Strategiya.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 16-da saat 04 radələrində Nəsimi rayonunun Səməd Vurğun küçəsində Bakı şəhər sakinləri Ülvi Məmmədlinin idarə etdiyi “VAZ-2107” və Ayxan Nəsirovun idarə etdiyi “Azsamand” markalı avtomobillər toqquşub. Hər 2 sürücü və Ü.Məmmədlinin sərnişini, habelə A.Nəsirovun sərnişini Bəylər İsmayılov xəstəxanaya yerləşdirilib. B.İsmayılov orada ölüb.
Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.