“Qarabağ”ın və millimizin yarımmüdafiəçisi Vüqar Nadirov azerisport.az saytına müsahibəsində “Neftçi”nın yarımmüdafiəçisi Erik Ramosla toqquşaraq aldığı zədəsindən və özünün milliyə dəvət edilməməsindən danışıb:
- Oyundan sonra iki tikiş qoyublar. Bu gün məşqimiz var və düşünürəm ki, bu, komanda ilə birgə məşqimə əngəl olmayacaq.
- Təəccüb edirəm. Adımı dəvətlilər siyahısında görməyəndə pis oldum. Bəlkə ona görə çağırmayıblar ki, son oyunlarda ikinci hissədə meydana çıxırdım. Buna baxmayaraq, çağırışı gözləyirdim. Təsnifat mərhələsinin oyunlarına qədər hələ oyunlar olacaq. Ümid edirəm ki, burada mən olacağam.
- Milli çoxdan idi ki, toplanmırdı. Bu halda, yoxlama istər-istəməz vacib idi. Filippini tapıblar. Düşünürəm ki, bizimkilər uğurlu oynaya biləcək. Rəqib sərt futbol oynayır. Futbolçularımız bir qədər özünü qorumalıdır.
- Öz təcrübəmdən bilirəm ki, az qarşılaşmadığım belə komandalar, Avropa yığmalarına qarşı sərt oynayır və özlərinin göstərməyə çalışır.
- Mənə bu haqda mühakimə etmək çətindir. Hər şey ola bilər. Onun qarşısında məqsəd qoyulub ki, komandanı AÇ-nin final mərhələsinə çıxarsın. İndi o, bu məqsədi həyata keçirə biləcək komandanı yığmağa cəhd edir. Bizim qrupumuz asan deyil: İtaliya və Xorvatiya favoritlərdir. Bolqarıstan və Norveçi keçmək isə, asan olmayacaq.
- Əgər o, hazırda olan oyunçulardan yaxşılarını tapa bilsə, qoy onları dəvət etsin. Azərbaycan yığmasında ən yaxşı oynamalıdır. Ola bilər ki, Berti Foqts yeni kadrlar axtarır.