TASS-ın məlumata əsasən nazirin sosial şəbəkədəki səhifəsində dərc olunan məlumatda hesabın “Börteçine Siber Tim” türk haker qrupu tərəfindən qırıldığı qeyd edilir.
Səhifədə, həmçinin Türkiyə bayrağı və təyyarəsinin əks olunduğu, ingilis və türkcə imzalanmış bir neçə fotoşəkillər yerləşdirilib.
Dünən Türkiyənin "Ayyıldız Tim" adlı haker qrupu Rusiyanın 61 saytnı dağıtmışdı.
Hücum edilmiş saytlarda Mustafa Kamal Atatürkün və Türkiyə bayrağının fotosu yerləşdirilmişdi. Üstəlik saytlar açıldığı zaman "Mehtər Marşı" səslənirdi.
Onu da xatırladaq ki, bir müddət əvvəl Rusiya hakerləri Türkiyənin bir neçə saytına hücum etmişdilər./virtual.org/