Strategiya.az bildirir ki, bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.
Onun sözlərinə görə, gələn il üçün qazma işləri üzrə plan hələ təsdiq edilməyib, lakin ilin I yarısında qazılmasına 2015-cı ildə başlanılan 3 quyu istismara veriləcək.
Mənbə bildirib ki, "SDA07" və "SDA08" hasilat quyularının istismara verilməsi planlaşdırılır: "Onların üzərində iş "Şahdəniz Alfa" platformasından aparılır. Bundan başqa "SDD04" quyusunun istismara verilməsi planlaşdırılır. Onun üzərində iş isə "Heydər Əliyev" platformasından aparılır".
"Caspian Shipyard" tikiinti meydançasında təmirdə olan "İstiqlal" qazma qurğusunun modernləşdirilməsi üzrə işlər başa çatdlrıldıqdan sonra o bu ilin yayında "SDG03" quyusunu qazmağa qayıdacaq.
Mənbə əlavə edib ki, bu, 2016-cı ildə "Şahdəniz" hasilat quyularının sayını ən azı yarıyadək artırmağa imkan verəcək: "Lakin gələn il üçün təsdiq ediləcək qazma işləri üzrə proqram daha geniş olacaq".