Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumata görə, "Formula-1" üzrə Avropa Qran-prisinə hazırlıq işləri çərçivəsində Zərifə Əliyeva prospektinin Azadlıq prospekti və Rəsul Rza küçəsi ilə kəsişmələri arasında olan yol hissəsində asfalt örtüyünün təmiri işləri yekunlaşdığı üçün Zərifə Əliyeva prospekti və onunla kəsişən küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Strategiya.az