"Şimali Koreyanın öhdəsindən Çin də gələ bilmir"

10:51 / 08.01.2016

"Şimali Koreyanın öhdəsindən Çin də gələ bilmir"

Britaniya qəzetlərində yanvarın 7-də dərc olunmuş əksər yazılardan bəlli olur ki, Şimali Koreyanın guya hidrogen bombasını sınaqdan keçirməsinə ekspertlərin əksəriyyəti inanmır.

Onlar hesab edirlər ki, Pxenyan atom bombasından daha dağıdıcı hidrogen bombasına, sadəcə olaraq malik deyil və bəşəriyyəti, artıq neçənçi dəfədir, şantaj etmək qərarına gəlib.

“The Telegraph” yazır ki, Şimali Koreya ilə bağlı, hidrogen bombasından daha təhlükəli məqamlar var.

Məqalədə deyilir ki, Şimali Koreyadan gələn bəyanatlar qorxulu gümanlardan birini gerçəkləşdirib.

Pxenyanın ən sadiq müttəfiqi və “böyük qardaşı” Çin artıq onun nüvə ambisiyalarını buxovlamaq iqtidarında deyildir.

Belə olduğu şəraitdə dünya yalnız səbrlə Kim Jong-un-un devrilməsini gözləməyə məcburdur, yazır qəzet.

Pxenyan blef etsə də

Məqalədə deyilir ki, yeni bombanın daha güclü olması barədə Pxenyandan gələn bəyanatlar boş hay-küyə bənzəyir. Ən azı ona görə ki, son yeraltı partlayışın yaratdığı zəlzələ, 2013-cü ilin sınağı zamanı qeydə alınmış zəlzələdən qat-qat zəif olub.

Bəzi ekspertlər bu qənaətdədirlər ki, sınaq baş tutmayıb və bomba plan üzrə partlamayıb. Ola da bilsin ki, Şimali Koreya lideri cəbbəxanasındakı nimdaş bombalardan birini partladıb.

“Lakin həqiqət nə olursa olsun, bu hadisə iki mühüm ibrət dərsi verir: Birincisi Şimali Koreyanın nüvə proqramı bir çoxlarının gözlədiyindən daha sürətlə inkişaf edib və ikincisi, onun öhdəsindən heç kəs, heç Çinin özü də gələ bilməz” – yazır “The Telegraph”.

Image copyrightReutersImage captionŞimali Koreyanın uğurlu hidrogen bomba sınağının keçirdiyi barədə bəyanatı şübhə ilə qarşılanıb.

Məqalədə deyilir ki, bu məqam xüsusilə narahat edicidir, çünki Çin, Şimali Koreyanın yeganə müttəfiqidir və yoxsul Pxenyan tamamilə Pekindən gələn yardımlara möhtacdır.

"Kim-in gücü onun zəifliyindədir"

Qəzet Şimali Koreyanın yoxsulluğu barədə təsəvvür yaratmaq üçün yazır ki, Çin iqtisadiyyatı Şimali Koreya iqtisadiyyatından 300 dəfə böyükdür. Çində Şimali Koreyada olduğundan 50 dəfə çox əhali yaşayır. Şimali Koreyanın bütün milli istehsalı Britaniyada kiçik bir nazirliyin büdcəsindənazdır.

“Lakin cənab Kim-in gücü onun zəifliyindədir” – yazır “The Telegraph”.

Məqalədə deyilir ki, son bomba sınağı ilə bağlı Pxenyan Pekinin tənqidini qulaqardına vurub, lakin əgər Çin bu ölkəyə yardımını dayandırsa, günü sabah koreyalıların uzun növbəsi qaçqın kimi Çinin qapılarına dirənəcək.

“The Telegraph” bu məqamı Çinin iqtidarsızlığının səbəblərindən biri kimi qeyd edir.

Qəzet yazır ki, bircə onillik bundan əvvəl Kim-in atasının cəmi dörd-beş Hirosima tipli sınıq-salxaq atom bombası vardı, lakin bu gün Şimali Koreya cəbbəxanasında azı 20 bomba var. Ata diktatorun vaxtında atom bombaları yalnız təyyarələrdən atıla bilərdi, lakin indi Pxenyanın hətta ABŞ-ı vura biləcək uzaqmənzilli raketləri var.

Beləliklə, yazır “The Telegraph” Şimali Koreya artıq “primitiv bombalı” ölkə deyil. Növbəti mərhələ nüvə raketlərini sualtı qayıqlardan atmaq qabiliyyətinin əldə edilməsi ola bilər.

Yeganə çarə Şimali Koreya diktatorunun öz səhvləri ucbatından devriləcəyi günü gözləməkdir, yazır qəzet.

Dünyanın sonuncu "stalinçi dövləti"

Lakin həqiqət nə olursa olsun, bu hadisə iki mühüm ibrət dərsi verir: Birincisi Şimali Koreyanın nüvə proqramı bir çoxlarının gözlədiyindən daha sürətlə inkişaf edib və ikincisi, onun öhdəsindən heç kəs, heç Çinin özü də gələ bilməzThe Telegraph

“The İndependent” qəzeti eyni mövzuda qeyd edir ki, Şimali Koreyanın belə hərəkətləri Çini əsəbiləşdirsə də, Pekinin əlindən heç nə gəlmir.

Pxenyanın gənc diktatoru özünü getdikcə daha həyasız aparır, yeri gələndə Çinə sərt üzünü göstərir.

Qəzet yazır ki, məsələn bu günlərdə cənab Kim “Spice girls” qrupunun Şimali Koreya modifikasiyası olan “Moranbong” qrupunun Pekin konsertini ləğv edib.

Buna səbəb vəzifəli Çin rəsmilərindən heç birinin bu konsertə gəlməməsi olub.

Çin qrupun Amerikaya həsr olunmuş “Ambisiyalı canavar” mahnısının konsertdə oxunmasına qarşı çıxırdı.

“Dünyanlın sonuncu stalinçi dövləti ipə-sapa yatmır” – yazıb “The İndependent”.

Şərq xristianlarının Miladı

“The Telegraph” qəzetinin başqa bir məqaləsində Britaniya və Qərb mətbuatında çox az yad edilən bir tarixə toxunulub.

Britaniya, ABŞ və Qərbi Avropa Milad bayramını artıq on günə yaxındır ki, qeyd ediblər, Şərqi Avropada, Rusiyada, habelə Efiopiya da daxil olmaqla 16 ölkədə Milad bayramı bu gün – yanvarın 7-də qeyd edilir.

Julian təqvimi ilə bu gün dekabrın 25-dir

Qəzet oxuculara izah edir ki, buna səbəb təqvim müxtəlifliyidir.

Qərb öz bayramları üçün 1582-ci ilə Roma papası Gregory tərəfindən təqdim olunmuş Gregorian təqvimindən istifadə etdiyi halda, şərqi xristianlar hələ də Yuli Sezarın Julian təqvimini əsas götürürlər.

Almaniya Gregorian təqvimi yalnız 1775-ci ildə qəbul edib. Bolqarıstanda isə bu, 1917-ci ilədək baş verməyib.

İki təqvim arasında 13 gün fərq var. Qəzet yazır ki, əslində Julian təqvimi ilə indi dekabrın 25-dir.

“The Telegraph” bunu da əlavə etməyi lazım bilir ki, şərqi xristianlar təkcə eyni təqvimi yox, həm də Qərbdə olmayan bir çox başqa ənənələri bölüşürlər.

Xristian orucu

Şərqi xristianlar öz Miladlarından 40 gün əvvəl oruc tutmağa başlayırlar. Bu isə o deməkdir ki, onlar bu müddət ərzində ət yemirlər.

Orucun sonuncu günündə, üzərində 12 həvari üçün 12 növ xörək olan süfrələr açılır.

Qəzetdə dərc olunmuş xəritədən də görünür ki, keçmiş sovet respublikalarından Rusiya, Qazaxıstan, Gürcüstan, habelə Baltik ölkələrində Milad məhz yanvarın 7-də qeyd olunur.

Müsəlman acqarına "imtahan verməsin"

Qəzet dini bayramlarla bağlı daha bir maraqlı məqalə dərc edib.

İngiltərənin orta məktəblərdə buraxılış imtahanlarına cavabdeh hökumət şurası bəyan edib ki, imtahanların vaxtı və saatları dəyişdirilə bilər. Beləki bu il müsəlmanların Ramazan bayramı iyun ayına düşür.

Şura bu qənaətdədir ki, imtahanların vaxtının dəyişdirilməsi bütün şagirdlərə bərabər imkanlar tanıyardı.

Başqa sözlərlə, təhsil rəsmiləri müsəlman şagirdlərin acqarına imtahan verməsini istəmirlər.

“İngiltərə Səudiyyə deyil axı…”

“The Telegraph” yazır ki, şuranın bu bəyanatı cəmiyyətdə heç də birmənalı qarşılanmayıb.

Ölkə boyunca 4 min kilsəni təmsil edən “The Christian İnstitute” xeyriyyə cəmiyyətinin direktoru Colin Hart hesab edir ki, dini bayramlara görə dövlət təhsil ocaqlarında təqvim dəyişməyə ehtiyac yoxdur, ələlxüsus da söhbət azlıq olan müsəlmanlardan gedirsə.

“Müsəlman olmayan uşaqların Ramazana uyğun vaxtda imtahan verməsi qeyri-məqbuldur. Biz Səudiyyə Ərəbistanında yaşamırıq, axı” – deyib Hart.

Qapısı açıq qalan təyyarənin təcili enişi

Və nəhayət göyərtəsində 163 sərnişin olan təyyarə bayır qapısının açıq qaldığı aşkar ediləndən sonra təcili qaydada geri qayıdıb və yerə enməli olub.

“The Express” qəzeti yazır ki, təyyarənin qapısının açıq olduğunu ekipaj 10 min metr yüksəklikdə başa düşüb.

Məqalədə deyilir ki, sərnişinlər fövqəladə enişin qırx dəqiqəsi ərzində böyük həyəcan keçiriblər.

Jin Air hava şirkətinin təyyarəsi Filippindən Cənubi Koreyaya uçurdu.

Şirkət xəbər verib ki, təyyarə sağ-salamat hava limanına endikdən sonra sərnişinlər Sebu şəhərinin otelində yerləşdiriliblər.

Hər sərnişinə yerli valyuta ilə 100 min von “qorxupulu” da verilib. Dollarla heç 100 də eləmir.//BBC


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM