APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumatına görə, Rusiya Müdafiə NazirliyiKollegiyasının iclasında çıxış edən V. Putin Suriyada sərt addımlar atmağı tapşırıb.
“Rusiyanın hərbi qruplaşmasına yaxud yerüstü infrastrukturumuz üçün təhlükə olan istənilən hədəflər dərhal məhv edilməlidir”, - deyə o vurğulayıb.
V. Putin Suriyada rusiyalı hərbçilərə qarşı təxribatlar planlaşdıranlara xəbərdarlıq edib. “Artıq biz tərəfdən əlavə təhlükəsizlik tədbirləri görülüb. Aviabazamız yeni təyyarələr və hava hücumundan müdafiə sistemləri ilə möhkəmləndirilib”.