XX əsr əsasən, diktaturalar dövrü kimi yadda qalıb. Heç bir tarixi dövr bu cür dəhşətlərlə nəticələnməmişdi. Kambocada başlayan Pol Pot rejimi həmin faciələri ən yaxşı şəkildə başa salır...
Pol Pot haqqında deyilənlərdən çox vaxt kommunistlərə qarşı silah kimi istifadə edirlər. Kapitalın diplomulu nökərləri kommunist ideologiyasının sosial ədalət, sosial bərabərlik kimi ən yüksək bəşəri dəyərlərini Pol Pot kimi qaraguruhların “günah dəryasında” boğub heç etmək istəyirlər.
Bəs əslində Pol Pot kimdir? O həqiqətənmi kommunist idealları uğrunda mübarizə aparırdı? Daha doğrusu, milyonlarla insanı bu ideal uğrunda öldürürdü?
Başlayaq əvvəldən...
Onun tərcümeyi-halı ağ ləkələrlə doludur. Məsələn, Pot həmişə həyatı haqqında təfərrüatları məharətlə gizlədirdi. Gələcək liderin əsl adı Salot Sar olub. O, 1925-ci ildə çoxuşaqlı varlı ailədə doğulub. Cavan oğlan orta təhsilini müvəffəqiyyətlə başa vurub. 1949-cu ildən Paris universitetində radioelektronikanı araşdırıb. Həmin dövrdə marksizmlə maraqlanıb və Fransa Kommunist Partiyasına daxil olub.
Kommunist düşüncələrlə yaşayan Pol Pot təhsil həyatını tamamlaya bilməyib. Buna görə 1952-ci ildə öz vətəninə qayıdan Pol Pot 1960-cı ildə qeyri-qanuni Kommunist partiyasının qurulmasında böyük rol oynayıb. O dövrdə xalq hakimiyyətdə olan Şahzadə Sayqonun rəhbərliyindən xalq məmnun idi. Pol Pot gözlədiyi marağı görə bilmədiyi görəndə hədəflərinə çatmaq üçün cəmiyyətin narazı qruplarıyla əlaqəyə girir. Kambocanın ucqar guşələrindəki səmərəsiz torpaqlarında partizan qruplaşmalarının yaradılmasıyla bağlı təşkilatlanmada rol oynayır. 1963-cü ildə Kommunist partiyasının birinci katibi olur. Pool Pot ölkənin aqrar rayonlarına nəzarət edən partizan ordusunun sayı sürətlə artırdı. Elə bu vaxtdan sonra o, Salot Sar adından imtina edərək (politique potentielle-mümkünün siyasəti) ifadəsinin qısaldılmış versiyasından istifadə edib.
Pol Potun uşaqlığı utancaq keçib. Lakin getdiyi tədbirlər sayəsində ehtiraslı inqilabçıya çevrilib. Ən böyük xəyalı ölkəsi Kambocanı bir kommunist ölkəsinə çevirmək idi.
“Kor” prezident
Pol Pot getdikcə yoxsul və heç bir haqqı olmayan kəndlilər üzərində təsir gücünə sahibi olmağa başlayır. Özündən əvvəlki partiya başçısına sui-qəsd etdirərək partiya rəhbərliyinə keçən Pol Pot (1963) iqtidara gəlməzdən xeyli vaxt öncə nə qədər qanlı iqtidar sahibi olacağının siqnallarını verirdi. Partiyanın katibi olandan sonra gördüyü ilk işlərdən biri pərəstişkarı olduğu Mao Tszedunun hörmətini və dostluğunu qazanmağa çalışmaq olur. Bu həmin Mao Tszedun idi ki, SSRİ-ni Çin üçün Amerikadan daha təhlükəli hesab edirdi, ABŞ və Yaponiyayla yaxınlaşma siyasəti yeridir və bölgədə SSRİ-nin nüfuzuna ciddi zərbə vururdu.
Prezidentliyə olan ehtirası onun gözlərini kor etmişdi. Pol Pot şahzadənin və iqtidarın həyata keçirdiyi sui-istifadələrin gündəmə gəlməsindən faydalanmağa çalışırdı. Sui-istifadələri gün üzünə çıxan şahzadə və hökuməti get-gedə xalqın gözündə nüfuzdan düşməyə başlayırdı. Bununla da xalqın yoxsullaşması başlanır. Digər tərəfdən də ABŞ müdaxilə edərək Kambocanı bombalayır və Şahzadə Sayqon hakimiyyətini devirir. Onun yerinə General Lon Nolu gətirir. Bundan yaxşı istifadə edən Pol Pot daha da məşhurlaşır. Şahzadə Sayqon isə Çinə qaçır. Pol Pot bunu da lehinə çevirmək üçün Sayqonla müqavilə bağlayır. Əsas məqsədi şahzadənin tərəfdarlarını da özünə cəlb etmək idi.
Pol Potun silahlı mübarizəsi 1975-ci ilə qədər davam edir. İqtidarı ələ keçirən kimi istədiyi kommunist sistemini yaradır. “Daş dövrü komunizmini” xatırladan bu sistemi ölkəsinə inteqrasiya etməyə çalışır. Tətbiqdən sonra şəhərlərdə yaşamaq, ticarət etmək, puldan istifadə qadağan edilir. Daha əvvəl iqtidarda kim var idisə, yaxınlarıyla birlikdə öldürülür. Təhsil almış insanlar əkinçilik sahələrində işləməyə məcbur edilir. Sistemə qarşı çıxanlar min cür işgəncə ilə öldürülür. Pol Potun həyatını dəyişdirən şəxslərdən olan ieng Sari (bacanağı) Pol Pot rejiminin Xarici İşlər naziri olur.
Gəldiyi kimi də gedir...
Diktator anlayışını tam mənasıyla ehtiva edən Pol Pota ilk ciddi reaksiya, 1979-cu ildə Vyetnamdan gəlir. Təxminən 3 milyon insanın həyatına son qoyan bu terror rəhbərliyinə son vermək üçün Vyetnam Kambocaya girir və qısa müddətdə Pol Pot rejiminə son verilir. Pol Pot bu məğlubiyyətdən sonra Kamboca - Tayland arasındakı meşələrə qaçaraq gizlənir. BMT-nin iclasında Vyetnam bu hərəkətinə görə, qınaq mənbəyinə çevrilir. Hələ üstəlik Pol Pot 1980-ci ildə öz ölkəsinin qanuni nümayəndəsi kimi tanınır. Bundan sonrakı həyatı rəvayət və söz-söhbətlərlə dolu olan qaniçən adamla bağlı dəqiq heç bir məlumat yoxdur. Məsələn, həmin dedi-qodulardan biri onun 1980-ci ildə xərçəngdən müalicə olunduğu, birinci arvadının ölümündən sonra ikinci dəfə evləndiyi və bu evlilikdən iki uşağı olduğudur. 1980-ci ildən ölümünə qədər meşə sahələrində partizan fəaliyyətlərini davam etdirib.
Ölümü haqqında ən dəqiq məlumat 1988-ci ildə infarkt keçirərək ölməsidir. Həyatının son dövrü haqqında dəqiq məlumatlar olmasa da, ölümündən əvvəl verdiyi müsahibə əslində törətdiyi cinayətlərin nə qədər gerçək olduğunun dəlili idi. İnsanların ölümünə səbəb olduğu, bundan peşimanlıq duyub-duymamasıyla bağlı bir suala, “Mən heç nəyi tək etməmişəm” cavabını verib.
Bəli, Kambocada 1975-78-ci illərdə hökm sürmüş bu insanlıq dramına nə Amerika, nə də Qərbi Avropa yox, məhz kommunistlər son qoydular. Bu, SSRİ başda olmaqla, kommunistlərin Pol Pot rejiminə münasibətləriydi. Qərb dövlətlərinin Pol Potu silahlandırmasını amerikalı sosioloq Parenti və ingilis yazar Con Koleman öz yazılarında dəfələrlə, həm də faktlarla vurğulayıblar.
Tarix kimin kim olduğunu hər kəsdən yaxşı bilir və göstərir.
Nərgiz Nənə
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM