XİN-dən Strategiya.az-a verilən xəbərə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin ABŞ Dövlət Departamentinin Azərbaycanda insan hüquqlarına dair hesabatı və Ukraynadakı vəziyyətlə bağlı müsahibə verib.
ABŞ Dövlət Departamentinin 2013-cü il üzrə Azərbaycanda insan hüquqlarına dair hesabatını necə şərh edərdiniz?
- ABŞ Dövlət Departamentinin 2013-cü il üzrə Azərbaycanda insan hüquqlarına dair hesabatı ötən illərdə olduğu kimi, ölkədə insan hüquqları və demokratiyanın real vəziyyətindən tam fərqli bir mənzərə təqdim etməklə qərəzli səciyyə daşıyır.
- Müxtəlif şübhəli mənbələrdən irəli sürülən və subyektiv mülahizələr üzərində qurulduğu aydın olan əsassız ittihamları özündə əks etdirən sənədin obyektivliyinin təmin edilməsi üçün Azərbaycan dövlət qurumları ilə hər-hansı əməkdaşlıq aparılmamışdır. Dövlət qurumlarımız ötən illərin təcrübəsindən çıxış edərək və ABŞ tərəfini növbəti qeyri-obyektiv və metodoloji baxımdan qüsurlarla dolu dəyərləndirmə sənədinin dərc edilməsindən çəkindirmək üçün əvvəlki bənzər hesabatlarla bağlı şərhlərini ABŞ Dövlət Departamentinə təqdim etmişdir. Təəssüf ki, nə bu şərhlər, nə də hesabatın əhatə etdiyi dövrdə Azərbaycan Hökuməti tərəfindən ölkədə insan hüquqlarının qorunmasının təkmilləşdirilməsi istiqamətində atılan mühüm qanunvericilik və praktiki addımlar sənəddə nəzərə alınmamışdır.
İnsan hüquqlarının qorunması üzrə beynəlxalq təsisatlar, xüsusilə BMT-nin İnsan hüquqları Şurası mövcud olduğu halda, ABŞ Dövlət Departamentinin birtərəfli qaydada dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair şərh verməsi nə dərəcədə düzgündür?
- ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan hüquqları vəziyyəti dəyərləndirən hesabatlar dərc etməsi təcrübəsinin özünü doğrultmadığı aydındır. Əgər bu zaman güdülən məqsəd həqiqətən də dünyada insan hüquqları durumunun yaxşılaşdırılmasından ibarətdirsə, biz ABŞ tərəfini insan hüquqları üzrə beynəlxalq mexanizmlərin təkmilləşdirilməsinə daha çox səy qoymağa çağırırıq.
- Ölkədə güclü və səmərəli insan hüquqlarının müdafiəsi sistemi qurmağa müvəffəq olmuş Azərbaycana münasibətdə belə bir qərəzli sənədin yayılması ona siyasi təzyiq göstərilməsi cəhdlərindən başqa bir şey deyildir.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonun işğalına münasibətdə hesabatda bu ərazilərin Ermənistanın dəstəyi ilə separatçıların “nəzarətində” olduğu yazılır?
- Nəzərə almaq lazımdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi ABŞ-ın iştirakı ilə qəbul edilmiş BMT TŞ-nın 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi və suverenliyinin pozulması faktları öz əksini tapmışdır.
- ABŞ tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının dəstəklənməsi dəfələrlə ifadə olunmuşdur. Ümidvarıq ki, növbəti hesabatda ABŞ Azərbaycan ərazilərinin işğalı və təcavüz faktını qeyd etməkdən çəkinməyəcəkdir.
- Digər vacib məqam ondan ibarətdir ki, ən elementar hüquqlardan belə məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasının əsl səbəblərindən niyyətli şəkildə bəhs edilmir.
Ukraynada baş verən son hadisələrlə bağlı nə deyə bilərsiniz?
Azərbaycan Ukraynadakı vəziyyətin ölkə daxilindəki bütün siyasi qüvvələrin dialoqu və konstruktiv əməkdaşlığı, həmçinin maraqlı tərəfdaş dövlətlərlə birgə fəaliyyət vasitəsilə həllinin tərəfdarıdır.
Azərbaycan eləcə də Ukraynada sabitliyin, əmin-amanlığın və milli birliyin bərqərar olması prosesinə ciddi xələl yetirən radikalizm və ekstremizmin qarşısının alınmasına çağırır və Ukraynanın konstitusiyası əsasında ölkədəki vəziyyətin tezliklə sabitləşdirilməsinin tərəfdarıdır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM