Pekində eşidilən səs - Moskva-Bakı-Ankara üçbucağındakı sirr

15:02 / 10.12.2015

Son günlər dünyada dəyişən siyasi vəziyyət ölkələrarası münasibətlərdə yeni cığır açıb.

 Belə ki, Türkiyə və Rusiya münasibətlərində yaranan gərginliklər, iki ölkə arasındakı əlaqələrin qırılmasına gətirib çıxarıb. İllərdir Orta Asiyaya getmək üçün Gürcüstan sərhəddindən keçərək Rusiyaya daxil olan “TIR”lar, münasibət gərginləşdikdən sonra ortada qaldı. Belə bir vəziyyətdə Azərbaycan qardaş ölkəyə kömək etmək məqsədiylə bir sıra addımlar atdı. 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin son günlər Bakı - Tbilisi - Qars dəmiryol xəttinin gələn il istifadəyə verilməsi üçün apardığı danışıqlar, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında Sərəncamı,  tranzit prosedurlarının sadələşdirilməsi və xidmət haqlarının aşağı salınması hesabına Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərclərinin təqribən 40% aşağı salınması, yük daşınması sahəsində Türkiyənin problemini həll etməklə yanaşı, Azərbaycanı da beynəlxalq yükdaşımalarında tranzit ölkəyə çevirməyə xidmət edir.

Bu sahədə Azərbaycanın atdığı önəmli addımlardan biri də 2015-ci ilin avqust ayında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çin Xalq respublikaları arasında konteyner  daşımalarına start verilməsi idi. Elə bu məsələnin həlli üçün Prezident İlham Əliyev, bir neçə gün öncə Çinə səfər edib.

Bu görüş Azərbaycana həm iqtisadi, həm də siyasi cəhətdən nələr qazandıracaq?

“Prezidentin bu səfəri nəticəsində beynəlxalq yük daşınmalar istiqmətini Azərbaycan tərəfinə çevirəcək ki, bu da  Azərbaycanın büdcəsi üçün əlavə gəlirlər deməkdir”.

Bunu ATV.az – a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, İlham Əliyevin bu səfəri geniş masştablı xarakter daşıyır: “Çin BMT təhlükəsizlik şurasının 5 daimi üzvlərindən biri olduğu üçün, o, Dağlıq Qarabağ probleminin  həllinə təsir edəcək dövlətlərdən biridir. O, həmçinin Qərbi Avropa ilə ticarət əlaqələri inkişaf edən ölkələrdən biridir. Yəni dünyada baş verən siyasi dəyişiklər nəticəsində, tranzit yük daşınmaların çoxu həm dəmir yolu, həm də quru yolu Azərbaycan ərazisindən keçə bilər.

Digər tərəfdən, Çin, Azərbaycanın ərazi bütövlüyünü təmin edən ölkələrdən biridir. Dağlıq Qarabağ məsələsinin ədalətli həlli yolunda Çin həmişə bizi dəstəkləyib. Yəqin ki, səfər zamanı bu məsələ də Çinlə müzakirə olunacaq. Çinin həm Türkiyə, həm də Rusiya ilə də münasibətləri yaxşıdır. Yəqin ki, İlham Əliyev cənabları, Çinin nəzərinə Türkiyə-Rusiya münasibətlərini də çatdırar və Çindən bu məsələnin düzgün yönləndirməsi barədə kömək istəyər.

Qabil Hüseynli həmçinin qeyd etdi ki, Prezident bu səfərində avtomobil nəqliyyatı ilə yükdaşımalarını da Çinə təklif edəcək: “Çünki “İpək yolu” demək olar işə düşür. Bu yol vasitəsilə Rusiya ərazisindən keçməməklə, Azərbaycan-Gürcüstan-Türkiyə  xətti ilə Orta Asiya getmək mümkün olacaq. Azərbaycanın Xəzərdə böyük gəmiləri var. Onun vasitəsilə Çinlə Avropa arasında böyük iqtisadi əlaqələr qura bilər.  Bir sözlə, bu səfər Azərbaycana həm iqtisadi, həm də siyasi cəhətdən böyük səmərələr vəd edir. Mən güman edirəm ki, bütün bunları hamısı reallaşsa, Azərbaycan üçün böyük əhəmiyyətə malik ola bilər”.

“Çin Azərbaycan üçün Rusiya, Türkiyə, ABŞ, Almaniya və Yaponiyadan sonra idxalda əsas yer tutan ticari partnyordur”. Bunu ATV.az –a açıqlamasında iqtisadçı Ruslan Atakişiyev bildirib.

Onun sözlərinə görə, 2015-ci ilin son rübünün yekunlarına nəzər saldığımız zaman görə bilərik ki, Çinin 462 milyon 238 minlik bir ticarət dövriyəsi var: “Çin, idxal məsələsində Azərbaycan üçün 6-cı yerdə dayanır. Bu da 5,65% deməkdir. Çin, idxalda 416 milyon 778 min ABŞ dolları dəyərində rola malikdir.

Əsas ticarət dövriyyəsinin ümumi həcminə nəzər yetirdiyimiz zaman görərik ki, Çin, ilk 10-luğa düşən ölkələr sırasındadır”.

Ölkə başçısının görüşlər keçirməsi Azərbaycanla iqtisadi əlaqələrin artmasına, həmçinin, gələcəkdə “İpək yolu”nun inkişafına gətirib çıxara bilər”.

Çoxvektorlu Türkiyə-Rusiya-Çin arasındakı əlaqələrə bir də Azərbaycanın əlavə olunması, ölkəni beynəlxalq siyasətdə daha böyük oynamağa sövq edir.

Hər bir vəziyyətdə, bu üç böyük nəhəng arasındakı əsas koridor olmaq yolunda Azərbaycanın qazancı və potensial uğurları daha çox və ciddi səviyyədə ola bilər. Hətta bu artıq reallaşmaq üzrədir.

Xəyalə Coşqun


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM