Strategiya.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 14-də Sumqayıt şəhərinin Yaşma bağlar sahəsində Xızı rayon sakini Vaqif Babayev ehtiyatsızlıqdan ov tüfəngindən açdığı atəşlə özünə qol nahiyəsindən xəsarət yetirib.
Sumqayıt şəhər 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən V.Babayevdən “İJ-16” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.