“Hazırda yanğın qurbanlarının sayı 21 nəfərdir”, deyə qurumun mətbuat mərkəzindən bildirilib.
Məlumata görə, hazırda itkin düşmüş hesab edilən daha 2 nəfərin axtarışları davam etdirilir. Ölənlərin əksəriyyətinin, əsasən, yataq xəstəsi olduğu bildirilir.
Yanğın zamanı tibbi personalın xəsarət almadığı qeyd olunur: “Tibbi personaldan 4 nəfər xilas olunub. Onlar 55 xəstənin binadan çıxarılmasına kömək ediblər”.
Bundan əvvəl yanğın zamanı 9 nəfərin öldüyü bildirilmişdi.
İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlıqda nasazlıq olub.
İnsidentlə əlaqədar Rusiya İstintaq Komitəsi araşdırmalara başlayıb.
***** 06.59
Rusiyanın Voronej vilayətində psixonevroloji dispanserdə baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 9-a çatıb. APA-nın məlumatına görə, bu barədə “TASS”-a hadisə yerində yaradılan operativ qərargahdan bildirilib.
“Hadisə yerində uçqunun altından daha iki nəfərin yanmış meyiti tapılıb. Beləliklə, yanğın qurbanlarının ümumi sayı 9-a çatıb”, deyə məlumatda bildirilir.
Məlumata görə, hadisə nəticəsində daha 12 nəfər itkin düşmüş hesab edilir.
Bundan əvvəl yanğın nəticəsində 7 nəfərin öldüyü bildirilmişdi.
İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlıqda nasazlıq olub.
**** 05.03
Rusiyanın Voronej vilayətində psixonevroloji internatda baş vermiş güclü yanğın nəticəsində 7 nəfər ölüb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Rusiya İstintaq Komitəsinin regional idarəsindən bildirilib.
“Ölənlərin sayı yeddi nəfərə çatıb, 22 nəfər xəstəxanaya yerləşdirilib”, deyə qurumdan bildirilib.
Məlumata görə, hazırda 3 nəfər reanimasiyaya yerləşdirilib, 17 nəfər itkin düşmüş hesab edilir. Binadan ümumilikdə 55 nəfər təxliyə olunub.
Yanğın hazırda lokallaşdırılıb.
İnsidentlə əlaqədar Rusiya İstintaq Komitəsi araşdırmalara başlayıb.
Strategiya.az