Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində dekabrın 9-da Sian şəhərindəki Terrakota Ordusu (yeraltı heykəllər ordusu) Muzeyi ilə tanış olub.
Sian şəhəri Çinin mərkəzində yerləşən Şaansi əyalətinə mənsubdur. Qədim İpək Yolunun üzərində yerləşən bu əyalət zəngin tarixi və mədəniyyəti ilə diqqəti cəlb edir. Bu əyalət Çinin dörd qədim paytaxtından biridir.
Dövlətimizin başçısına əvvəlcə muzeyin yerləşdiyi ərazinin planı barədə məlumat verildi.
Diqqətə çatdırıldı ki, yeraltı heykəllər ordusu 1974-cü ildə kəşf edilib və dünya tarixinin ən önəmli arxeoloji tapıntılarından hesab olunur. 1977-1985-ci illərdə burada iki dəfə arxeoloji qazıntı işləri aparılıb. Tədqiqatlar nəticəsində boyları 1.83 və 1.93 santimetr arasında dəyişən heykəl əsgərlər aşkarlanıb. Heykəllərin özəlliyi onların hər birinin üz ifadəsinin və geyimlərinin fərqli olmasıdır. Lakin tapılan heykəllər torpaqdan çıxarılandan sonra üzlərindəki boyalar pozulduğuna və təbii rənglərini dəyişdiyinə görə arxeoloqlar qazıntı işlərini yarımçıq qoymağa məcbur olublar. Çinlilər tərəfindən dünyanın səkkizinci möcüzəsi kimi qəbul edilən terrakota əsgərləri ilə bağlı qazıntı işləri texnikanın və elmin inkişafı nəticəsində 2009-cu ildə yenidən bərpa olunub. Qazıntı aparılan ərazidən indiyədək təxminən iki min əsgər heykəli tapılıb. Ərazidə 520 atla 8 min əsgərin, 130 döyüş arabasının, 150 süvarinin olduğu təxmin edilir. Onlar 600-ə yaxın yeraltı çuxurda toplanıb. Çin imperatoru Sin Şi Huangın məzarı da buradadır. Əfsanəyə görə, terrakota ordusu imperator Sin Şi Huangın məzarını qoruyurmuş.
Məlumat verildi ki, 1987-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən terrakota ordusu üç ayrı çuxurda dəfn edilib. Çuxurlardan ən böyüyü əsasən piyada əsgərlərin heykəllərindən ibarətdir. Müxtəlif hərbi rütbələri daşıyan hərbçilər dövrün ən qabaqcıl döyüş nizamına və strategiyasına uyğun şəkildə, döyüş meydanında hazır mövqedə basdırılıblar. Çuxurların birində imperatorun mərasim batalyonu öz nizami düzülüşü ilə diqqəti cəlb edir. Əsgərlərin yanında o dövrə aid təxminən 10 min bürünc silah da var.
Bu muzey Çin tarixini, həmçinin o dövrə məxsus texnologiya, incəsənət və mədəniyyəti öyrənmək və tədqiq etmək üçün əvəzsiz mənbədir. Lakin araşdırmalar hələ də terrakota ordusunun sirrini açmağa kömək etməyib. Qədim məxəzlərdə yazılıb ki, imperator Sin Şi Huang dövrünün görkəmli dövlət xadimi olaraq Çin ərazilərini vahid dövlətdə birləşdirən lider kimi tarixə düşüb. Bəzi mənbələr Çin səddinin inşasına başlanmasının da onun adı ilə bağlı olduğunu bildirir. Tarixçi Si Maqian isə yazır ki, bu məzarın inşası 30 il davam edib və tikintidə 700 min insan işləyib.
İmperatorun ordunu dəfn etdirmək üçün niyə Sian ərazisini seçməsinin də maraqlı tarixçəsi var. Tarixçilər hesab edirlər ki, imperator Li Şan adlanan dağı o dövrün məşhur fəlsəfəsi ilə əlaqələndirib. Məhz buna görə özünün də burada dəfn olunmasını əmr edib. İmperatorun məzarı yerin 36 metr dərinliyindədir və o, inanırdı ki, daş heykəllərdən ibarət terrakota ordusu onu öldükdən sonra da qoruyacaq.
Prezident İlham Əliyev terrakota ordusunun müxtəlif rütbələrdə olan hərbçilərinin heykəllərinə də baxdı.
Dövlətimizin başçısına qazıntı işləri zamanı ərazidən tapılan bürünc silah nümunələri barədə məlumat verildi.
Qeyd edək ki, il ərzində bu muzeyə dünyanın müxtəlif yerlərindən minlərlə turist gəlir. Onlar dünya tarixinin və mədəniyyətinin bu əvəzolunmaz incisi ilə tanış olmaq, onu öz gözləri ilə görmək istəyirlər.
Sonra xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM