Strategiya.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-də Füzulirayonunun Bala Bəhmənli kəndində yaşayan, əvvəllər məhkum olunmuş Gəncəvi Sadıqov evində ailə-məişət münaqişəsi zəminində arvadı Vüsalə Əsədovaya bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş V. Əsədova orada ölüb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş G.Sadıqov tutulub.
Faktla bağlı araşdırma aparılır.