Strategiya.az-a verilən məlumata görə, “Azərbaycanda gender problemləri: mövcud vəziyyət və əsas istiqamətlərdə inkişaf”mövzusunda III Respublika konfransı keçirilib
Məlumatı diqqətinizə çatdırırıq.
Bu gün dünyanı narahat edən məsələlərdən biri də cinslər arasında bərabərsizliyin davam etməsi, bir cins tərəfindən digər cinsin hüquqlarının pozulmasıdır. Cəmiyyətdə gender bərabərliyinə riayət olunması, ictimai həyatın bütün sahələrində qadın və kişilərə bərabər iştirak etmək imkanının yaradılması üçün qanunvericilik bazasının və əhalinin bu sahədə hüquqi biliklərinin təkmilləşdirilməsi isə qarşıya qoyulan vəzifələrdəndir. Azərbaycanda bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir, qanunlar qəbul edilir, müxtəlif səviyyəli layihələr reallaşdırılır. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən konfransda da bu mövzu aktuallığı nəzərə alınaraq bir daha gündəmə gətirildi. Tədbiri Akademiyanın prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Mobil Məcidov giriş sözü ilə açaraq iştirakçıları salamladıqdan sonra müvafiq sahədə ölkədə həyata keçirilən tədbirlərdən, qəbul edilmiş qanunlar və orada edilmiş əlavə və dəyişikliklərdən danışdı. O “Gender siyasətinin əsasları” fənninin tədrisinə başlanmasını birinci konfransın, Akademiyada “Gender Tədqiqatları Mərkəzi”nin yaradılmasını isə ikinci konfransın məntiqi yekunlarından biri adlandıraraq bu konfransın da məhsuldar olacağına ümid etdiyini bildirdi.
Tanınmış Azərbaycan qadınları haqqında filmin nümayişindən sonra BDU-nun dosenti, biologiya üzrə f.d. Azər Cəfərov Azərbaycan tarixində xüsusi çəkisi ilə fərqlənən qadınlardan Tahirə Zərintac haqqında fikirlərini konfrans iştirakçıları ilə bölüşdü. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, informasiya və analitik araşdırma mərkəzinin məsləhətçisi Aynur Veysəlova müasir dövrdə Azərbaycan ailəsinin qarşılaşdığı problemlər, BDU-nun «Gender və tətbiqi psixologiya» kafedrasının müdiri, psixologiya üzrə f. d. Rəna İbrahimbəyova sülh və təhlükəsizlik sahəsində gender problemlərinin təzahürü və onların qarşısının alınmasında BMT tərəfindən irəli sürülən qərar və tövsiyələrin həyata keçirilməsinin əhəmiyyəti, AMEA Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə ü.e.d. Rəfiqə Əzimova Azərbaycan qadının sosial fəallığında onun daxili potensialının rolu, AR İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) gender bərabərliyi və qadın hüquqları üzrə müşaviri Səbinə Qəhrəmanova qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatının vəzifələri, AR Konstitusiya məhkəməsinin hakimi, hüquq üzrə fəlsəfə doktoru Ceyhun Qaracayev məişət zorakılığının aradan qaldırılmasında beynəlxalq standartlar və Azərbaycan qanunvericiliyi, AHİK-in gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzin sədri Cəmilə Səttarova gender problemlərinin həllində həmkarlar itifaqlarının rolu, Bəhai Mərkəzinin həkim-psixoloqu Ramazan Əsgərov qadınların və kişilərin bərabərliyinə doğru təməl səviyyədə maarifləndirmə problemləri, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının dosenti, fəlsəfə üzrə f.d. Zeynəddin Şabanov genderin zaman və məkan parametrləri, AƏSMA-nın tələbəsi Mahmud Məmmədzadə gənclərin gender təsəvvürləri mövzusunda maraqlı məruzələr etdilər. Məruzələr ətrafında keçirilən geniş müzakirələr bütün iştirakçıların fəallığını artırdı. AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, fəlsəfə üzrə e. d. Tahirə Allahyarova, BDU-nun dosenti, tarix üzrə e.d. Lətifə Əliyeva, DİN-nin Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşı Adıgözəl Adıgözəlov, AMEA FHİ-nin aparıcı elmi işçisi, fəlsəfə üzrə f.d. Həcər Qasımova, AMEA FHİ-nin böyük elmi işçisi, fəlsəfə üzrə f.d. Nəzakət Salmanova, Toxucu və Yüngül Sənaye İşçiləri Müstəqil HİRK-nin sədri Nərgizxanım Məmmədova və başqaları qadının cəmiyyətdəki rolunun yüksəldilməsi, ayrı-seçkilik hallarının aradan qaldırılması üçün cəmiyyətdə gender mədəniyyətinin yüksəldilməsi, maariflənmə işinin daha geniş aparılması, hüquqi biliklərin təkmilləşməsi, genderin bir fənn kimi tədrisə cəlb olunmasının vacibliyindən danışdılar, müxtəlif təkliflər irəli sürdülər, çıxış və təkliflər çox müsbət qarşılandı. Akademiyanın tələbələri arasında “Azərbaycan qadınları ” mövzusunda keçirilən fotomüsabiqənin qalibləri mükafatlandırıldıqdan sonra Rəna Mirzəzadənin “Multikulturalizm siyasəti : din və gender dialoqunda”, Lətifə Əliyevanın «Qadınlar Azərbaycanın ictimai-siyasi həyatında (1900-1922), Nəzakət Salmanovanın “Azərbaycanda ailə-nikah münasibətlərinin inkişafı” monoqrafiyalarının, “Azərbaycanda gender problemləri: mövcud vəziyyət və əsas istiqamətlərdə inkişaf”mövzusunda 2013-cü ildə keçirilmiş Respublika konfransının materiallarının təqdimatı keçirildi.
Konfransın sonunda irəli sürülmüş təklifləri ümumiləşdirərək Akademiyanın prorektoru Mobil Məcidov yekun nitqi ilə çıxış etdi və konfrans materiallarının məcmuə şəklində nəşr olunacağını bildirib.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM