Obama kovboylarla duelə çıxır, “vəhşi qərb” geri dönür

13:40 / 02.01.2016

ABŞ-da 27 milyon əhalisi olan Texas ştatında 1871-ci ildən bu yana ilk dəfə açıq şəkildə silah gəzdirməyə icazə verən qanun qəbul edilib.

Strategiya.az Virtualaz.org-a istinadən xəbər verir ki, qanuna əsasən silah saxlamağa xüsusi lisenziyası olan və təhlükəsizlik üzrə kurs keçmiş şəxslər malik olduqları atıcı silahları qoburunda saxlamaqla üzərlərində sərbəst gəzdirə bilərlər. Bununla belə qanun şirkətlərə onlara məxsus binaların daxilində silahla gəzməyi qadağan etmək səlahiyyəti də verir.

Yeni qanunun tərəfdarları hesab edir ki, bu, ictimai təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcək. Texas ştatı silahı olan şəxslərin sayına görə Amerikada liderdir və bu ştatda demək olar ki, hamının qanuni şəkildə əldə etdiyi silahı var. Bura müxtəlif markalardan olan avtomatlar və pistoletlər, “Vinçester”lər və digərləri daxildir.

Lakin Texasa qəbul edilən qanun silahla törədilmiş kütləvi qətliamların artdığı ABŞ-da birmənalı qarşılanmayıb. Prezident Barak Obama neçə vaxtdır ki, silahlara məhdudiyyət tətbiq edilməsi üçün qanun qəbuluna çalışırdı. Lakin silah lobbisinin maraqları onun səylərinə üstün gəlib. İndi Barak Obama bəyan edib ki, ölkədə baş alıb gedən silah zorakılığına qarşı birtərəfli qaydada tədbirlər görəcək. Bu isə o deməkdir ki, o, fərdi silahlara nəzarət məsələsində qərar qəbul edə bilməyən Konqresdən yan keçən sərəncamlar verəcək.

Özünün yeni ildə ilk çıxışında prezident Obama bəyan edib ki, görüləcək tədbirləri müzakirə etmək üçün baş prokuror Loretta Linçlə məsləhətləşəcək.Obama deyib ki, Konqresin bu barədə heç bir tədbir görmək istəmədiyi vəziyyətdə, o bir prezident kimi səlahiyyətlərindən istifadə etmək məcburiyyətindədir.

Təhlilçilər deyirlər ki, prezident bu istiqamətdə silah lobbisinin və respublikaçıların güclü əks-hücumları ilə qarşılaşmalı olacaq.Lakin prezident bildirib ki, valideynlərdən, müəllimlərdən və uşaqlardan çox sayda şikayət məktubları alır və artıq fəaliyyətsiz dayana bilməz.“Biz bilirik ki, hər bir zorakılıq hərəkətinin qarşısını ala bilmərik, amma gəlin belə zorakılıqlardan heç olmasa birinin qarşısı almağa çalışaq”-Obama bildirib.

Prezident deyib ki, Konqres uşaqları silahlı zorakılıqdan qorumaq üçün, heç olmasa, nəsə etməlidir. O etiraf edib ki, Konqresdə, “sağlam düşüncəli silah qanunu”nun qəbulu üçün dəstək qazana bilməməsi prezidentliyinin ən böyük məyusluğudur.

Təhlilçilər bildirirlər ki, prezident silahlara nəzarət istiqamətində bir sıra tədbirləri təkbaşına görə bilər.Bunlardan biri də, silah dilerlərindən müştərilərin kimliyi barədə müfəssəl məlumatın tələb edilməsidir.

Lakin hətta bu tədbirin də görülməsində prezident ciddi müqavimətlə üzləşəcək.Amerika mətbuatı yazır ki, artıq Milli Silah Assosiasiyası bu barədə təbliğat videosu buraxıb.

Açıq silah gəzdirməyə icazə verilən Texas ştatının polis rəisi isə prezidentə xəbərdarlıq edərək deyib ki, “amerikalıların tərksilah edilməsi inqilaba səbəb ola bilər”.

Amerika mətbuatı yazır ki, fərdi silahlarla bağlı zorakılıqların ildən-ilə artmasına baxmayaraq, silahlara qarşı hər hansı qanunvericilik təşəbbüsü uğursuzluğa düçar olur.Məsələn 2013-cü ildə Konnektikutdakı məktəbdə 20 uşağın qətli ilə nəticələnmiş atışmanın ardınca demokrat və respublikaçıların birgə təqdim etdikləri qanun 60 səsə görə qəbul olunmamışdı.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM