"Niyə kiminləsə mübahisəyə girirsən?", "Niyə kiməsə cavab verirsən?" deyə passiv rəğbətçilərin öyüd-nəsihətlərinin qarışıqlığında dönüb ömür yoluma baxıram və bir daha Tanrıma şükürlər edirəm. Çünki, ömrün hansısa anında özüm də baş girləmədim, heç mübarizə apardığım cinahları sağ olsunlar, baş girləməyə də fürsət vermədilər. Ölməmək, bitməmək, tükənməmək üçün, yeniləşmək üçün hər zaman dalğalandım. Bu günün özündə də hələ çoxları anlaya bilmirlər ki, bu adamın hamı kimi, statusunun verdiyi rahatlıqdan yararlanıb niyə sükunətə üstünlük vermir, niyə bəzən hətta səviyyəsiz kimliklərin böhtanlarının, təhqirlərinin içində öz düşündüyü fikirləri cəmiyyətə açıqlayıb özü üçün də sorunlar yaradır. Siyasi mövqeyini, tarixə baxışını, inancını qərəzliliklə, ləyaqətsiz formada yarğılayan insanlara qarşı amansız bir mübarizə açmaqdan çəkinməyərək, hər zaman mübahisələrin içində olur. Nədənsə, bu məqamlarda hər zaman Yunus İmrəni xatırlamalı oluram:
Döyənə əlsiz gərək,
Söyənə dilsiz gərək.
Dərviş könülsüz gərək-
Sən dərviş olamazsın!
Bəli, məndən dərviş olmaz. Çünki fanatik deyiləm. Çünki İmanın ağılla bağını heç zaman qırmıram. Çünki məmləkətimin ağrılarını, acılarını, insanlarımızın natamamlıqlarını, geriliyini duyduğum, gördüyüm andan anlamışam ki, tərkidünyalıq yaddır mənə. Dərvişsayağı özünə qapanıb çilə çıxarmaqla meydanı boş buraxmaq olmaz. Siyasətdə amansız böhtanların içində doğru bildiyim bir yol var ki, ondan bir an da uzaqlaşmadım. Bu yol da günün suallarını doğru cavablandırmaq yoludur.
Tarixi hərfi mənada əzbərləyənlər, tarixə baxışımı bəyənmədilər. Siyasətə hərfi mənada yanaşanlar, siyasi baxışlarımı bəyənmədilər. Dinə durğun bir ehkam kimi yanaşanlar, dini görüşlərimizi nifrətlə qarşıladılar. Bir gün sözsüz ki, bu ittihamların hamısı mənasız bir zibil yığınına çevriləcək. Bunları öz axarına buraxaraq, qalıcı olan dəyərləri yaratmaq işinin fəhləsi olmağa davam etməliyik. Tarixin yanlış və faydasız yükünü bu günün insanına daşıtmağa haqqımız olmadığını bilməliyik. Doğru mühakiməməz olacaqsa, tarixdən də, günümüzdən də gələcəyimizə faydalı miras hazırlaya biləcəyik. Anlamalıyıq ki, bu xalqın din anlayışında yer alan saxtakarlıq və fanatizm onu bütün mənalarda cəhalətə sürükləyir. Artıq İslam deyəndə deyəndə, bir cinahda kitab oxumuşları fəxrlə "zəncir fəlsəfəsi"dən, zəncirin ərdəmindən danışırsa, digər cinahda biri "Allah-u Əkbər!" çığıraraq rahatlıqla başqa inanca sahib digərinin başını kəsirsə, bu axmaq mühakimənin tərzini boşuna buraxmağımızı istəyənlərin qarşısında geri duruş yox! Siyasətdə iyirmi, otuz il eyni düşüncədə qalıb, eyni şəhərin eyni küçələrini boş-boşuna dolaşaraq, bağıraraq stress atmağımızı fərz sayanların heykəl kimi donuq obrazının qarşısından geri çəkilmək yox! Bəziləri elə düşünür ki, bizim məqsədimiz eyni siyasi və ya dini düşüncə daşıyıcısı olan insanları razı salacaq fikirlər ortaya qoymaqdır. Bu düşüncədə haqlılıq payı çox, çox azdır. Partiyalı, partiyasız olsun, inanclı və ya ateist olsun, bu sektaya və ya başqasına özünü aid etsin, iqtidar tərəfdarı və ya müxalifət cinahında olsun, türk, talış, ləzgi və ya kürd olsun, heç biri fərq etmək, zamanın qoyduğu sualları konkret və doğru cavablandıran insanlarımızın sayı müəyyən həddə çatmayınca, durumumuzda, yaşamımızda hansısa köklü dəyişikliklər baş verməyəcək. Fikir adamı Artur Lenehanın sözlərini ibrətlə xatırladıram: Önəmli olan bu gün nə olduğumuz deyil, hara getdiyimizdir.
Bax, bütün mübahisələr, müzakirələr "hara gedəcəyimizi" aydınlaşdırmaq üçün hamımıza bir fürsət tanıyır. Bu fürsəti tarixin əksər məqamlarımında qaçırdığımıza, yaxud da adam kimi mübahisəyə, müzakirəyə hazır olmadığımıza görə, və ya yuxulu gözlərimizi ovuşdurara ağıllı görkəm alıb "Mübahisəni kəsin!" deyə bağırdığımıza görə, hamımız bir-birimizin üzünə çaşqınlıqla baxıb bir sual vermişik: "Hara aparırlar bizi?"
Kim getmək istəyir, birlikdə gedək. Qalanları onsuz da zəncirlə aparacaqlar.
Fazil Mustafa,
Milli Məclisin deputatı
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM