Lent.az “Reuters”ə istinadən xəbər verir ki, Türkiyənin Qətərdəki səfiri Əhməd Demirok bildirib ki, müxtəlif təyinatlı bazada ümumilikdə 3 min hərbçi qalacaq. Burada hərbi dəniz və hava qüvvələri ilə bağlı xüsusi təyinatlı birliklər də xidmət keçəcək. Bildirilir ki, iki ölkə arasında yüksək səviyyəli hərbi əməkdaşlıq 2014-cü ildə imzalanan sənədlə daha da möhkəmlənib və bu, hərbi bazada 1 il əvvəl əldə edilmiş razılaşmanın əsasında formalaşdırılır Qeyd edək ki, hazırda Qətərdə Türkiyənin 100 hərbçisi var. Onlar qətərli həmkarlarına təlim keçirlər.//Strategiya.az