Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bir sıra Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri mətbu orqanlarında illər boyu müxtəlif səbəblərdən ləğv edilmiş (qeydiyyatdan keçməmiş, istifadə müddəti bitmiş və. s) dərman preparatlarının siyahısını yerləşdirib: “Bu da əhali arasında çaşqınlığa səbəb olub”.
Səhiyyə Nazirliyi vətəndaşların diqqətinə çatdırıb ki, dərman bazarında vəziyyət stabildir, dərmanların, keyfiyyəti və təhlükəsizliyinə nəzarət daim diqqət mərkəzindədir.
Strategiya.az