V.Əsədov bildirib ki, nisbətən yüksəklik olan ərazilərdə, misal üçün Qurd Qapısı, Yasamal rayonunun hündür əraziləri və digər ərazilərdə qarın qalması müşahidə edilir: “Ancaq buna baxmayaraq yollar üzrə hərəkət mümkündür”.
V.Əsədov sürücüləri ehtiyyatlı olmağa çağırıb: “Hərəkətin mümkün olmasına baxmayaraq, hazırki vəziyyətdə yollarda sürüşmə ehtimalı var. Sürücülərdən xahiş edilir ki, yol və metroloji şəraiti nəzərə alsınlar. Ümumiyyətlə belə hava şəraitində ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər”.
V.Əsədov əlavə edib ki, 31 dekabr 2015 il tarixdən hazırki vaxta qədər Bakı şəhəri ərazisində iki piyada vurma iklə nəticələnən yol qəza hadisəsi qeydə alınıb: “Xəzər rayon ərazisində qeydə alınan yol nəqliyyat hadisəsi zamanı piyada dünyasını dəyişib, Nəsimi rayon ərazisində isə baş vermiş qəza hadisəsində piyada yüngül bədən xəsarəti alıb”.
Strategiya.az