi mesajlardan sonra rus dövlət başçısı sanki dərin bir sükuta qərq olmuş,Maydanın keçmiş sovet məkanına gətirdiyi inqilab kabusunu sadə müşahidəçi statusu ilə izləyənlərin sırasına qoşulmuşdu.Lakin Putin sübut etdi ki,O,Stalindən daha artıq gizli planlar qurmağa,əsəb savaşına tab gətirməyə və risqli qərarlar qəbul etməyə qadir bir liderdir.Hazırda ABŞ və Qərb dövlətləri Rusiya əleyhinə koalisiya formalaşdırmaq hazırlıqlarında ikən Krım üzərində hərbi istehkamlar quraraq möhkəmlənən rus ordusu növbəti dəfə beynəlxalq məkana güc nümaiyişi ilə çıxmaqdan çəkinmədi.

Ukrayna bu dəfə inqilabın bədəlini çox baha ödədi.Avropaya qonşuluq siyasəti ölkəni parçalanmaq və müstəqilliyini itirməyin bir adımlığına gətirib çıxardı.Əslində heç kəsə sirr deyildi ki,Rusiyanın bütün sərhədləri boyunca Qərbin möhkəmlənməsini və coğrafi mühasirəsini hədəfləyən Qərb planı Marşalın vaxtilə irəli sürdüyü doktrinanın müasir dövrə uyğunlaşmış kiçik bir parçası idi.Lakin Gürcüstandan sonra daha bir ölkə Avropa ilə birliyin ağır cəzasını alır və ərazi itkisinə məruz qalır.
Ukraynanı bu katastrofik oyuna itələdilər.Ölkə bütün parametrləri üzrə bölünməyə və qlobal qarşıdurma meydanına çevrilməyə məhkum edildi.Siaysətçilərin sinizmi və proseslərin belə amansız sonluğa gətirib çıxaracağını hesablaya bilməməsi qədim bir xalqın tarixində ləkə kimi qaldı.İndi artıq nə keçmiş hakimiyyətin qalıqlarından və inqilab qurbanlarından danışan var,nə yeni millətçi-şovinist iqtidarın Ukraynaya gətirəcəyi yeni dəyər və azadıqlar hansısa qiymətə mailkdir.Hazırda tərəziyə qoyulan bir dövlətin taleyidir.

Putinin hərbi marşı nə qədər ehtimal edilsə də,bir çoxları üçün əslində gözlənilməz oldu.Soçi Olimpiadasının uğurlu bağlanışı Ukrayana üzərinə hərbi həmlənin yürüş marşına çevrildi.Fakt bundan ibarətdir ki,keçmiş sovet metropoliyalarında həyata keçirilən uğurlu ssenarinin bütün fəsilləri burada tətbiq olunub.Məgər 2008-ci il avqust hadisələri ilə paralelliyi aparılan indiki hadisələr 1990 cı illərin Azərbaycanından nə ilə fərqlənir?Qarabağdakı etnik separatizmə başçılıq edənlər Vilayət sovetinin toplantısını keçirərək Mərkəzə müraciəti üstündən 26 il sonra Krım parlamentariləri tərəfindən təkrarlanmırmı?Kəşfiyyat strukturlarının təxribatı,yeni hökumətin səbatsız antiRusiya bəyanatları fonunda rəsmi Kremlin addımları tamam məntiqi görünür.Müşahidələr göstərir ki,Putin Ukraynanı işğalın bütün ssenarisini Hitlerin Sudet üzərindəki planlarından daha ciddi hazırlayıb.İndi bütün Rusiya əyalətlərində soydaşlar və keçmiş torpaqlarla həmrəylik aksyası keçirilir.Əlbəttə, söhbət heç də Krımdakı imperiya keçmişini qaytarmaq,hərbi qələbələrinin və şanlı silahlı vuruşlarının davamını gətirmək,Xruşşovun bədnam səhvini aradan qaldırmaqdan getmir.Putin Stalindən daha strateji düşünür.O,nəinki bir ölkənin arzuolunmaz iqtidarından bu yolla intiqamını alır,o cümlədən Qərbə meydan oxuyaraq sübut edir ki,onun üçün BMT qətnamələrinin heç bir qara qiyməti yoxdur.

O,bunu necə bacardı?İndi çoxlarını bu sual düşündürür? Əlbəttə,Rusiya ərazi defisitindən daha çox,böyüklüyündən əziyyət çəkir və bu çoxlarına bəllidir.Lakin öz milli maraqları uğrunda güzəştsiz tarixi lider statusu Putin idarəçilyinin əsas xəttidir və ac rusu belə qələbələr sevindirir,avtoritar iqtidara dözməyə məcbur edir.Demokratiya və insan haqları bayrağı altında irəliləyən Qərb ordusunu dünənə qədər qarşılamağa milyonlarla rus insanı çıxa biləcəyi halda artıq Qara dənizə gələn NATO tankerləri əsil işğalçı kimi təqdim olunacaqlar və xalq Putini müdafiə edəcək.Axı sual olunur,niyə Qərb tələ qurub Rusiyanın zəif dövrlərində onu Balkanlardan çıxara və Kosovo kimi bir atrofik dövlət təsis etməyə qadir ola bilir,amma əvəzində ruslar öz qədim işğal etdikləri və Stalinin sürgün siyasəti ilə demoqrafik üstünlük qazandıqları subyektlərdə bunun təkrarını həyat keçirə bilmirlər?

İndi isteriya içərisində Aralıq dənizinə girən ABŞ atom aviadaşıyıcıları həqiqətənmi Krımda savaşa gəlir?Vaxtilə Karib böhranı ilə dünyanı səksəkədə saxlayan iki nüvə dövləti həqiqətənmi genişmiqyaslı hərbi toqquşmaya qadirdlilər? Qətiyyyən buna inanmaq mümkün deyil.Qərb bu dəfə də dünyanın bütün informasiya artilleriyasını ruslara qarşı çevirib soyuq müharibədən daha dəhşətli əkstəbliğat quracaq,amma gerçək silahlı toqquşma və yeni dünya savaşı təhlükəsi real olmayacaq.Hələ ki,işğala qarşı BMT_nin ölü doğulan sənədləri ilə mübarizəyə əl atılıb və ümid olunur ki,belə operativ reaksiya ilə Putini nədənsə çəkindirə bilərlər.Halbuki belə ssenari gərginlyi daha da artıracaq.Çünki Putin ortaya kəşfiyyat sənədləri qoyacaq ki,yeni Ukrayna hökuməti Qərb qoşunlarını ondan əvvəl buraya gətirməyə hazır olublar.Onda bir çoxları susacaqlar.

Qərbin vahid bir cəbhədən antiRusiya blokuna qoşulacağı da şübhə doğurur.Söhbət heç də Qaz imperiyası altına düşmüş ölkələrin manevrləri və gözləmə mövqeyindən getmir.İndiki dövrdə Avropa ruslar əleyhinə vuruşmağa qətiyyən hazır və razı deyil.İkinci dünya müharibəsini uduzmuş xalqların övladlarının yaddaşında yaxşı qalıb ki,rusları məntiq və soyuq ağılla udmaq mümkün deyil.Burada “Qordi düyününü” Aeksandrcasına kəsib atan sərkərdəyə ehtiyac var.Qərbsə indi Yalta görüşünə qatılaraq dünyanın taleyini həll edən Çörçill,Ruzvelt kimi tarixi simalara ehtiyac duyduğunu açıq etiraf edir.

CNN,BBC və digər ünlü informasiya qiqantlarının çarxında əzilən Rusiya isə 2008-ci ildəki kimi bir müddət sonra tam və yenilməz şəkildə bu ittiham sunamisindən çıxacaq.Çünki bu ölkəyə müsbət imic gərək deyil.Əlbəttə,yeni İkrayna əməliiyatına rusların milyonları xərclənəcək və bəlkə də neft kartelləri keçmiş diversya siyasətlərini işə salacaqlar.Lakin hara qədər?

Hər gün onu yeni imperiya qurmağa və başqa əraziləri ələ keçirməyə görə suçlandıran azadlıqsevər dünya qarşısında acizliyini göstərən və heç nəyə qadir olmadığını sübuta yetirənlər isə yeni Ukrayna hökuməti olacaq.Siyasət və hərb meydanı Kliçkonun qələbələr əldə etdiyi rinqlər deyil.Çünki sovetlər dönəmində iki özünü təmin edən ölkədən biri olan Ukrayna indi müharibəyə atılan əskərlərinə ödəməyə rus qiymətli kağızlarında özgə bir şey tapmır.

Azərbaycan bu müharibənin hansı barrikadasında olmaldır?Ən qısa cavab Türkiyənin 2-ci dünya müharibəsində tutduğu mövqedir.Bİzə indi dumanlı Albion siyasəti gərəkdir.İsti iqlim qurşağının və impulsivliyin haqqını biz bir dəfə çox ağır ğdəmişik.Soyuq ingilis ağlı,ikinci cəbhəni gərəkən zamanda açan Qərb dairələrinin o vaxtkı hesablaması və dalaşan fillərin ayaqları altında ota çevrilməmək siyasəti!

Ukrayna cəbhəsində qələbəni 61 il əvvəl kim qazanmışdı?

Milli Məclisin deputatı,
Zahid Oruc

 



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM