23 yaşlı azərbaycanlının qətlinə görə camaat küçələrə axışdı

22:53 / 05.01.2016

Bu gün Tiflis yaxınlığındakı Soğanlıq (Poniçala) kəndində 23 yaşlı azərbaycanlı gəncin qətli ilə bağlı aksiya keçirilib.

Strategiya.az APA-ya istinadən bildirir ki, aksiyaya səbəb kənddə vəhhabi təriqətinə məxsus azərbaycanlının öz dostunu qətlə yetirməsi olub. Qətlə yetirilən Fikrət Əhmədovun yaxınları və kənd sakinləri bu gün keçirdikləri aksiyada radikal vəhhabiliyin yayılmasına etiraz ediblər.
 
Gürcüstanın müxtəlif yerlərindən gəlmiş müsəlmanlar "Vəhhabizm vandalizm!", "Vəhhabilik İslam deyil!" və digər şüarlar qaldırıblar.
 
Aksiyada çıxış edən Əhli-Beyt məscidinin axundu hacı Rahid Kərimov, Gürcüstan Müsəlmanları İdarəsinin Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi hacı Qurban Murquzov və başqaları vəhhabiliyin İslam dininə aidiyyəti olmadığını bildirib, bu təriqətə qoşulanları kəskin şəkildə pisləyiblər.
 
Çıxışçılar vəhhabi təriqətindən olanların Soğanlıq kəndində qarşıdurma yaratmağa cəhd etdiklərini, onların mövqeyini qəbul etməyən kənd sakinlərinə təzyiq göstərdiklərini bildiriblər. Onlar hüquq-mühafizə orqanlarını vəhhabiliyin qarşısını almağa çağırıblar.
 
"Biz 2013-cü ildə naməlum şəxslərin kənddə məscid tikintisinə etiraz etdik və üç dəfə Tiflis şəhər meriyası qarşısında etiraz aksiyası keçirdik. Sonra tikinti dayandırıldı. İndi hər cümə günləri bu yarımçıq tikiliyə ayrı-ayrı kəndlərdən müxtəlif insanlar, çeçenlər, ərəblər, naməlum şəxslər gəlir, zirzəmidə namaz qılırlar. Biz buna etiraz edirik", - deyə, hacı Rahid Kərimov bildirib.
 
Qətlə yetirilmiş Fikrət Əhmədovun anası Zərəngül Əhmədova isə bildirib ki, kənd sakini Ramin İsayev oğluna iki bıçaq zərbəsi vurub: "O, oğlumdan soruşub ki, niyə "İmedi" kanalına müsahibə verib və vəhhabiləri pisləyib. Amma mən onun müsahibəsinə baxmışam. Oğlum orda qeyri-adi bir şey deməyib, ondan soruşublar ki, vəhhabilər məscidin zirzəmisində nə işlə məşğul olurlar. O da bildirib ki, mən bunu deyə bilmərəm, gedin özlərindən soruşun".
 
Z. Əhmədova deyib ki, oğlunu qətlə yetirən Ramin İsayev onların uzaq qohumudur və oğlu ilə də əvvəllər normal münasibəti olub: "O, altı ay bundan əvvəl vəhhabilərə qoşulub. Dünən kənd sakini Növrəs Əliyev oğlumun qətli ilə bağlı "Rustavi-2" kanalına müsahibə verib. Vəhhabilərdən ona hədə-qorxu mesajı gəlib. Yazıblar ki, sənin də başını kəsəcəyik".
 
Qeyd edək ki, ötən il dekabrın 27-də "İmedi" kanalına müsahibə verən Fikrət Əhmədov vəhhabi təriqətinin üzvü olan həmkəndlisi Ramin İsayev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM