Strategiya.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonunda 1949-cu il təvəllüdlü Seyidov Əmrulla Şirincan oğlunun mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.
Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı Ə.Seyidovun vəfat etdiyi müəyyən olunub.