Parkinqlər niyə ləğv edilir? - RƏSMİ CAVAB

11:03 / 12.12.2015

Son zamanlar Bakıda artıq iki körpünün alt hissəsində qanunsuz parklanma yerləri ləğv edilib. Bunlar Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi və Atatürk prospekti ilə kəsişmələrində yerləşən yol ötürücüləridir. Hətta körpülərin altına nəqliyyat vasitələrinin daxil olmasının qarşısını almaq üçün giriş-çıxışlara beton maneələr də qoyulub. Parklanma yerləri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastruktuna təhlükə yaratdığı üçün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən ləğv edilib.

Bir müddət öncə Moskva prospektində "Şamaxinka" deyilən ərazidə və Ziya Bünyadov prospektində "3-cü mikrorayon bazarı"nın önündə yerləşən tunellərin üzərindəki parklanma yerləri də ləğv edilib. Səbəb kimi həmin tunellər inşa edilərkən onların üzərinin parkinq kimi istifadə edilməklə bu qədər yükə hesablanmaması və gələcəkdə baş verə biləcək bədbəxt hadisələrin qarşının alınması göstərilir.

Lakin ekspertlərin mətbuatda yer alan fikirlərinə görə, həmin parkinqlərin ləğv edilməsi düzgün addım deyil. Onlar bunu belə əsaslandırırlar ki, tunellərin üzərində və körpülərin altında nəqliyyat vasitələrinin park edilməsində heç bir problem yoxdur, bu addımla ərazidə tıxaclar yaranacaq və bu cür addımlar atılmamışdan əvvəl dövlət qurumları əvvəlcə parkinq yeri məsələsini həll etməlidirlər.

Mövzu ilə bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin də mövqeyini öyrəndik. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Milli.Az-a açıqlamasında məsələyə tənqidi yanaşanların özünü tənqid etdi: "Bəzi ekspertlər gündəmdə qalmaq üçün, bildi-bilmədi hər bir məsələyə münasibət bildirirlər. Əvvəla, bildirmək istəyirəm ki, hər hansı ərazidə parklanma yerini yaratmaq "Azəryolservis" ASC-nin səlahiyyətləri çərçivəsində olan məsələ deyil. Bununla aidiyyəti qurumlar məşğul olur. Belə çıxır ki, biz həmin ekspertlərin öncəgörənliyinə qulaq asmalı, həmin parklanmaların həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastruktuna təhlükə yaratdığını bilə-bilə buna göz yummalı və onları ləğv etməli deyilik. "Yol hərəkəti haqqında" Qanunla da körpülərin altında dayanma və durma birmənalı şəkildə qadağandır. Qanunun 52-ci maddəsinə əsasən, dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında dayanma və durma qadağandır. Həmin körpülərin altında saxlanılan avtomobillərə və onun içərisində nə olduğuna heç kim nəzarət etmir və heç kim də onların təhlükəsizliyinə zəmanət verə bilməz. Sabah körpünün altında bir hadisə baş versə, həmin ekspertlər, görəsən, buna cavab verə biləcəklərmi?"

A.Nəcəfli Avtomobil tunellərinin üzərində parklanmaların ləğv edilməsi məsələsinə də münasibət bildirib: "Həmin ekspertlər belə düşünür ki, tunellərin üzərində maşınların saxlanılmasında heç bir problem yoxdur. Çünki tunel dəmir-beton konstruksiyaya malikdir və yüksək fiziki təsirlərə (zəlzələ, texnogen qəzalar və s.) hesablanmış olmalıdır. Bəli, düzdür. Tunellər inşa edilərkən həmin fiziki təsirlər nəzərə alınır. Ancaq bəzi tunellər var ki, onun üstü eyni anda 100-lərlə avtomobilin saxlanılmasına hesablanmayıb. Bu gün olmasa da, sabah həmin tuneldə bədbəxt hadisə baş verə bilər. Davamlı olaraq üzərində olan ağırlığın təsirindən tunel dağıla bilər. Bunu mən deyil, həmin tunelləri inşa edən mühəndislər deyirlər. Düzdür, elə tunellər var ki, onların üzəri bu gücə hesablanaraq inşa edilib və orada avtomobillərin saxlanılmasında heç bir problem yoxdur. Ancaq üzərində parklanma yerləri ləğv edilmiş tunellər buna hesablanmayaraq inşa ediliblər. Sabah həmin tunellərdə hər hansı bir hadisə baş versə, həmin ekspertlər və ya orada parkinq yaradanlar cavab verə biləcəklərmi? Əlbəttə, yox! Mediamız isə əsas səbəbkarı aşkar etmədən tuneli kim inşa edibsə, onun yaxasından yapışacaq. Necə ki, indi bu cür hadisələr olur".

"Azəryolservis" rəsmisi dediklərinə misal da göstərib: "Bu günlərdə Bakı-Ələt-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində bir məktəblinin vurulması ilə nəticələnən yol qəzası baş verib. Bəzi media qurumları belə bir səpkidə xəbər hazırladılar ki, bəs yol Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin balansındadır. Yolun altında piyada keçidi var, ancaq baxımsızlıqdan içərisi su ilə doludur və oradan keçmək mümkün deyil. Nəticədə əhali yola çıxır və qəzalar qaçılmaz olur. Təəsüflər olsun ki, həmin xəbəri hazırlayan jurnalistlər məsələnin kökünü, əsl səbəbin nə olduğunu, günahkarın kim olduğunu araşdırmadan olanlarda məhz bizi günahlandırmağa çalışıblar. Çünki bu, ən asan yoldur və bunun üçün düşünərək nəyisə araşdırıb vaxt sərf etməyə ehtiyac qalmır. Halbuki, həmin yol hazırda yenidən tikilir və orada keçidlər inşa edilir. Hadisədə adıçəkilən həmin keçid də yenicə inşa olunub və orada işlər hələ tamamlanmayıb. Yol istifadəyə veriləndə əhali bu keçidlərdən də rahat şəkildə istifadə edə biləcək. Tərəfimizdən əraziyə tikinti işləri başa çatanadək xəbərdaredici və sürətin saatda 50-60 km/saatadək məhdudlaşdırıldığını bildirən yol nişanları düzülüb. Ancaq bəzi sürücülər bu nişanlara məhəl qoymadan avtomobilləri sürətlə idarə edirlər. Nəticədə bu cür bədbəxt hadisələr baş verir. İndi deyin, günühkar, əslində, kimdir? Biz, yoxsa sürət həddini aşan və qaydalara məhəl qoymayan həmin sürücülər?!"

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM