Könlü balıq istəyən...

12:35 / 09.12.2015

Azərbaycanda qanunsuz balıq ovu ilə bağlı növbəti reyd keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, reyd nəticəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və daxili su obyektlərində, o cümlədən çaylar, kanallar və kollektorlarda rast gəlinən bir sıra neqativ hallar aradan qaldırılıb. Xüsusilə Mil-Muğan və Şirvan kanallarında qanunsuz qurulmuş xeyli tor, balıq tutmaq üçün digər qanunsuz vasitələr, vizual görüntülərinə görə xeyli müddət istifadə edilməyən balıq ovu üçün nəzərdə tutulmuş alətlər aşkar edilib və akt tərtib olunaraq zərərsizləşdirilib.

Eyni zamanda, Baş Şirvan və Baş Mil-Muğan kollektorlarının mənsəbində dövlət idarəçiliyində olan balıqartırma zavodlarına məxsus, törədici balıqların toplanaraq süni balıqartırma məqsədləri üçün zavodlara göndərilməsini təmin edən vətəgə əhəmiyyətli stansiya və məntəqələrdə gözətçi yerlərinin və torların yenilənməsi, qanunsuz ov hallarının qarşısının alınması ilə bağlı Nazirlik tərəfindən Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə verilən göstərişlər də yerinə yetirilib.

Belə ki, Departamentin nəzdindəki balıqartırma zavodlarının Baş Şirvan və Baş Mil-Muğan kollektorlarının mənsəbində fəaliyyət göstərən stansiyaları, vətəgələri yenilənib, əraziyə izahedici və maarifləndirici lövhələr vurulub. Gözətçi və mütəxəssislərin müvəqqəti qalması, həmçinin ov alətlərinin saxlanılması üçün nəzərdə tutulan tikililərdə təmir-bərpa işləri aparılaraq normal vəziyyətə gətirilib: "Şirvan və Mil-Muğan kollektorlarının Xəzərə tökülən hissəsində yaradılmış vətəgə əhəmiyyətli stansiya və məntəqələr Azərbaycanda fəaliyyət göstərən və dövlətə məxsus 11 balıqartırma zavodunu törədici ana balıqlarla təmin edən tədarükçü stansiyalardan biridir. Bu da onunla əlaqədardır ki, Xəzərə qovuşan Kür, Araz və digər çaylarda hidroqurğuların tikilməsindən, yəni çayların qarşısı bəndlərlə kəsiləndən sonra uzun illərdir müxtəlif növ balıqlar, o cümlədən nərəkimilər və qızıl balıqlar təbii kürüləmə yerlərindən təcrid olunub".

Nazirlikdən qeyd edilib ki, Xəzər dənizinin bioresurslarının məhsuldarlığını saxlamaq üçün Azərbaycanda fəaliyyət göstərən balıqartırma zavodları törədici balıqları bu üsulla əldə edərək onun kürüsünü süni şəraitdə təhlükəsiz yaşa və ölçüyə qədər yetişdirərək yenidən dənizə buraxmaqla məşğuldur. Kür çayının üzərində olan bir neçə belə balıqartırma əhəmiyyətli vətəgə-stansiyalarda, o cümlədən Şirvan və Mil-Muğan kollektorlarındakı məntəqələrdə də törədici ana balıq tədarük olunur və onlardan alınan kürülərdən minlərlə körpə balıq yetişdirilərək Xəzər dənizinə qaytarılır. Bu səbəbdən də bu təyinatlı sututarlarda balıq tutmaq məqsədə uyğun deyil, burada qanunsuz, həm də həvəskar balıq ovuna icazə verilmir: "Ona görə ki, vətəgədə quraşdırılmış balıq tutucu vasitələrlə balıqların hərəkəti məhdudlaşdırıldığından həvəskar balıqçılar burada cəmləşən və qaça bilməyən balıqları asanlıqla tutur və elə zənn edilir ki, guya bu balıqlar təbii şəraitdə tutulur. Əslində isə belə deyil. Bir tərəfdən belə qurğular nisbətən şirin suya cəlb edilib kanallara daxil olan balıqların kanallarla yuxarı keçərək hansısa tarlada məhv olmasının qarşısını alır. Həmin sahələrdə qadağanedici və maarifləndirici lövhələr də ona görə qoyulub ki, hətta həvəskar balıqçı da həmin ərazidə balıq tutmasın və burdan alınan kürülərdən yetişdirilərək dənizə, çaylara buraxılan balıqları gələcəkdə digər ərazilərdə tuta bilsin".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM