APA-nın Qarabağ müxbiri xəbər verir ki, Bakı-Tiflis yolunun Yevlax rayonu Səmədabad kəndi ərazisindən keçən hissəsində fəaliyyət göstərən “Zümrüd” kafesində əməliyyat keçirilib. Araşdırma zamanı məlum olub ki, kənd sakini Əliyev Tofiq İdris oğlu özünə məxsus iaşə obyektində qadınların fahişəliklə məşğul olmasına şərait yaradırmış. Şübhəli şəxs qismində saxlanılan T. Əliyev əxlaqsızlıqla məşğul olan qadınların hər birindən gündəlik 25 manat aldığını etiraf edib.
Bu səbəbdən də kafenin fəaliyyəti dayandırılıb.
Faktla bağlı araşdırma aparılır.