Strategiya.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 14-də Masallı rayonunun Sərçuvar kəndindəki yanacaqdoldurma məntəqəsinə gəlmiş “VAZ-2106” markalı avtomobilin sürücüsünün doldurduğu yanacağın müqabilində ödədiyi 1 ədəd 100 manatlıq əskinasın saxta olması müəyyən edilib.
Masallı rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinası vermiş Cəlilabad rayon sakini Aqil Bəşirov tutulub.
Faktla əlaqədar cinayət işi başlanıb.