Strategiya.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 27-də Sabunçu qəsəbəsində qeydə alınıb. Şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Emil Nuriyevi döyüb, kəsici alətlə hədələyərək 1112 manat pulunu və mobil telefonunu alıblar.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən paytaxt sakini Ayxan Quluyev tutulub, digər şəxs isə müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.