Dekabrın 10-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının V plenumu keçirilib.
Plenumda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, təşkilatın üzvləri və veteranlar iştirak ediblər.
Plenumu Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev açıq elan edib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, şəhidlərimizin, dünyasını dəyişmiş veteranların və “Günəşli” neft yatağında baş vermiş qəza nəticəsində həlak olmuş neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra plenumun rəyasət heyətinin və katibliyin üzvləri seçilib.
Dadaş Rzayev Respublika Veteranlar Təşkilatının 2015-ci ildə gördüyü işlərin hesabatı və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı hesabat məruzəsi ilə çıxış edib.
Ümummilli lider Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu ənənənin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Qeyd edilib ki, hesabat dövründə təşkilatın nüfuzunun yüksəldilməsi, veteran təşkilatlarının ictimai həyatda fəallığının artırılması istiqamətində mühüm addımlar atılıb. Veteranların sosial problemlərinin həlli onların fəallığının yüksəlməsinə, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində daha yaxından iştirakına müsbət təsir göstərib.
Bildirilib ki, təşkilat cari ildə bir plenum və rəyasət heyətinin iki iclasını keçirib. Bu plenum və iclaslarda bir sıra aktual problemlər, o cümlədən veteranların sosial müdafiəsi məsələsi müzakirə olunub, onlara müvafiq kömək göstərilib. Bu il veteranlarımız faşizm üzərində Qələbənin 70 illiyini təntənəli surətdə qeyd etməklə yanaşı, birinci Avropa Oyunlarının, Milli Məclisə seçkilərin uğurla həyata keçirilməsində fəal iştirak ediblər.
Veteranlara göstərilən diqqət və qayğının əyani təzahürlərindən danışan D.Rzayev deyib ki, bu il mayın 7-də Qələbənin 70 illik yubileyi ərəfəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Respublika Veteranlar Təşkilatı üçün tikilmiş yeni binanın açılışında iştirak edib, müharibə və əmək veteranları ilə görüşərək onların problemləri ilə maraqlanıblar.
Respublika Veteranları Təşkilatının sədri bu diqqət və qayğıya görə veteranlar adından dövlətimizin başçısına minnətdarlığını bildirib.
D.Rzayev qeyd edib ki, şəhər və rayon veteranları təşkilatlarının sədrləri veteranların sosial-iqtisadi problemlərinin həllini və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasını özünün ən böyük məqsədi hesab edir, bu istiqamətdə də mühüm işlər görülür. Böyük Vətən Müharibəsi veteranları mənzil və avtomobillərlə təmin olunur, veteranlara və onların ailələrinə yardımlar edilir.
Bu il respublikanın 24 rayonunda veteran təşkilatlarına xidməti otaqların ayrılmasına və avadanlıqlarla təmin edilməsinə nail olunub.
Prezident İlham Əliyevin 2015-ci il 23 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan bütün tədbirlər yerinə yetirilib.
Məruzəçi bildirib ki, hazırda Azərbaycanda 1 milyon 300 min nəfərə qədər təqaüdçü yaşayır ki, onlardan 337 min 423 nəfəri veteran statusuna malikdir. Respublika Veteranlar Təşkilatı Azərbaycan Prezidentinin sərəncamlarını əsas götürərək gənclərin hərbi vətənpərvərlik tərbiyəsini yüksəltmək üçün ötən müddətdə çoxsaylı tədbirlər, o cümlədən cəbhə bölgələrində və rayonlarda yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirib. Təşkilatın sədri veteranlarla bağlı tədbirlərin işıqlandırılmasında mətbuatın, xüsusilə AZƏRTAC-ın rolunu xüsusi vurğulayıb.
2016-cı ildə qarşıda duran vəzifələr haqqında danışan natiq deyib ki, rayon, şəhər veteran təşkilatlarında hesabat seçki konfranslarının, veteranların yubileylərinin keçirilməsi, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, ordu və xalq arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində Müdafiə Nazirliyi ilə birgə müvafiq iş aparılması və digər tədbirlər nəzərdə tutulur.
Sonra məruzə ətrafında çıxışlar olub.
Plenumda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Veteranlar Təşkilatının cəmiyyətimizin həyatında mühüm rol oynadığını diqqətə çatdıraraq deyib: “Biz veteranlar barədə danışarkən, həmçinin arxa cəbhədə fədakarlıq göstərmiş və sonrakı dövrdə ölkəmizin sosial-iqtisadi inkişafında yaxından iştirak etmiş insanların fəaliyyətini, müstəqillik dövründə Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş, Qarabağ cəbhəsində şücaətlər göstərmiş veteranların xidmətlərini də qeyd etməliyik. Veteranlar təşkilatı öz ətrafında həmin insanları da birləşdirir. Bu təşkilatın üzvləri Azərbaycan dövləti və cəmiyyətinin ümid yeri olub. Bu gün də cəmiyyətin bütün təbəqələri ona güvənc yeri kimi baxır. Təşkilatın üzvləri öz xidmətləri ilə bunu dəfələrlə sübut ediblər. Ulu öndər Heydər Əliyev veteranlara daim diqqət göstərir, onların problemlərinin həllinə qayğı ilə yanaşırdı. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir, veteranların cəmiyyətimizdə layiqli yerini qoruyub saxlaması üçün bütün lazımi tədbirlər görülür. Sosial problemlərin həlli, ictimai fəallığının artırılması istiqamətində görülən ardıcıl işlər buna misal ola bilər”.
Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, bu il Qəbələnin 70 illiyi dövlət səviyyəsində yüksək əhval-ruhiyyə ilə qeyd olunub. Prezident İlham Əliyev bu tədbirlərdə şəxsən iştirak edib. Həmin ərəfədə veteranlar təşkilatı yeni binaya köçürülüb. Veteranlar da bu etimadı qiymətləndirir, üzərilərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışırlar.
Ərəstun Mehdiyev deyib ki, bu gün veteranlarımız müharibə şəraitində olan Azərbaycanda hərbi vətənpərvərlik tərbiyəsinin güclənməsi, gənclərimizin milli ruhda tərbiyəsi işinə öz töhfələrini davam etdirməli, zəngin təcrübələrini gənc nəslə ötürməlidirlər. Çünki bu gün cəbhə bölgəsində yüksək əhval-ruhiyyə ilə yaşamaq və yaratmaq, ordumuza dəstək olmaq üçün cəmiyyətimizin, o cümlədən gənclərin məqsədyönlü fəaliyyətinə böyük ehtiyac var. Bu sahədə veteranlar öz sözlərini deməli, gənc nəsillə güclü iş aparmalı, ordu ilə gənclər arasında əlaqələrin güclənməsində öz səylərini əsirgəməməlidirlər.
Bu gün dünyada müxtəlif dinlərin təmsilçiləri arasında ixtilafların baş verdiyini, radikal dini cərəyanların meydana çıxdığını diqqətə çatdıran Prezident Administrasiyasının rəsmisi bildirib ki, bunu Azərbaycan cəmiyyətinə də sirayət etdirməyə, gənclərimizi düz yoldan azdırmağa çalışan qüvvələr var. Odur ki, bütün cəmiyyətimiz, onun müxtəlif təbəqələri, xüsusən veteranlar öz təcrübələrindən istifadə edərək gənclərə təsir imkanlarını qoruyub saxlamalı, onları düzgün yola istiqamətləndirmək üçün yorulmadan fəaliyyət göstərməlidirlər. Gənclərin milli ruhda böyüməsinə, ağsaqqal sözünü eşitməsinə, dini görüşlərinin formalaşmasına nail olmağa çalışmalıdırlar. Bu sahədə müharibə və əmək veteranlarının, zabitlərimizin fəaliyyəti üçün geniş imkanlar var və bundan səmərəli istifadə etmək lazımdır.
“İnanıram ki, veteranlarımız bundan sonra da cəmiyyətimizin əsas fəal hissəsi olaraq qalacaq və dövlətimizin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə uyğun olaraq məqsədyönlü şəkildə çalışacaqlar” – deyə Ərəstun Mehdiyev vurğulayıb.
Plenumda çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə veteranlara, veteran təşkilatlarına münasibətin dəyişdiyini diqqətə çatdıraraq deyib: “Cəmiyyət üçün o zaman vacib olan məsələlərdən biri veteranlara olan münasibətdə Ulu Öndərin yürütdüyü siyasət idi. Mənim işim vaxtilə bu təşkilatla, həyatı xalqa, dövlətə xidmətdə keçmiş ağsaqqallarla bağlı olub. Onların tədbirlərində yaxından iştirak etmişəm. Bu illər ərzində ölkəmiz inkişaf edib, həyatımızda çox dəyişikliklər baş verib. Veteranlar təşkilatının və onun üzvlərinin vətəndaşlıq mövqeyi dəyişməyib. Onlar xüsusən milli-mənəvi dəyərlərimizə hörmət baxımından bugünkü Azərbaycan gəncliyinə nümunədir. Veteranlar xalqımıza, dövlətimizə daim sədaqətlə xidmət edir, ölkəmizin həyatının müxtəlif sahələrində fəaliyyət göstərən insanlara çox böyük nümunə göstərirlər”.
Milli Məclisin sədr müavini diqqətə çatdırıb ki, veteranlar təşkilatının fəaliyyəti Azərbaycan dövlətinin yürütdüyü siyasətlə tam həmahəngdir. Təşkilatın üzvləri dövlətə, cəmiyyətə münasibətdə məsuliyyətli, şüurlu, vicdanlı bir vətəndaş mövqeyi nümayiş etdirirlər. Azərbaycanın hərbi qüdrətinin artırılmasında, gənclərin hərbi vətənpərvərlik və dövlətə sədaqət ruhunda tərbiyə olunmasında öz səylərini əsirgəmirlər. Veteranlar parlament seçkilərində fəal iştirak ediblər. Seçkilər ərəfəsində keçirilən görüşlərdə ən prinsipial və düzgün mövqe məhz onlar tərəfindən göstərilib.
Bahar Muradova diqqəti veteran təşkilatlarının vətəndaş potensialının reallaşdırılması və gənc nəslə nümunə olmaq baxımından cəmiyyətimizdə tənzimləyici roluna yönəldərək deyib: “Bu gün Böyük Vətən müharibəsi veteranları, Qarabağ, əmək və hüquq mühafizə orqanları veteranları, ordudan tərxis olunmuş zabitlərimizlə birgə gənclərə ölkəyə xidmət etməyin yollarını göstərirlər. Bu, vətəndaşlıq məktəbidir və veteranlar bu məktəbin ən gözəl müəllimləridir.
Biz Milli Məclisdə veteranların problemlərinin həlli üçün qanun yaradıcılığı prosesində iştirak edir, qanunlara dəyişiklik və əlavələr etməklə onları günün tələblərinə uyğunlaşdırırıq. Hesab edirəm ki, yerli icra hakimiyyəti orqanları yerlərdə təşkilatın qərargahlarının sayının artırılmasına nail olmalıdır. Hər kəs bu işdə dövlətimizin başçısının veteranlara münasibətindən, mövqeyindən ibrət götürməlidir”.
B.Muradova vurğulayıb ki, veteranlar bu il də ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib, bütün məsələlərə öz münasibətlərini bildiriblər. Milli-mənəvi dəyərlərimizə zidd olan məsələlərə qarşı kəskin mövqelərini ifadə etməkdən çəkinməyiblər. Veteranlar bəzi qüvvələrin gəncləri milli-mənəvi dəyərlər çərçivəsindən çıxararaq yanlış istiqamətə yönəltmək cəhdlərinin qarşısının alınmasında çox ciddi fəaliyyət göstəriblər. Gəncliyimizin müxtəlif radikal dini qruplaşmalara cəlb olunmasının qarşısının alınmasında, onların imkanlarının dövlət və xalq naminə fəaliyyətə yönəldilməsində ağsaqqalların, veteranların sözünə, bu gün də böyük ehtiyac duyulur.
Daha sonra plenumda təşkilati məsələlərə baxılıb, Respublika Veteranları Təşkilatının rəyasət heyətinin yeni üzvləri təsdiqlənib.
Qurumun rayon təşkilatlarının sədrləri və digərləri çıxış edərək ötən müddətdə həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Hesabat məruzəsi və respublika veteranlar təşkilatının cari ildəki fəaliyyəti qənaətbəxş hesab edilib, təşkilatın ölkəmizin ictimai-siyasi həyatında rolu yüksək qiymətləndirilib.
Rəyasət Heyətinin qərarı ilə Milli Məclisin sədr müavini Bahar Muradova “Veteran Həmrəyliyi” medalı və veteranlara müstəsna qayğıya görə “Veteranların qayğıkeşi” diplomu ilə təltif olunub.
Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində, veteran hərəkatında fəal iştirak etdiklərinə görə bir qrup şəhər və rayon veteranları təşkilatlarının sədrlərinə “Veteran Həmrəyliyi” medalı təqdim edilib.
Tədbirin sonunda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının V plenumunun iştirakçıları adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.//AZƏRTAC
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM