“Hadisə baş verəndə mənim heç xəbərim yox idi. Böyük qız internetdən gördü, tez zəng etdik ona. Təngnəfəs halda telefona cavab verdi: “Bala, danışa bilmirəm. Vaxtım yoxdur, başım qarışıqdır. Sonra zəng edərəm”. Bunlar Zaurun atasından eşitdiyi son sözlər olur.
Əbdüləziz Əbdüləzizov dənizdə fırtına ilə yaşam uğrunda mübarizə apardığı dönəmdə, hər kəs həyəcanla ondan xəbər gözləyir.
Bir neçə saatdan sonra yenidən zəng edirlər. Telefonun zəng səsi davam etsə, Əbdüləziz susur. Bir müddətdən sonra onun haqqında xəbər gəlir: "Xəzər Dəniz Neft Donanmasının xilasedicisi, Əbdüləziz Əbdüləzizov dekabrın 4-də “Günəşli” neft platformasında baş verən yanğın zamanı itkin düşüb".
“Hadisədən sonra 21 saat onun telefonuna zəng çatdı. Mən fasilələrlə ona zəng edirdim. Amma bu günə qədər heç kim bilmir, o telefon harda olub? Hadisə baş verəndə atam özü platformada olub ya yox, dəqiq deyən yoxdur.”
Image caption
61 yaşlı Əbdüləziz Əbdülzəzizovun peşəsi radiotexnik olsa da, gənc yaşlarından neftçi işləyib. Təcrübəli xilasedici kimi son bir ildə iş yerini Günəşli neft platformasına dəyişiblər.
“Platforma çox uzaqda idi. Ora heç getmək istəmirdi. Amma 1 ildən sonra əmək pensiyasına çıxacaq. Ona görə də razılaşdı ki, eybi yox, 1 ildi, tez gəlib keçər”, neftçinin həyat yoldaşı Şahnaz Əbdüləzizova deyir.
Əbdülzəziz adı gələndə bu gün Zığda onu neftçidən daha çox televizor ustası kimi xatırlayırlar.
Oğlu Zaur Sovet dönəmində "ağ-qara" televizorların təmirçisi işləyən atası insanlara xeyirxahlıq etməyə çox həvəsli olduğunu deyərək, bir xatirəni BBC Azərbaycanca ilə paylaşır: “Suraxanıda əlilliyi olan uşaqların oxuduğu internat tipli məktəb var. Bir gün texnikasını da götürüb getdi həmin internata. Direktora dedi ki, bəs gəlmişəm internatın televizorlarını düzəltməyə. Direktor ona büdcələrində pul olmadığını deyəndə, deyib ki, mən sizdən pul istəmirəm, havayı düzəldəcəm. Elə o vaxtdan atam ora gedib gəlirdi. Məni də hərdən aparırdı. İnternatın uşaqları hamısı “Valera dayı!” deyib üstünə qaçırdı. Yeni ildə gedib onların şaxta babası olurdu.”
Oğlu deyir ki, "gününü televizor qarşısında keçirən yaşlı rus kişi obrazı olan Valera" ləqəbini atasına televizor təmirilə məşğul olduğu üçün veriblərmiş.
Qəsəbədə də onun xeyirxahlıqlarını unutmurlar: “Elə adamlar var ki, hələ indi gəlib bizə deyir ki, bəs o vaxtı Əbdüləziz gəlib televizoru təmir edəndə o qədər olub, demişəm pulum yoxdur. O da deyib canın sağ olsun. Televizoru təmir edib gedib”, oğlu Zaur deyir.
Image caption
"Çox zarafatcıl idi. Həmişə qonşular gəlib deyirdi ki, Abdul belə dedi, Abdul ele dedi. Mən də deyirdim: “Sən heç evdə bizimlə bu qədər zarafat etmirsən. Zarafatlarını elə qıraq-bucaqdan eşidirəm"", həyat yoldaşı Şahnaz xanım bir anlıq üzündə təbəssüm xatirələrə dalır.
Burda itkinin kiçik qızı da söhbətimizə qoşulur: "Evdə ən çox mənimlə zarafat edərdi. Adi sözü deyəndə belə zarafat etmədən keçinə bilmirdi".
"Bayramsayağı adam idi, Əbdül" - deyir bacısı. "Ziyafət keçirməyi, insanlarla ünsiyyətdə olmağı sevirdi. 30 yanvarda ad günlərini xüsusi keçirdərdi".
Onun dediyinə görə qardaşı geyiminə qarşı da çox diqqətcil olub, geyimində rəngləri bir birinə uyğun seçməyi xüsusilə sevirdi. Paltarlarının əksəriyyətini ancaq dərziyə tikdirirdi. Qalstuk taxmağı da xüsusilə xoşlayırdı.
Image caption
“Atama görə işlədiyi idarədən elə bir dəfə gəldilər. Ən çox gələnlər onu Sovet dönəmindən bir yerdə işlədiyi neftçi dostlarıdır. Adını televizorda itkinlər siyahısında görüb bir-bir gəlirlər", oğlu Zaur deyir.
"Daha indi heç ne demirlər. Hamının adını da yığışdırıblar. Bilmirsən niyə? Heç nə demirlər. Unutdular. Sanki belə bir hadisə heç olmayıb", deyə həyat yoldaşı Şahnaz xanım pərişan halda söhbətimizə qoşulur.
"Maşın qəzası olanda başqa məsələdir. Heç olmasa gözünlə görürsən və bilirsən ki, nəyə görə ağlayırsan. Amma bizim vəziyyətimizdə bilmirsən nəyə ağlayasan. Ortada heç meyiti də yoxdur.”
Image caption
“Biz kompensasiyanı deyil, onu gözləyirik”, deyən itkinin bacısı hələ də dənizin “mərhəmətinə” inanır və qardaşının yolunu gözləyir.
"Kompensasiyadan danışanda mənə ağır gəlir ki, yəni Əbdüləzizə qiymət qoyublar? Biz hələ ki, ümidimizi itirməmişik. Düşünürük ki, gələcək".
Dörd aylıq körpəsini qucağında əzizləyən itkinin gəlini Hökümə "Təki özü gəlsin, sonra nə sözümüz var, hamısını ona deyəcəyik", deyir.
“Uşaqların bir dövrü olur, əlinə nə keçirsə dartır, saçı yolur. O dövrdə həmişə bığ saxlayırdı ki, uşaqlar bığını yolsunlar. Həmin müddət bitəndən sonra da bığını qırxırdı. İndi gəlsin, balaca nəvəsinin artıq ikinci dişi də çıxır. Özü demiş “baba nəvəsini dişləsin”.”
Image caption
Baş verənləri anlayan 5 yaşlı nəvə də ümidini BBC Azərbaycancaya belə dilə gətirdi: “Yağış yağsaydı, yanğın tez sönərdi. Babam da evə tez gələrdi.”
Balacalar isə Əbdüləziz babalarını hələ ki, təlqin etməklə yaddaşlarında saxlayırlar. Yeddi yaşlı qız nəvəsi onun oturduğu kresloda oturur, babası kimi ayaqlarını uzadıb stulun üstünə qoyur və deyir: “Baba televizora baxır.” //BBC
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM