Səməd Vurğunun xanımı unudulmaz Xavər xanımın xatirəsinə

13:42 / 05.01.2016

   

 

         Xavər xanım kiçik oğlu Vaqifin ailə qurmaq qərarına ürəkdən sevinənlərdən biri idi. Onunla tanış olmaq  üçün Vaqif məni evlərinə dəvət etdi. Gülərüzlə məni qarşılayan Xavər xanımın eynəyinin arxasından dikilmiş baxışları məni bir qədər karıxdırdı.(İlahi, bu zaman Vaqiflə anası necə də bir-birilərinə oxşayırdılar.) “Tilsimlənmiş” nəzərlərini  məndən çəkən Xavər xanım oğlunun seçimini bəyəndiyini dedi.

        İlk baxışdan, Xavər xanımın səliqəli-səhmanlı görünüşü, saçlarının düzümü, barmaqlarının maniküru məndə xoş təəssürat yaratmaqla bərabər, artıq 70-i haqlamasına baxmayaraq öz cazibəsini saxlaya bilmiş  bu qadına  rəğbətlə  dolu sevgi  hissləri oyatdı. 

        Bizim Xavər xanımla tanışlığımız çox təbii alındı, söhbətimiz də tutdu. Xavər xanım gah oğlunun qayğıkeşliyindən, əliaçıqlığından həvəslə söz açır, gah da özünün Vaqifə göstərdiyi qayğıdan, ona olan bağlılığından danışaraq, onun vərdişlərini sadalamağı da unutmurdu. Bu söhbətləri Xavər xanımın özünə məxsus yumorla etməsi içimdəki həyəcanı azaldırdı. Ancaq hiss edirdim ki, o da narahatdır. Çünki arabir kövrəlməyini gizlədə bilmirdi. Xavər xanımı başa düşmək olardı. Keçmiş nigahından ayrıldıqdan sonra 16 il  yanında sığınacaq tapmış, həyatının ziddiyətli, keşməkeşli bir çağını yaşamış  oğlunun nazını, sızını çəkən ana üçün indi onun «yad» əllərə verməsinin həyəcanını yaşayırdı o. “Oğlumdan müğayat ol, sənə tapşırıram onu. Göydə Allahdırsa, yerdə sənsən indi onun pənahaı”. Qulağımda ana yalvarışı kimi səsləndi…                                             Bizim evliliyimizdən xeyli vaxt  keçdikdən sonra Xavər xanımın, - indi mən rahat ölə bilərəm, Vaqif sarıdan arxayınam, - deməsi isə gəlinə verilən ən yüksək  qayınana tərifi sayıla bilərdi.

       Bu sözlər necə də tanış idi mənə. Nənəm də qohum-qonşuyla söhbətdə  anama olan razılığını belə bildirirdi. Demək olar ki, nənəmlə Xavər xanımın  oxşar xüsusiyyətləri çox idi. O cəhətlər ki, nənəmdən atama, Xavər xanımdan Vaqifə keçmişdir. Beləki, onların bədxərcliyə qədər yüksələn əliaçıq olmaları. Onlar həm də çox narahat  adam idilər, buna görə də bütün işlərini, axırıncı dəqiqəyə qoymur, xeyli qabaq görürdülər. Əsl nizam-intizam əhli idilər. Vaxtlarına hörmət qoyurdular. Hər yerə – istər toy-qonaqlıq olsun, istər vay, dəqiqliyiylə orda olmalı, vağzala isə iki saat qabaq getməli idilər. Dəqiqlik – şahlara mənsub  nəzakətdir, deyimini təsdiqləyə - təsdiqləyə…                   

   Biz evləndikdən sonra Xavər xanım bizə tez-tez gələrdi. O zaman Vaqifin müntəzəm gəliri yox idi. Xavər xanım, – oğlum gəlinin yanında başıaşağı olmasın deyə, heç vaxt bizə əliboş gəlməzdi. Oğlunun sevdiyi kolbasadan, pendirdən və s. yeməklərdən alar, cibinə pul  da qoyardı. Mən də öz tərəfimdən onu razı salmağa çalışır, ürəyindən keçən yeməkləri bişirərdim. - Ay gəlin, sənin bişirdiklərindən anam Bikəxanımın yeməklərinin dadı gəlir,- deyə, məni tərifləyər və onun yaşlı vaxtına düşdüyümdən mənə istədiyi diqqəti yetirə bilmədiyi üçün heyfslənərdi. Ancaq bir dəfə də olsa, mənə öz xanımlıq bacarığını göstərməyə macal tapdı Xavər xanım. Unudulmaz bir gecə yaşatdı bizə – Vaqifə, Mirvariyə və mənə – muzeyə şam yeməyinə dəvət etməklə. Masa  Xavər xanımın zövgi ilə bəzədilmişdi. Gümüşü qablara qoyulmuş müxtəlif içli piroqlar, şirniyyatlarla dolu süfrə göz doydururdu. Üstəlik içməyə kokao, kofe, çay təklifi isə  hansısa lyuks restoranda olmaq təəssüratı yaradırdı bizdə. Qarşımda  vaxtıyla  dövrünün tanınmış  adamlarını  düzəltdiyi  ziyafətlərlə  məftun edən  bir xanım dururdu. Hökmlü Xavər xanım (yaşlandıqca yumşalsa da). O gün Xavər xanım sevincini gizlətmirdi, gözlərinin içi də gülürdü. Vaqif  royalda çalanda isə o göz yaşlarına hakim ola bilmədi. Bəlkə də o anlar Xavər xanımı keçmişə – cavanlığına, Səmədli günlərinə apardı...    

  Xavər xanımın söhbətinin ya əvvəli, ya sonu mütləq Səmədin adıyla bağlı olmalı idi. Bu ad onda nə qədər qürur hissi doğururdusa, həm də kədərə, qəmə bürünmüş təəssüfünü büruzə verirdi. Təəssüf hissinin dərinliyi cavan ikən itirdiyi ərinin, şairlik ömrüylə öz yaşam ömrünü qat-qat üstələyən Səmədinin yoxluğuyla  heç  cürə  barışmaq  istəməməsi  idi  Xavər xanımın.  

 Kifayət qədər varlı, tanınmış ailədən olan Xavər gənc yaşından taleyini ümid verən şairlə bölmüş, onunla birgə yaşamışdır həyatlarının yüksəliş və enişlərini. Üç övlad anası olmağına baxmayaraq Xavər iradəsi hesabına  yığcam, baxımlı görkəmini saxlaya bilmişdi. Kübar dairələrdə geyimi, davranışıyla seçilən, diqqətlə əhatə olunan təkəbbürlü Xavər başa düşürdü ki, onun adı Səmədinin uğurları, şan – şöhrətiylə ölçülür. Lakin illərlə qazanılan mövqe bir ğöz qırpımında,  Səmədin  gözlənilməz  xəstəliyi  ilə itirilə bilərdi. Tale  Xavəri  həyatının  ən böyük sınağına çəkdi…

         Səmədin xəstəlikdən taqətdən düşmüş  sağlamlığı çarəsizlik günlərini yaşayırdı. O, son anlarına kimi əzmini  güclə toplayaraq xəstəliyinə sinə gərməyə çalışırdı. İncə, zərif  hisslər bəslədiyi Xavərinə, indi də, bu halında belə  mehriban baxışlarla  ürək – dirək vermək istəyirdi. Xavərsə hər dəfə Səmədin yaşından qabaq ağarmış yumşaq saçlarını  oxşadıqda,  onları öpdükdə göz yaşlarını gizlədərək, özünü olduğundan güclü göstərmək istəyir, bəzən də  iztirablarını büruzə verməmək üçün  soyuqqanlıq nümayiş etdirirdi. Bu cavan qadının nələr çəkdiyini yalnız etdiyi duaları eşidən kəslər duya bilərdi.  Lakin ölüm artıq öz seçimini etmişdi…

  Səmədin ölümü Xavərin, gənclik dövrlərini yaşayan övladlarının şüurunda alışdıqları və əhatəsində olduqları aləmin dağılması idi...

 Xavərin gözündə dünya nə qədər kiçilsə də boşalmış evi bir o qədər böyüdü. O, otaqları bir-bir gəzir, dolaşır, Səmədin otağına girərək saatlarla ordan çıxmırdı. Səmədin əli dəydiyi əşyalarla təkbətək qalır, ünsiyyətə girirdi.  Bu kədərli məqamlar Xavərin rahatlıq tapmayan varlığına bir qədər də olsa, sakitlik    gətirirdi. (Lakin ömrünün sonuna kimi  bu varlıq rahatlıq tapmadı.)

         Ürəyi  Səmədin soyuq torpaqda yatmasıyla barışmasa da, ağılı deyirdi: “İndi ailənin kişisi də, arvadı da sənsən. Sən qüvvətli olmalısan”. Səmədin ölümündən sonra ailənin dağılma vaxtını qoyan, uşaqlarının isə qeyri-müəyyən gələcəyi haqda düşünən bədxahlara  cavab isə ailənin möhkəmliyi ola bilərdi.

 Övladları analarının çəkdiyi ağrının ağırlığını duya bilməsələr də, ona qarşı  mərhəmətli olmağa çalışırdılar. Çətinliklə də olsa, Xavər həyata qayıdırdı…   Uşaqlar başlarını aşağı salıb, hərə öz işiylə məşğul olurdu. Ailə ətrafında səngimək bilməyən dedi-qodular onların tutduqları yolun düzgünlüyündə inamlarını artırırdı.        

           Xavərin soyumuş ürəyinə, evinə ilk istiliyi Aybənizin qızının, ilk  nəvəsinin  dünyaya gəlişi oldu. 40 yaşında hələ qadın xoşbəxtliyindən doymayan qadın  öz nicatını  içində baş qaldıran ana, nənə hisslərinə bürünmüş  nəvəyə  məhəbbətində tapdı. Bir qədər sonra böyük oğlu Yusifin,- evlənirəm, - deməsi,  Səmədin ocağına gəlin gələcək  fikrinin sevincini yaşatdı Xavərə. Bütün bunlar üçün o, üstündən əskik olmayan Səmədinin kölgəsinə, bir də Tanrıya minnətdar idi…

          Xavərin bütün istək – arzusunu uşaqlarının, nəvələrinin qayğısı, məhəbbəti tutmuşdu. O da danılmazdır ki, insanı həyata bağlayan ən ümdə səbəb onun lazımlığı, istənilməsidir. Uşaqlar nə qədər balacadırlar, valideyndən asılı olurlar. Böyüyəndən sonra isə yaşlanan valideyn onun sevgisinə ehtiyac duyur. Deyirlər ki, yeganə ana məhəbbəti təmənnasızdır. Ancaq nə qədər təmənnasız olsa da, kiçik də olsa, diqqətə ehtiyac duyur ana, valideyn. Xavər də müstəqil həyata qədəm qoymuş, özləri ailə sahibləri olan uşaqlarından verdiyi diqqətin müqabilində cavab görmədikdə içində artıqlıq, gərəksizlik  qəzəbindən qopan fırtına  onu sovurub xatirələr məskəninə, Səmədli günlərinə aparırdı. O, inciyirdi, küsürdü özündən, uşaqlarından, taleyindən. Ancaq ana ürəyi idi, tez keçirdi. Yusifin, Vaqifin yaradıcılıq uğurları haqda eşidəndə, qarnına sığal çəkib, - qarnım sağ olsun, - deyə  fərəhlənirdi... 

         Tale 80 yaşlı Xavər xanıma daha bir ağır zərbə vurdu. Oğul   itkisini yaşatdı... O, Yusifdən 8 il 5 ay çox yaşadı. 2006-cı il yanvar ayının 6-da Xavər xanım dünyasını dəyişdi. «100 il Vurğuna Xavər  yar olsun», deyən şairin arzusunun çin olmasına  2 ay 15 gün qalmış...   

Xavər xanım mənim anamdan sonra vəfat etdi. Onunla da birgə həyatımızdan sonuncu ana qayğısı, ana nəvazişi   getdi...

 

           Səksən səkkiz yaşında

   dəyişdin dünyanı.

   Altmış altı yaşımda

   basdırdım səni.         

   Səksən səkkiz – sən,   

   altmış altı – mən.                         

   Ana,

   tez kəsdin məni süddən...

 

Bu hissləri Vaqif yaşadı. Mən isə Xavər xanım haqda bir xatirə yazmaq ehtiyacı  duydum. Və yazdım da. 10 il qabaq. Vaqifə oxudum. Bəyəndi. Və... eləcə kompüterdə  qaldı.  

Artıq Xavər xanımın vəfatından 10 il keçir... Yəqin daha 10 il də keçməsini gözləmək olmaz...

 

 

                                                       NÜSHABƏ  BABAYEVA - VƏKİLOVA

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM