Ermənistan: müxalifət referendumun nəticələrini "məhkəməyə götürür"

22:25 / 14.12.2015

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi (EMK) dekabrın 6-da keçirilən konstitusiya referendumunun rəsmi yekun nəticələrini qəbul etmir və Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətindədir.

EMK bir sıra ictimai təşkilatlarla birlikdə referendumun gedişi və səslərin hesablanması zamanı “çoxsaylı pozuntulara yol verildiyinə görə” referendumun nəticələrini etibarsız tanımaq haqqında ərizələr Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən rədd edildikdən sonra belə qərara gəlib.

MSK-nın rəsmi nəticələrinə görə, səsvermədə iştirak edən vətəndaşların 63 faizindən çoxu (təxminən 826 min nəfər) yeni Konstitusiya layihəsinin lehinə, təxminən 32 faizi əleyhinə səs verib.

Konstitusiya islahatı nəticəsində Ermənistanda parlament idarəetmə sisteminin tətbiq olunması nəzərdə tutulur. Müxalifət hesab edir ki, bu dəyişiklik 2018-ci ildə prezidentlik müddəti başa çatan Serj Sarkisyanın və onun rəhbərlik etdiyi “rejimin hakimiyyətdə qalmasını” təmin etmək üçün düşünülüb.

“Yekun nəticələrə təsir etməyib”

Image captionMüxalif parlament fraksiyasının rəhbəri Zurabyan referendumun rəsmi nəticələrini mübahisə etmək üçün Konstitusiya Məhkəməsinə müraciət ediləcəyini deyir.

Bu arada EMK nümayəndəsi Levon Zurabyan həmkarları ilə birlikdə bir neçə saat ərzində MSK nümayəndələrinə özləri qeyd etdiklərindən başqa, KİV və bir sıra müşahidəçi missiyalarından alınan məlumatları təqdim edirdi.

Levon Zurabyanın sözlərinə görə, konstitusiya dəyişikliyi lehinə səslər Ermənistanda olmayan vətəndaşların hesabına “süni olaraq səsvermə iştirakçılarının sayı artırılan” məntəqələrdə daha çox olub.

Bu, o deməkdir ki, həmin məntəqələrdə kütləvi şəkildə iç-içə bülletenlər atılıb, Zurabyan jurnalistlərə deyib. O, əslində referendumda iştirak edənlərin sayı MSK-nın göstərdiyindən “yarım milyon az” olduğunu bəyan edib.

“Bizim təhlillərimizə görə, referendumda 825 min adam (rəsmən 1,5 milyondan artıq göstərilir – red.) iştirak edib, onların 575 mini “yox”, 250 mini “hə” deyib”, - Levon Zurabyan bəyan edib.

Müxalifət iddialarının doğruluğunu sübut etmək üçün 5 təsadüfi seçki məntəqəsində 6 dekabr referendumunda iştirak edənlərin siyahılarının dərc olunmasını təklif edib.

“Hakimiyyət saxtakarları siyahıları dövlət sirri kimi qoruyurlar, çünki yaxşı bilirlər ki, siyahılar aşkar edilsə, onların erməni xalqının iradəsini başdan ayağa saxtalaşdırdığı aydın olar”, - EMK fraksiyasının rəhbəri Zurabyan deyib.

MSK sədri Tiqran Mukuçyanın sözlərinə görə, pozuntular və saxtakarlıq barədə bəyanatlar sadəcə EMK-nın təxəyyülünün məhsuludr, "qeyd olunan pozuntu halları isə referendumun ümumi nəticələrinə təsir edə bilməz dərəcədə az olub".

Konstitusiya Məhkəməsinə müraciət etmək üçün EMK fraksiyası Milli Məclis üzvlərinin azı 27 imzasını toplamalıdır və bunun üçün onun, qanuna əsasən, cəmisi 5 gün vaxtı var.

ABŞ səfirliyi narahatdır

Image captionABŞ-ın Ermənistandakı səfirliyi 6 dekabr referendumu zamanı pozuntuların ciddi araşdırılacağına ümid etdiyini bəyan edib (Şəkil - lragir.am)

ABŞ-ın Ermənistandakı səfirliyi 6 dekabr Konstitusiya əsnasında qeyd olunan pozuntulara dair bitərəf müşahidəçilər və Ermənistanın müxtəlif siyasi partiyalarından alınan məlumatlarla bağlı ciddi narahatlığını bildirib.

ABŞ səfirliyi qeyd edir ki, pozuntular üçün məsuliyyət daşıyan şəxslərin işləri üzrə istintaq və məhkəmə araşdırmaları “şəffaf və aşkar” aparılmalıdır ki, “Ermənistan vətəndaşları seçki proseslərinə etimad etsin”.

Səfirlik ABŞ-ın bütün dünyada korrupsiya ilə mübarizə apardığı halı xatırladaraq, bəyan edir ki, “referendum zamanı səsvermənin keçirilməsi prosesinə müdaxilə edən şəxslər haqqında məlumat ABŞ səfirliyi tərəfindən təşkil edilən proqram və tədbirlər iştirakçılarının siyahıları tərtib edilərkən istifadə oluna bilər”.

Bəzi yerli KİV-də ABŞ səfirliyinin bəyanatını Rusiyaya qarşı qəbul olunmuş “Maqnitski siyahısı” ilə müqayisə edərək, referendum zamanı pozuntulara görə məsuliyyətli şəxslərə qarşı müəyyən “sanksiyalar” tətbiq ediləcəyinə işarə kimi yozulur.//BBC


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM