Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - Emosional fon gərgindir, bunun nəticəsində yaxınlarla münasibətlərdə çətinliklər yaranır. Hələlik onlar xırdadır, az narahatlıq yaradır, ancaq bəziləri üçün elə bu da kifayətdir ki, gələcəyi fikirləşsinlər, "köhnəlmiş" əlaqələri yenisiylə əvəz etməyə çalışsınlar. Ancaq bu istiqamətdə getməyə az adamın cəsarəti çatır.
Yaxşılığa doğru dəyişikliklər olacağına ümidinizi itirməyin. Nikbinlik və istənilən hadisənin yaxşı bitəcəyinə inam bir növ uğuru cəlb edən həmayilə çevrilir.
Buğa - Çoxları hövsələsizlik edir, ətrafındakılara qarşı yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürürlər. Uzun müddət yaxşı münasibətdə olduqlarını nümayiş etdirən insanlar tez-tez mübahisə edirlər.
İri sövdələr bağlamaq məsləhət deyil. Xidmət, həmçinin tibb və daşınmaz əmlak sahəsində çalışan işçilərin işi daha çətin olacaq.
Əkizlər - Əhvalınız da, işgüzar aktivliyiniz də yerlə sürünür. Sizi doğrudan da maraqlandıran bir məşğuliyyət tapa bilmirsiniz. Adəti əyləncələr də sevindirmir. Tərs kimi, ağlınıza da yeni heç nə gəlmir.
Dostlarınız və ya ailə üzvlərinizlə qurduğunuz bir çox planlar gerçəkləşməyəcək və çox güman ki, bunda elə sizin özünüzü günahlandıracaqlar. Maliyyə vəziyyətiniz yaxşı deyil, alacağınız gecikir, qənaət etmək gərəkdir.
Xərçəng - Yüksək işgüzar aktivliyinizlə seçilmirsiniz. Məşğul olduğunuz heç bir iş sizdə maraq doğurmur. Çox böyük məmnuniyyətlə öz vəzifələrinizi kiməsə tapşırardınız, ancaq belə bir "hədiyyə"ni xoşluqla qəbul edəcək adam yoxdur.
İşgüzar danışıqlar, ümumiyyətlə ciddi məsələlərin həlli üçün münasib gün deyil. Məişət texnikasının qırılması, rabitə vasitələrinin sıradan çıxması mümkündür. İri alış-veriş məsləhət deyil.
Şir - Bu gün işgüzar ünsiyyət üçün münasib deyil, danışıqları təxirə salmaq, görüşlərin vaxtını dəyişmək lazımdır. Vacib qərarlar qəbul etmək olar, ancaq bir şərtlə: siz kimsənin sizə təzyiq göstərmədiyindən, sizi idarə etmədiyindən tam əmin olmalısınız.
Şəxsi münasibətləri qaydasına salmaq şansı yaranır. Bunun üçün müşahidəçillik gərək olacaq. Ətrafdakıların əsl hissləri barədə onların mimikaları, jestləri, hərəkətlərinin xüsusiyyətləri xəbər verir - hamı sözü dolandırır, birbaşa demir.
Qız - Emosional fon mürəkkəb və qeyri-sabitdir. İş təkcə əhvalınızın tez-tez dəyişməsində deyil, problem daha ciddidir. Sizi mənfi emosiyalar bürüyüb, amma onların əsl səbəbini tapa bilmirsiniz. Bu səbəbdən yanınızda olan hər kəs sizə günahkar görünür. Sizin üçün çox əziz olan insanları incidə bilərsiniz.
Günün ikinci yarısı vəziyyət bir qədər yaxşılaşacaq: özünüzü ələ alacaq, baş verənlərə daha soyuqqanlı yanaşacaqsınız. Çoxdan tanıdığınız bir xanımla açıq söhbət əvvəllər fikir vermədiyiniz faktlara başqa cür yanaşmağınıza imkan verəcək.
Tərəzi - Narahat gündür, işləriniz çox, vaxtınız az olacaq. İşdə hansısa məsələnin həllində çətinlik yarana bilər. Çünki güvənməyə alışdığınız adam özünü sizin heç istəmədiyiniz tərzdə aparır. Peşəkar mövqeyiniz laxlaya bilər: bu, gizli düşmənlərinizin fəaliyyətinin nəticəsidir.
Yaxınlarınız sizə dəstək olur, tərifləyirlər, ancaq indiki vaxtda bu sizə azlıq edir, real, eyni zamanda maddi köməyə ehtiyacınız var. Günün ikinci yarısı yeni, maraqlı perspektivlər açılacaq, əsas odur, özünüzü itirməyəsiniz.
Əqrəb - Böyük qələbələr qazana bilərsiniz. Əgər ambisiyalısınızsa, diqqətinizi işə yönəldin, qazanacağınız nailiyyətlər karyeranın ən yüksək pilləsi üçün bütün yollarınızı açacaq. Tərəfdaşı düzgün seçmək çox vacibdir: unutmayın ki, bu gün həyatınızda peyda olan insanlar orada vacib rol oynayacaqlar.
Şəxsi münasibətlər baxımından da gözəl gündür. Əqrəblər özləri üçün qiymətli olan insanlarla yaxşı anlaşır, yalqız olanlar isə asanlıqla maraqlı tanışlar tapırlar. Səfərlərdən imtina etməyin: yolda sizi xeyli romantik məqam gözləyir.
Oxatan - İldırım sürətilə öhdəsindən gələcəyinizi zənn etdiyiniz məsələnin həlli gözlənilmədən çətinə düşür. İşi bitirmək üçün, çox güman ki, kimisə köməyə çağırmalı olacaqsınız. Əgər bu gün səfərə hazırlaşırsınızsa, onun təxmin etdiyinizdən daha yorucu və uzun olacağını nəzərə alın.
Ailədə münasibətlər bir qədər gərilib, qarşılıqlı anlaşma mübahisələr və münaqişələrlə pozulur. Bu xoşagəlməz dəyişmələrin səbəbini isə anlamırsınız. Bəzi Oxatanlar bütün günü heç sevmədikləri bir adamla keçirməli olacaqlar.
Oğlaq - Parlaq, yaddaqalan, amma o qədər də uğurlu olmayan gündür. Emosional, coşğunsunuz, amma düzgün qərar vermək üçün kifayət qədər diqqətli deyilsiniz, üstəlik, götür-qoy etmək fikriniz yoxdur. Bu gün aldığınız iş təklifləri əsl araşdırma tələb edir, onlara tələsik razılıq vermək olmaz. Bu, eyni zamanda sövdələşmələrə və vacib sənədlərin imzalanmasına da aiddir.
Ünsiyyətdə problemlər yarana bilər. Müsahibinizi eşidib, onu düzgün başa düşmək heç də həmişə müyəssər olmur. Ailə üzvləri ilə mübahisələr mümkündür. Bəzən adi, əhəmiyyətsiz məsələnin müzakirəsi qızğın münaqişəyə çevrilir.
Dolça - Günün birinci yarısını xoş, amma faydasız fantaziyaların əsarətində keçirəcəksiniz. Sizə elə gəlir ki, arzularınızın gerçəkləşməsi mümkündür, sadəcə, gözləmək lazımdır. Ancaq planlarınız qeyri-real, gözləntiləriniz isə əsassızdır. Ətrafınızdakıların hərəkətlərini yanlış interpretasiya edir, insanların ayağına reallığa aidiyyatı olmayan hiss və fikirlər yazırsınız.
İtkilərdən qaçmaq olar, bunun üçün vacib qərarlar verməyin, aktiv hərəkətlərdən çəkinin. Yaxşı olar ki, çətin də olsa, bu günü istirahətə və gücünüzün bərpasına həsr edəsiniz.
Balıqlar - İşlər düzəlir, müsbət tendensiyaların təsiri artır. Əvvəllər etdiyiniz səhvləri aradan qaldırmaq şansı yaranır. Sizi intuisiyanız idarə edir, bu səbəbdən səhv etmir, yeni layihələrdə ehtiyatlılıq göstərirsiniz. Yaradıcı potensialınız artır, yaxşı ideyalar da çoxalır. İrəliyə doğru can atın və hər şeyin alınacağına şübhə etməyin.
Gücünüzü düzgün hesablayın, enerjiniz hələ istədiyiniz qədər çox deyil. Orqanizminizi yormayın, ağır fiziki işlə onu yükləməyin.
Strategiya.az
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM