Əlbəttə ki, 2016-cı il iqtisadi cəhətdən asan il olmayacaq. Biz bunu bilməliyik. Ancaq elə işləməliyik ki, mənfi tərəfləri minimum səviyyəsinə endirək.
Strategiya.az xəbər verir ki, bunu bunu Azərbaycan Prezidenti İlham Əliyev Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışında Xəzər rayonunun bir qrup sakini ilə görüşdə bildirib.
Dövlət başçısı həmçinin əminlik ifadə edib ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edəcək, heç bir sosial proqramın icrası ilə bağlı heç bir problem olmayacaq.
“Biz daha da ciddi sosial siyasət aparacağıq və çalışacağıq ki, daha çox xarici sərmayəni cəlb edək, israfçılığa yol verməyək. Qeyd etdiyim kimi, idarəetmə sistemində xoşagəlməz halların aradan qaldırılması işində daha da fəal işləyəcəyik”, - deyə, İ. Əliyev vurğulayıb.
Azərbaycan Prezidenti bir daha qeyd edib ki, ölkənin gəlirləri çox ciddi şəkildə azalıb:
“2015-ci ildə heç kim gözləyə bilməzdi ki, neftin qiyməti 3 dəfə aşağı düşəcək. Yəni, bu, o deməkdir ki, bizim gəlirlərimiz 3 dəfə azalıb. Ona görə, indiki şəraitdə biz ancaq və ancaq çox düşünülmüş siyasət, səmərəli iş, yenə də deyirəm, idarəetmə sahəsində aparılan və aparılacaq islahatlar hesabına öz iqtisadi inkişafımızı təmin edə bilərik.
Bu, iqtisadiyyat üçün bir stress idi. Əlbəttə, bunun çox böyük mənfi fəsadları var. Amma digər tərəfdən bu, bizim hamımızı daha da səmərəli işə sövq etməlidir. İndi cəmiyyəti, insanları narahat edən xoşagəlməz hallara son qoyulmalıdır. Burada əlbəttə ki, insanlardan çox şey asılıdır. Dövlət siyasəti də aparılır, aparılacaqdır. Elə tədbirlər görülməlidir ki, xoşagəlməz halların meydanı, necə deyərlər, daralsın. Sistem xarakterli islahatlar aparılmalıdır”,
Prezident həmçinin məmurların işi ilə bağlı fikirlərini bildirib:
“Dövlət məmurları vicdanla işləməlidirlər. Onların, necə deyərlər, vicdanı imkan verməməlidir ki, ayrı yolla getsinlər. Amma, eyni zamanda, ictimai nəzarət də güclü olmalıdır. Xalq da siqnal verməlidir, deməlidir, məlumat ötürməlidir ki, bax filan yerdə bu və ya digər çatışmazlıq var. Belə olan halda heç bir problem bizim qarşımızı kəsə bilməz”.
Sonda İlham Əliyev bird aha vurğulayıb ki, 2016-cı il iqtisadi cəhətdən asan il olmayacaq.
“Ancaq mən tam əminəm ki, Azərbaycan inkişaf edəcək, biz bütün sosial proqramları icra edəcəyik. Bununla bərabər, investisiyalar üçün də bizdə kifayət qədər vəsait olacaqdır. Hesab edirəm ki, gələn ilin əvvəlində biz dövlət büdcəmizə yenidən baxmalıyıq. Dürüstləşmə aparılmalıdır və orada həm insanların sosial təminat məsələləri öz həllini tapacaq, həm investisiya məsələləri ki, biz 2016-cı ildə uğurla inkişaf edək. Bax, bizim vəzifəmiz bundan ibarətdir”, - deyə, Azərbaycan dövlətinin başçısı bəyan edib.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM