Virtualaz.org saytı xəbər verir ki, Azərbaycanda da milyonlarla azarkeşi olan Türkiyə yığması final mərhələsində D qrupunda mübarizə aparacaq.
"Ay-ulduzlu" komandanın rəqibləri də bəlli olub. Türkiyə yığması güclü qrupa düşüb. Onun rəqibləri İspaniya, Çexiya və Xorvatiya yığmalarıdır. Maraqlıdır ki, Türkiyə son iki yığmanı 2008-ci il AÇ-də dramatik oyunda son dəqiqə qolları ilə məğlub edib.
Püşkatmanın nəticələri belə olub.
A qrupu: Fransa, Albaniya, Ruminiya, İsveçrə.
B qrupu: İngiltərə, Uels, Slovakia, Rusiya.
C qrupu: Almaniya, Şimali İrlandiya, Polşa, Ukrayna.
D qrupu: İspaniya, Türkiyə, Çexiya, Xorvatiya.
E qrupu: Belçika, İrlandiya, İsveç, İtaliya.
F qrupu: Portuqaliya, İslandiya, Macarıstan, Avstriya.//Virtualaz.org