Xəzərxəbər.com yeni tətbiq olunan qanunun əslində harda və necə işmələli olduğunu araşdırıb. Sualları vergilər nazirinin müşaviri Akif Musayev cavablandırıb.
Spirtli içkilərin nağd ödənişlə satışının qadağan olunmasından sonra mağazalar vəziyyətdən yeni üsulla çıxmağa çalışır. Kartı olmayan müştəriyə market öz kartını təklif edir, əvəzində isə ondan nağd ödəniş alır. Bu isə nağdsız ödənişin təşviqinə zidd olduğundan qanunsuz sayılır.
Belə sahibkarları 100 manat cərimədən başlayaraq 2 il azadlıqdan məhrumetməyə qədər ağır cəzalar gözləyir. Vergilər Nazirliyinin rəsmisi yeni il öncəsi bütün mağaza və marketlərdən spirtli içkilərin yığışdırılmasının səbəbini də açıqlayıb.
Sahibkarlar da satdıqları spirtli içikiləri firmalardan nağdsız ödənişlə alıb mağazaya yığmalıdır. Yeni il gecəsi satışdakı içkilərin yığışdırılmasına da onların kartla alınmaması səbəb olub.
Ancaq kafe və restoranlarda spirtli içkilər kartla satılmayacaq. Bu obyektlərdə həmin içkilər xidmətin içərisinə daxil olduğundan müştərilərə satışında kartla ödəniş tələb olunmayacaq. Bununla belə, gələcəkdə kartla ödəniş kafe və restoranlara da şamil oluna bilər.